(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
“Keşlə”nin tarixində yeni antirekord

“Keşlə”nin tarixində yeni antirekord

Bakının “Keşlə” klubu antirekorda imza atıb. 

Futbolinfo.az xəbər verir ki, əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında çıxış edən komanda tarixində ilk dəfə ardıcıl 6 çempionat matçında məğlubiyyət alıb. Bu yeni antirekord Topaz Premyer Liqasının 12-ci turunda rəsmiləşib. Öz meydanında “Zirə”yə 0:1 hesabı ilə uduzan paytaxt təmsilçisi 6-cı dəfə meydanı xalsız tərk edib.

Sonuncu xalını “İnter” adlandığı vaxt “Zirə” ilə səfər matçında qazanan komanda sentyabrın 23-dəki 1:1 hesablı bərabərlikdən sonra xal üzünə həsrətdir. Bu müddətdə “Neftçi” və “Qarabağ”a eyni 0:2, “Səbail”ə 0:1, “Kəpəz”ə 0:2 və “Sumqayıt”a 1:3 hesabı ilə uduzan keşləlilər uğursuz seriyanı “Zirə” ilə matçda da davam etdirib.

Bunadək 20 yaşlı klubun Premyer Liqa tarixindəki ən uzun məğlubiyyət seriyası 5-ə bərabər idi. Bakılılar 1999/2000 mövsümündə “Xəzər Universiteti” adı ilə ardıcıl 5 dəfə yenilmişdi. 2000-ci ilə təsadüf edən seriya 17 ildən sonra yeni antirekorla geridə qaldı.


 
tarix: 20-11-2017 12:17


 
Xəbər lenti
17.12.2017

02:19   “Valensiya” uduzdu, “Atletiko” qalib gəldi - VİDEOLAR

02:11   “İnter” ilk məğlubiyyətini aldı, “Napoli” və “Roma” qalib gəldi - VİDEOLAR

01:44   PSJ 3 xalı 4 qolla qazandı - VİDEO

01:26   “Borussiya” və “Bavariya”dan çətin qələbə - VİDEOLAR

00:52   MS “Tottenhem”i böyük hesabla yendi, “Çelsi” və “Arsenal” qalib gəldi - VİDEOLAR

00:30   “Trabzonspor” tək qolla güldü

16.12.2017

23:27  “Real” dünya çempionu oldu - VİDEO

22:55  Dəniz Yılmaz “Bursaspor”a lazım olmadı

21:27  Yunis Hüseynov istədi, “Kəpəz”də yeni məşqçi təyinatları gerçəkləşdi

20:56  Nəsirov ehtiyatda qaldı, komandası qalib gəldi

19:53  Araz Abdullayev oynadı, “Anortosis” qalib gəldi

18:00  Nazarov yenə fərqləndi, komandası qələbəni əldən verdi

16:37  “Neftçi”nin göndərəcəyi oyunçuların siyahısı

16:36  Fransa klubu baş məşqçisini qovdu

15:28  FİFA İspaniyanı DÇ-dən qovmaqla hədələdi

14:36  “Qəbələ”nin qış hazırlıq planı açıqlandı

13:59  “Qəbələ”də yeni müqavilə

13:42  “Kəpəz”də baş məşqçi istefaları

13:39  “Neftçi” legioneri ilə yolları ayırdı

13:16  Yubiley təxirə salındı - qərarı İcraiyyə Komitəsi verəcək

13:02  Adil Şükürov Türkiyə millisi və “Traktorsazi” rəhbərliyi ilə görüşdü

12:01  BOM-da təqdimat - FOTOLAR

11:46  “eTopaz”da günün canlı oyunları

11:22  “TOPAZ”DA BU GÜN

11:08  Nazim Süleymanov yenidən “Alaniya”da

10:05  Ziya Əzizov oynamadı, komandası uduzdu

02:08  “Monako” “Sent-Etyen”i 4 cavabsız qolla yendi - VİDEO

01:56  La Liqada 16-cı tura qolsuz start - VİDEO

01:30  “Borussiya”dan inamlı qələbə - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az