(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Samir Əliyev: “Belə olmasını istəməzdim”

Samir Əliyev: “Belə olmasını istəməzdim”

“Səbail”in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 12-ci turunda "Kəpəz"ə səfərdə 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonrta mətbuat konfransında iştirak edib.

Futbolinfo.az xəbər verir ki, gənc mütəxəssis öncə matç haqda fikirlərini bildirib:

- Hər iki komandaya qələbə lazım idi. "Kəpəz"in durumu məlum idi. Gərgin matç oldu. Sevinirəm ki, bu çətin matçdan 3 xalla ayrıla bildik. 

- Hesabda 2 top irəlidə və say üstünlüyünə malik olsanız da, rəqib hesabı bərabərləşdirə bildi. Komanda niyə dayandı?
- Bu, mənə də maraqlı, qəribə gəldi. Oyunu təhlil edib bunu aydınlaşdıracağıq. Açığı, həmin anda çox narahat oldum. Yaxşı ki, yenidən hesabda irəli çıxa bildik. Ancaq bu zaman da üstünlüyümüzü əldən verə bilərdik. 

- Sizcə, hakim oyunu çoxmu korladı? Rauf Cabbarov matçın ipini əldən vermişdimi?
- Heç bir penalti haqda fikir söyləyə bilmərəm. Çünki həmin epizodlardan uzaqda idim. Ancaq qırmızı vərəqəni haqlı sayıram. Rəqib futbolçu da dedi ki, oyunçumuzu vurub. Bu isə qırmızı vərəqədi.

- Komanda hücum etsə də, müdafiəçiləriniz rəqibə hədiyyələr verməklə məşğul idi. Belə arxa xətlə uzağa getmək olarmı?
- Yox. Hər mövqedə problemimiz var. Ümumiyyətlə, heyətlə bağlı problemlərimiz çoxdu. Biz bunu yaxşı bilirik, siz də kənardan görürsünüz. Rəhbərliklə söhbətləşəcəyik. Artıq indidən qışda kimlərlə yollarımızı ayıracağımızı müəyyənləşdiririk. Artıq indidən axtarışa çıxmışıq. Qarşıda kuboku da nəzərə alsaq, 6 oyunumuz var. 

- Həmkarınız Şahin Diniyev bildirdi ki, qırmızı vərəqə oyuna həlledici təsir göstərdi. Siz bu fikirlə razısınız?
- Bəli, tam razıyam. Qırmızı vərəqə olmasaydı, bizə daha çətin olardı. Onda nəticənin necə olacağını demək çətin olardı. Şahin müəllimə uğurlar arzulayıram

- Yəqin ki, gələcək komandalarında uğurlar demək istədiniz. Çünki o, artıq istefa verib...
- Bunu bilmirdim. Təəssüf edirəm. Bu qərar mənim üçün gözlənilməz oldu. Mən hələ ilk dövrədə "Kəpəz"ə qalib gələndə də demişdim ki, Diniyev ən yaxşı məşqçilərimizdən biridi. "Kəpəz" onun vaxtında yaxşı oyun göstərirdi. 

- Maraqlıdı ki, çempionatda 2-ci istefa da məhz "Səbail"lə oyundakı məğlubiyyətdən sonra reallaşdı. Birinci Elxan Abdulayevin "Neftçi"dən gedişi olmuşdu. Belə çıxır ki, siz rəqibləriniz üçün arzulolunmaz baş məşqçisiniz?
- Bu, futboldu. İstefa hər baş məşqçinin başına gələ bilər. Mən də nə vaxtsa postundan gedə bilərəm. Belə olmasını istəməzdim. Təəssüf edirəm ki, belə alındı. 

- "Kəpəz"in futbolçuları oyunçularınızı tez-tez bilrərkdən yerə uzanaraq vaxtı uzatdıqlarından gileylənirdilər...
- Mən də razıyam ki, belə olmaz. Düzdü, Avropanın hər yerində belə hallar olur. Ancaq mən bunun tərəfdarı deyiləm. Nəticədən asılı olmayaraq, sonadək oynamaq lazımdı. Düzdü, ola bilər ki, futbolçu ciddi zədələnib. Ancaq zədə yoxdursa, bilərəkdən uzanaraq vaxtı uzatmağa qarşıyam. Gördüyünüz kimi, buna görə futbolçularıma etirazımı bildirdim. (Sport24)


 
tarix: 18-11-2017 18:10


 
Xəbər lenti
16.07.2018

14:00   “Borussiya”dan Premyer Liqa klubuna

13:42   Denis Silva: “Cavab matçında sonadək döyüşəcəyik”

13:32   “Qarabağ” - “Olimpiya” matçını yayımlayacaq kanal bəlli oldu

13:17   “Qəbələ” Differdanja yola düşür: Səfər proqramı açıqlandı

13:06   Fransa çempion oldu, milli karyerasını başa vurdu

12:50   Tarixin 3-cü ən məhsuldar DÇ-si

12:36   Qoran Paratski: “Özümüzü “Sevilya” ilə oyunlarda da göstərmək istəyirik”

12:19   Çempiona 38 milyon dollarlıq mükafat

11:54   Millimizin üzvü “Astana”da debüt şansı qazandı

11:44   Millimiz beynəlxalq turnirdə iştirak edəcək

11:30   “Sumqayıt” Türkiyəyə yola düşdü

11:21   Mandzukiç tarixə düşdü

11:11   “Qələbə qazanmağımıza baxmayaraq, çatışmazlıqlar var”

11:00   “eTopaz”da günün canlı oyunları

10:47   Kurtua fəxr edir

10:40   Millimizin sabiq forvardı Latviyada dubla imza atdı

10:33   “Finalda belə penalti təyin etmirlər”

10:21   Argentina və Uruqvaya çatdı - Fransa

10:11   Yenə də “Real”ın oyunçusu…

10:00   “TOPAZ”DA BU GÜN

09:48   İspaniya millisinə xüsusi mükafat

09:37   Qrizmann harda olduğunu bilmir

09:31   Araz Abdullayev müəmması

09:27   Emin oynamadı, “Kalmar” qalib gəldi

09:21   Sampaoli qovuldu

09:12   60 ildən sonra…

09:01   Deşam tarixə keçdi

00:52   DÇ-2018-in ən yaxşıları açıqlandı

15.07.2018

23:16  DÇ-2018-in bağlanış və mükafatlandırma mərasimi - VİDEO

21:37  Finalın ən yaxşısı seçildi

21:08  Fransa - Xorvatiya 4:2 - VİDEO

20:53  DÇ-2018-in qalibi Fransa oldu

19:03  “Səbail” Qətər klubu ilə “sülh bağladı”

15:34  “Neftçi” “Uypeşt”lə cavab oyununa hazırlığı davam etdirir

14:09  Premyer Liqa klubu rekord qıran transferini açıqladı - RƏSMİ

12:50  “Səbail”in Qətər klubu ilə matçının başlama saatı dəyişdi

11:55  “Real” TV-də real final

11:30  FİFA İngiltərəni də cəzalandırdı

11:00  “eTopaz”da günün canlı oyunları

10:41  Abbaszadə və Dadaşov

10:31  “Zirə” qanalı futbolçuları baxışa çağırdı

10:00  “TOPAZ”DA BU GÜN

09:31  44 illik seriya qırıldı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az