(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Tərlan Əhmədovun gücənməsi

Tərlan Əhmədovun gücənməsi

“Neftçi”də yenə işlər tərs gedir. Ardıcıl 4 qələbə seriyası indi yerini məğlubiyyətlərə verib. 2 yenilgi bakılıların durumunu analiz etməyə imkan yaradır.
 
Tərlan Əhmədov baş məşqçi postuna gələndə də 2 ardıcıl məğlubiyyət görmüşdü. O zaman “Zirə”ylə “Qəbələ” çalışdırıcının siftəsini korlamışdı. Amma Əhmədov futbolçuları toparlaya və “İnter”, “Kəpəz”, “Səbail” kimi aşkar autsayderləri yenə bildi. “Sumqayıt”la oyunda bəlli oldu ki, rəqiblərin səviyyəsi “Neftçi”nin nəticələrini də müəyyən edir. Məhz “Sumqayıt” daha “diri” rəqib idi və paytaxt klubu az qala büdrəyəcəkdi. Qonaqların qapıçısı Fərhad Vəliyevin son dəqiqədəki səhvi seriyanın davamına səbəb oldu.
 
Amma yenidən “Zirə” və “Qəbələ”ylə oyunlar sıralanınca “Neftçi”nin potensialı bəlli oldu. Zəifləri asanlıqa yenən bakılılar məhz özlərindən yuxarıda olan bu komandalarla görüşlərdə yenidən xalsız qaldı.
 
İnsaf naminə, “Neftçi”  mövsümün əvvəlindəki komanda deyil. Tərlan bəyin məşqçi işi – Elxan Abdullayevlə, Vəli Qasımovla müqayisədə - görünür. Heyətə, imkanlara və rəqiblərə uyğun olaraq, o, mümkün olan qədər yaxşı nəticəyə nail olur. Yəni, o, ümumiyyətlə, məşqçilikdən xəbəri olmayan Abdullayev deyil, əlindəki materialdan imkan qədər yaxşı istifadə edir. Futbolçularla davranışı, onları motivasiya etmək qabiliyyəti də yerindədi. Elə 4 qələbə də bunun sayəsində reallaşıb. “Zirə” və “Qəbələ” kimi rəqibləri yenmək üçün həm də geniş heyətin olmalıdı.
 
Bununla belə, Əhmədov o vaxt çox yaxşı məşqçi olardı ki, nisbətən zəif heyətlə daha güclü rəqibi yensin. Əldəki oyuna görə nəticə qazanılacaqsa, turnir cədvəli gərək büdcələrə görə müəyyənləşərdi. Əsl məşqçi məğlubiyyətdən sonra komandanı toparlaya biləndi. Tərlan bəy isə “Zirə”ylə görüşdən sonrakı ikihəftəlik fasilədə də bunu bacarmadı.
 
Və indi o, səbəb axtarır. “Qəbələ”ylə dünənki oyundan sonra verdiyi açıqlamalar çətin vaxtda səbəb axtarmağa, günahı başqalarının boynuna yıxmağa çalışmağa bənzəyir. Adətən böyük məşqçilər belə etmir, məsuliyyəti üzərinə götürür, səhvləri komanda daxilində müzakirəyə çıxarır.
 
Əhmədov deyir: “Təzə gələndə demişdim ki, məni narahat edən məsələlərdən biri komandanın tam hazır olmamasıdı. Həyəcan təbili çalınmışdı ki, hardasa laxlama olacaq. Ardıcıl iki məğlubiyyət göstərir ki, hazırlıq dövrü bizi ola bilsin, hələ çox məyus etsin. Bu oyuna görə futbolçulara təşəkkür düşür. Səhvlərdən qollar buraxdıq. Rəqib futbolçuların fərdi keyfiyyətlərinin də təsiri oldu. Yaxşı oyunla məğlub olduq. Təməldə çox şey var. İlk növbədə funksional hazırlıq durur ki, bu da yoxdu. Ardıcıl 4 qələbədən sonra düşünürdüm ki, əvvəlki dövrə qayıdacaq. Çünki komandada psixoloji hazırlıq dönəmi olmamışdı”.
 
Bu, sabiq baş məşqçi Elxan Abdullayevin ünvanına atılan daşdı. Tərlan bəy haqlıdı, həqiqətən sələfi bərbad bir komanda qoyub gedib. Amma qələbələr sıralananda bu, yada düşmürdü. Ümumiyyətlə, Əhmədov hər dəfə bu sualdan yayınmağa çalışırdı. “Xilaskar məşqçi” eyforiyası əriməyə başladıqca o, çabalayır, günahkar axtarır. “Zirə” ilə oyun ola bilsin, bunun nəticəsiydi, bəs, hazırlaşmaq üçün 2 həftə vaxt qazandığınız “Qəbələ” matçı? Yəni, taktiki cəhətdən Roman Qriqorçuka məğlubiyyəti görmədiyimimizi sanır?
 
