(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Yuventus” uduzdu, “İnter” qalib gəldi - VİDEOLAR

“Yuventus” uduzdu, “İnter” qalib gəldi - VİDEOLAR

Futbol üzrə İtaliya A seriyasında 13-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda Roma derbisi baş tutub. “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Roma” “Latsio”nu qəbul edib. Üç qolun qeydə alındığı görüşdə qələbəni "canavarlar" bayram ediblər.

Günün digər oyununda isə “Napoli” evdə “Milan”la qarşılaşıb. Neapollular doğma meydanda inamlı qələbəyə seviniblər.

İkinci oyun günündə son çempion "Yuventus"un səfərdə "Sampdoriya"ya məğlubiyyəti diqqət çəkib. "İnter" isə doğma meydanda "Atalanta"nı iki cavabsız qolla yenib.

İtaliya A Seriyası
13-cü tur

18 noyabr

Roma - Latsio 2:1
Qol: Perotti, 49. Naynqqolan, 53 - İmmobile, 72-pen.

Napoli - Milan 2:1
Qol: İnsinye, 33. Zelinski, 73 - Romanyoli, 90.

19 noyabr

Krotone - Cenoa 0:1
Qol: Riqoni, 11.

Benevento - Sassuolo 1:2
Qol: Armenteros, 65 - Matri, 57. Peluso, 90ş

Sampdoriya - Yuventus 3:2
Qol: Sapata, 52. Torreyra, 71. Ferrari, 79 - İquayn, 90-pen. Dibala, 90.

SPAL - Fiorentina 1:1
Qol: Paloski, 42 - Kyeza, 80.

Torino - Kyevo 1:1
Qol: Bazelli, 33 - Hetemay, 14.

Udineze - Kalyari 0:1
Qol: Pedro, 54.

İnter - Atalanta 2:0
Qol: İkardi, 51; 60.

20 noyabr

23:45 Verona – Bolonya

 


- - - -