(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
İlham Əliyev: “Futbol Azərbaycanda prioritet sahələrdən biridir”

İlham Əliyev: “Futbol Azərbaycanda prioritet sahələrdən biridir”

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev FIFA-nın prezidenti Canni İnfantinonu və təşkilatın baş katibi Fatma Samouranı qəbul edib.

Futbolinfo.az xəbər verir ki, FIFA prezidenti Canni İnfantino Azərbaycana gəlişindən və dövlət başçısı ilə görüşündən məmnunluğunu bildirib.

O, Bakının FIFA İcraedici Futbol Sammitinin keçiriləcəyi dünyanın 12 şəhərindən biri seçilməsinin və ilk sammitin paytaxtımızda keçirilməsinin əhəmiyyətini qeyd edib.

Prezident İlham Əliyev Bakıda keçiriləcək FIFA İcraedici Futbol Sammitinin önəmini qeyd edib və bu tədbirin çox uğurlu olacağına əminliyini bildirib. FIFA prezidenti Canni İnfantinonun və baş katib Fatma Samouranın Azərbaycana səfərini mühüm hadisə kimi qiymətləndirən dövlət başçısı azərbaycanlı futbol azarkeşlərinin bu səfərdən sevinc hissi keçirdiklərini vurğulayıb və qeyd edib ki, bütün bunlar Azərbaycanın dünya futbol ailəsində özünəməxsus yerə malik olduğunu göstərir. Ölkəmizdə idmanın inkişafına toxunan dövlət başçısı bildirib ki, futbol Azərbaycanda prioritet sahələrdən biridir.

İdmanın bu növünün inkişafı ilə bağlı xüsusi proqramın qəbul edildiyini vurğulayan prezident İlham Əliyev Bakıda, eləcə də Azərbaycanın digər şəhərlərində müasir tələblərə cavab verən xeyli sayda stadionun inşa edildiyini və bu gün futbolun inkişafı üçün ölkəmizdə bütün lazımi infrastrukturun tam şəkildə yaradıldığını qeyd edib. Ölkəmizdə futbola olan marağın və azarkeşlərin sayının durmadan artdığını deyən dövlət başçısı bildirib ki, futbol üzrə Azərbaycan milli komandası və klublar daha yaxşı oyun nümayiş etdirir və bu sahədə daha çox uğurların və qələbələrin qazanılmasına ümidvarıq. Prezident İlham Əliyev əminliklə bildirib ki, FIFA prezidenti Canni İnfantinonun və baş katib Fatma Samouranın ölkəmizə səfəri Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığı işinə də öz töhfəsini verəcək.

FIFA prezidenti Canni İnfantino isə qeyd edib ki, Azərbaycan, sözün əsl mənasında, futbol ölkəsidir: “Mən hələ FIFA prezidenti olmamışdan öncə UEFA-da çalışdığım dövrdə biz AFFA ilə birgə əməkdaşlıq etmişik. Biz hələ o zaman irəliyə baxaraq Azərbaycanla birgə layihələr üzərində düşünürdük. Mən və baş katib Fatma Samoura Azərbaycanda ümumilikdə futbolun və futbol hərəkatının inkişafının şahidiyik. Siz artıq 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsini Bakıda təşkil etmisiniz”.

Canni İnfantino Bakının “Avro-2020”yə ev sahibliyi edəcək 13 şəhərdən biri olmasının əhəmiyyətini qeyd edib. O bildirib ki, ölkəmizdə futbol infrastrukturunun yaradılmasına və uşaq futboluna böyük önəm verilməsi Azərbaycanda futbolun inkişafına gətirib çıxarıb. Canni İnfantino, eyni zamanda, bildirib ki, 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçı Azərbaycanda futbolun inkişafının nəticəsidir. Canni İnfantino futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” futbol klubunun uğurlar qazandığını vurğulayıb və AFFA-nın fəaliyyətinin bir çox ölkələr üçün nümunə olduğunu qeyd edib.

