(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Ruslan Qurbanov: “Bunun günahkarı mən deyiləm”

Ruslan Qurbanov: “Bunun günahkarı mən deyiləm”

Topaz Premyer Liqasının 12-ci turunda “Neftçi” evdə “Qəbələ”yə 2:3 hesabıyla uduzdu. 

Futbolinfo.az xəbər verir ki, oyunun ilk hissəsində, “Qəbələ” hesabda geri olarkən meydana yenicə daxil olan Ruslan Qurbanov komandasına küncdən zərbə qazandırdı. Həmin epizod “Neftçi”nin futbolçularının və məşqçilər heyətinin kəskin narazılığına səbəb oldu. Belə ki, epizodun təkrarında da topun məhz Qurbanovdan çıxdığı aşkar görünürdü. Lakin hakimlər briqadası səhvə yol verərək, künc zərbəsi qərarı verdilər. “Qəbələ” məhz bu kornerdən sonra hesabı bərabərləşdirdi. Ruslan ikinci hissədə də sabiq klubunu cəzalandırdı. O, “ağ-qaralar”ın qapısına təyin edilmiş penalti zərbəsini dəqiq yerinə yetirdi.  

Ruslan oyundan sonra sosial şəbəkədəki hesabında bu iki epizod barədə fikirlərini bildirib. O, künc zərbəsi qərarının səhv olduğunu, topun məhz ondan meydanı tərk etdiyini etiraf edib:

“Qol vurduğumuz künc zərbəsi barədə danışmaq istəyirəm. Mən futbolçuyam və  vəzifəm də futbol oynamaq, komandama xeyir verməkdi. Bəli, küncdən zərbənin verildiyi epizodda top məndən çıxmışdı, lakin bunun günahkarı mən deyiləm. Buna görə, hakimin əziyyət çəkməsini də istəməzdim. Çünki o, səhvə yol verdi. O ki qaldı penaltini yerinə yetirməyimə, bu mövsümdə hələ ki, qol vura bilməmişdim. Hücum xəttində çıxış etdiyimdən, fərqlənmək istəyirdim. Bu, mənim mövsümdə ilk qolum idi. “Neftçi”yə, onun azarkeşlərinə, klub rəhbərliyinə və “Forza Neftçi” azarkeş qrupuna hörmət edirəm. Kiminsə mənim barədə pis düşünməsini istəmirəm. Fikrimcə, hamı başa düşür ki, bu futboldu və mən də hər oyunda qalib gəlmək istəyirəm”.   

Xatırladaq ki, Qurbanov 2010-2016-cı illər aralığında “Neftçi”nin üzvü olub.


 
tarix: 19-11-2017 23:00


 
Xəbər lenti
19.10.2018
18.10.2018

21:00  GÜNÜN NİDASI: Stuxlikin sağ əli Məmmədov olacaq!

19:46  Türkiyənin daha iki klubundan Azərbaycana təbrik - FOTO

18:33  Dabo “Qəbələ”yə qarşı oynamaya bilər

18:01  Paytaxt klublarının 14-cü dueli

17:54  İbrət götürməli qonşu və marketoloq səriştəsizliyi

17:42  “Fənərbaxça” da Azərbaycan xalqını təbrik etdi - FOTO

17:00  Liderdən ardıcıl 7-ci qələbə

16:31  “Qarabağ” - “Vorskla”: Statistika nə deyir?

16:13  Müstəqillikdə Süleymanov izi: İlk qolun müəllifi, ilk kapitan... 

15:52  “Qarabağ”ın rəqibi futbolçusunu cəzalandırdı

15:30  “Beşiktaş” Azərbaycan xalqını təbrik etdi - FOTO

15:17  Sumqayıtda uşaq futboluna “möhtəşəm dəstək"

15:11  BOS-da UEFA seminarı

15:00  GÜNÜN XATIRLATMASI: Əliyar Ağayev özünü oyunlara təyin edirsə...

14:51  Şəkil Xəyal Nəcəfovundu, amma onu “oğru” yayıb

14:36  Baş məşqçisi: “Şehiçi asanlıqla verməyəcəyik”

14:21  Qurban Qurbanovdan millinin oyunçularına qadağa

13:57  UEFA Rusiya klubunu avrokuboklardan kənarlaşdırdı

13:31  “Azərbaycanla futbol yox, sanki həndbol oynayırdıq”

13:09  Kərim Diniyev: “İlk dövrədəki məğlubiyyəti unutmamışıq”

12:51  “Neftçi”nin legionerlərindən müstəqillik günü təbriki - VİDEO

12:29  Nazarov: “90 dəqiqə meydanda olduğum oyunu xatırlamıram”

12:00  PFL-dən möhtəşəm poster: Əbədiyyətin 27-ci ili

11:48  “Topaz”da bu gün: 16 canlı oyun

11:27  “Vorskla” erməni futbolçunu Bakıya gətirməyəcək - RƏSMİ

11:11  Topaz Premyer Liqasında 8-ci tur: tarixə səyahət

10:30  “eTopaz”da günün canlı oyunları

10:14  İsrafilovun komandası İspaniya Kuboku ilə vidalaşdı

10:01  Abbasovun gözünü açan 10 gün: “Biz bünövrəni düşünmürük”

09:48  “Sumqayıt”ın futbolçusu “tüstülətdi”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az