Tərlan bəy oyun zamanı hirslənməsinin səbəbini izah edir: “İlk qoldan əvvəl top rəqib oyunçudan çıxsa da, künc zərbəsi verildi. Mən hər zaman top olan istiqamətə baxıram. Bunu da açıq-aşkar gördüm. Fasilədə də videotəkrara baxıldı. Bu etiraza da haqqımız var”.
 
O da düzdü, Tərlan bəy. Hətta “Qəbələ”nin penaltisi də şübhəli idi. Amma görəsən, niyə mətbuat konfransında hakimlərdən şikayət etmədiz? Ramin Musayevdən ehtiyatlanırsız? Hər necə olsa, Peşəkar Futbol Liqasının prezidenti sizə “çörək verib”, bu vəzifəyə təyinatınızın səbəbkarı olub, özünüz də etiraf etmisiz. İndi hamını günahlandırıb, onun adını çəkməyə qorxursuz? Day-dayın xətrinə dəymək istəmirsiz, amma əminəm ki, daha bir məğlubiyyət alsaz, onu da, rəhbərliyi də, sizi qəhrəmana çevirən futbolçuları da ayağınızın altına alacaqsız. Sizin məntiqinizlə, səhvi olmayan bircə elə sizsiz.
 
“Futbolinfo”da Elnur Cəfərovun cəzalanmasıyla bağlı bir xəbər getmişdi. Bütün xəbərlərimizin doğru olduğunu deyən Tərlan bəy nədənsə o xəbərdə ilişib-qalıb.  Belə ki, biz Elnurun onsuz da zədəli olduğunu, cəzalanmağının bir bəhanə olduğunu yazmışdıq: “Onunla ilk görüşüm olanda Elnur üzr istədi. Amma ikinci məsələdə kimisə debata çağırması məsələsinin yalan olduğunu bildirdi. Amma mən onu cəzalandırdım. Qərarı verəndə onun zədəli olub-olmadığını bilmirdim. Demişdim ki, yazın, Elnur cəzalanır. Amma mətbuatda başqa şey yazırlar”.
 
Əhmədovun konkret sayt ad çəkməsi debata səbəb oldu. Çünki Elnurun 6 min manatlıq maaş almasından narazı olan məşqçi özünün gətirəcəyi oyunçulara yer açmaq üçün onsuz da çoxdan belə bəhanə axtarırdı. Və dünən bəyan etdi ki, Cəfərov 99 faiz qovulacaq. Sadəcə, “Futbolinfo”nun adını çəkməsi bir az da bizi günah sahibi etməyə cəhd göstərməsinə oxşayır.
 
Bu səbəbdən sual-cavabı biz davam etdirdik və Əhmədovun çarpaz suallardan qəzəbləndiyi, müdafiə olunmaq üçün GÜCƏNDİYİ hiss olundu.
 
- Hazırlığın qaydasında olmamasını bildirməklə nə demək istəyirsiz? Komandanın mövsümün əvvəlində tam formalaşmamasının günahı kimdədi: normal məşq keçməyən Elxan Abdullayevdə, yoxsa heyətin komplektləşməsinə nəzarət edə bilməyən rəhbərlikdə?
- Futbolçunu rəhbərlik yox, məşqçilər yığır. Burda tək günah Elxan Abdullayevdə deyil. Məşqçilər korpusu var. Limit məsələsində olan budu. Vaxtında düzgün strategiya qurulsaydı, bu gün o problemi yaşamazdıq.
 
- Barqas və Errera ilə yeni müqavilə imzaladız. Onları isə əvvəlki baş məşqçi gətirib...
- Onlarla mən müqavilə imzalanmasını istəmişəm. Futbolçunu məşqçilər heyəti götürür. Hamını göndərsəm, yeni komandanın anlaşması üçün nə qədər vaxt tələb olunur. Onlarla və Rəhman Hacıyevlə müqavilə müddətinin uzadılmasını istədim.
 
- Ehtiyatda qalan futbolçularla qışda yollarınızı ayıracaqsınız?
- Qərarı artıq yazmısınız. Bu məlumatı sizə kimin çatdırdığını bilirəm. Elə kubdandı. Kimin gedəcəyi yanvarın 4-dən sonra bəlli olacaq.
 
Bir az sıxışan kimi, yenə başqa nələrsə axtarmağa başladı. Əvvəlcə bizim ən düzgün xəbəri yazdığımızı bildirdi, daha sonra hansısa “xəbərçatdıran” axtarışına çıxdı. Halbuki Pavel Dreksa, Daniel Seqoviya, Mateo Mujek və başqalarını gedəcəyini bilmək üçün kimdənsə xəbər gözləmək lazım deyil. Soyuq başla analiz etmək və oynadılmayan bu oyunçuların yola salınacağını ehtimal etmək kifayətdi.
 
O ki qaldı klubdan xəbərçatdırana, belə biri varsa, bu, bizim jurnalist bacarığımızdı, satqın tapmışıq və ondan faydalanırıq. Və satqınlar özbaşınalığın, elə satqınlığın baş alıb getdiyi yerlərdə olur. Bir gün xəbərçatdıran axtarmaqla, bir gün qruplaşmadan danışmaqla iş olmur, Tərlan bəy. Oturun, işinizlə məşğul olun, mətbuatı müzakirəyə çıxarmayın. Jurnalistlər sizə layiq olduğunuzdan da artıq dəstək verib. Elə indi də veririk. Qışdan sonra, özünüz yığacağınız heyətin nəticələri bəlli olanda danışmalı çox mövzumuz olacaq.
 
FƏRİD
 
P.S.: Əhmədova kömək olması üçün deyək ki, onun Namiq Ələsgərovu meydana buraxması səhv addım idi. Qriqorçuk Monrozu oyuna buraxıb, təcrübəsiz Anton Krivotsyuka təzyiqi artırdı, onun səhvlərini çoxaltdı və 2-3-cü qollar məhz onun cinahından vuruldu. Tərlan bəy isə effektli Erreranı əvəzləyib Namiqi oyuna buraxmaqla təhlükəli cinah reydlərini azaltdı. Məğlubiyyətin səbəbi Elxan Abdullayevin zəif hazırlıq prosesində, rəhbərliyin yersiz transferlərində və həm də belə mənasız əvəzləmədə idi.
 
P.P.S.: Ramin Musayevə de, 1-2 yaxşı legioner tapsın. Zatən, sizi bu kluba yerləşdirməkdə əsas məqsədlərdən də biri də bazarlıq üçün şərait yaratmaqdı.

 
tarix: 20-11-2017 08:55


 
Xəbər lenti
23.10.2018

11:40   Birinci Divizion: 3 gün, eyni saat

11:34   Qvardiola qalib olmağa hazır deyil

11:20   Azərbaycan millisi Norveçə qarşı - YENİLƏNİR

11:15   Stuxlikin günah payı

10:47   Qurbanov Bordinlə qonşu oldu

10:35   Mahmudovlu “Frankfurt” yenə uduzdu

10:01   Rəşad Sadiqov Premyer Liqada məşqçi dəyişir?!

09:41   “eTopaz”da günün canlı oyunları

09:12   Nəbiyev dubla imza atdı, “Slaviya”…

09:00   GÜNÜN SUALI: Klublar Komitəsi niyə toplaşmır?

01:17   “Real Sosyedad” “Jirona” ilə bacarmadı

01:08   Son oyunda qolsuz heç-heçə

00:53   “Qarabağ”ın rəqibi 3 xalı 3 qolla qazandı

00:16   “Qəbələ” Moldovada

22.10.2018

23:49  “Trabzonspor”dan doğma meydanda xal itkisi

23:22  17-ci dəfə ölkə çempionu oldu

21:00  GÜNÜN NİDASI: Milinkoviç çox duruş gətirməyəcək!

20:35  “Qəbələ” “Sumqayıt”la oyun üçün hazırlığa start verdi

18:25  Şevçenko: “Bu olmasaydı, Azərbaycan Avropa çempionatına iddia edə bilməzdi”

18:05  “Napoli”də itki: PSJ-yə qarşı oynamayacaq

17:20  AFFA-dan Region Liqasındakı qalmaqallarla bağlı bəyanat

16:57  Topaz Premyer Liqasında 9-cu turun oyun cədvəli

16:26  “İnter”də ağır itki: “Barselona” ilə matçda olmayacaq

15:41  Elmir Vəliyev “Kəpəz”dən getdi - RƏSMİ

15:21  “Neftçi” - “Qarabağ” matçı “El-klasiko”ya görə tez başlayacaq

15:00  GÜNÜN XATIRLATMASI: Startda gözləyən var...

14:26  “Qarabağ”ın rəqibinin hələ də futbolçulara borcu var

14:10  “Qarabağ”ı sevindirən, “Qəbələ”ni üzən hakim

13:55  Paytaxt klubu baş məşqçini qovdu

13:08  Filip Ozobiç: “Vorskla” qrupda oynayırsa, necə zəif ola bilər?” 

12:51  “Keşlə” antirekord seriyasını qırdı

12:40  Premyer Liqanın 23-cü uğursuzu

12:21  Premyer Liqada 100-cü oyun

12:12  “Qarabağ” - “Vorskla” matçının hakimləri bəlli oldu

12:05  AFFA-nın bacarıqsızlığı üzündən hiss edilən təhlükə

11:48  Əliyar Ağayev Avroliqa matçına təyinat aldı

11:37  Əsgərovdan daha bir qol, komandasından darmadağın

11:19  “Sumqayıt”ın intizam, “Keşlə”nin heyət dərdi

11:01  “Topaz”: 45 illik “tilsim” və ya heç-heçə oynamayan 2 komandanın dueli

10:40  Turalla Kamran oynadı, “Yonava”…

10:22  Dadaşovun komandası kubokla erkən vidalaşdı

10:00  “eTopaz”da günün canlı oyunları

09:30  Ozan Canın komandası səfərdə uduzdu

09:00  GÜNÜN SUALI: İlk olaraq kim gedəcək?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az