Sonra Canni İnfantino FIFA-nın xatirə hədiyyələrini Azərbaycanın dövlət başçısına təqdim edib.


 
tarix: 20-11-2017 20:18


 
Xəbər lenti
20.07.2018

10:32   “eTopaz”da günün canlı oyunları

10:27   Dəhşətli cümə axşamı

10:12   Elvin Yunuszadə “Keşlə”də

10:01   Kamran Ağayev üzr istədi: “Onlar qələbə qazanmadı, biz uduzduq”

09:49   “TOPAZ”DA BU GÜN

09:35   Kintana “Kukesi” ilə oyunu buraxacaq

09:28   Suallardan yayınan İsmayılov - Baş məşqçi olmağa can atır

09:18   “Neftçi”nin taktikanı dəyişməsi macarların xeyrinə olub

09:12   Azərbaycan yenidən 22-ci pillədə - UEFA reytinqi

09:00   Miçoviçin əmisi oğlu: “Belə davranmağa məcbur idilər”

02:01   Roberto Bordin: “Bu, bizim üçün çox ağır nəticədi”

01:53   “Neftçi” 4 cavabsız qola üzüldü - VİDEO

01:46   “Keşlə”nin işə yaramayan qələbəsi - VİDEO

01:38   “Sumqayıt”ın Qətər klubu ilə heç-heçəsi - VİDEO

01:21   Avroliqada gecənin bütün nəticələri

00:48   “Neftçi” də mübarizəni erkən dayandırdı

00:05   Sənan Qurbanov qovuldu

19.07.2018

23:25  “Qəbələ” də Avroliqanı qələbə ilə tərk etdi

21:57  “Keşlə” qalib gəlsə də, Avroliqa ilə vidalaşdı

20:49  “Sumqayıt” “Əl-Şəhaniyə” ilə heç-heçəyə razılaşdı

19:56  “Səbail” Super Liqa klubuna məğlub oldu

19:21  “Zirə”nin hazırlıq planında dəyişiklik

18:46  “Sabah” daha 3 oyunçu ilə müqavilə bağladı - FOTO

18:04  İspaniya yığmasının yeni baş məşqçisi rəsmən təqdim olundu - FOTO

17:14  "Sabah"a niyə AFFA-dan pul ayrılır?

16:08  “Sumqayıt” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTOLAR

15:55  Bayıl stadionunun süni örtüyünə FİFA sertifikatı verildi

14:35  Rauf Əliyev: “Qarabağ” “Kukesi” ilə oyunların favoritidi”

14:01  Premyer Liqa klubundan 20 milyonluq transfer

13:12  İlk yoxlama matçında 5 cavabsız qol

13:07  “Sumqayıt” ilk yoxlama oyununa çıxır

12:33  “Qarabağ”ın “Kukesi” ilə oyunlarının vaxtı açıqlandı

12:11  “Sabah”ı da AFFA maliyyələşdirəcək

12:05  Venesuela yığmasının forvardı İtaliya klubunda

11:54  Elxan Məmmədovun cəh-cəhi, bəh-bəhi

11:35  Portuqaliyalı futbolçu Super Liqa klubunda

11:07  Millimizin baş məşqçisi: “Qəbələ” bizim üçün çox güclü rəqib oldu”

11:03  Həminki “Qarabağ”

10:22  “eTopaz”da günün canlı oyunları

10:17  Azərbaycan 1 pillə gerilədi - UEFA reytinqi

10:11  “Qarabağ”ın potensial rəqibləri

10:06  Millimizin üzvünün debütü

10:00  “TOPAZ”DA BU GÜN

09:53  Cavid revanşa köklənib: “Qəbələ”nin bu komandaya uduzmağa haqqı yox idi”

09:31  Vaqner da Silva: “Bu, məni narahat etmir”

03:14  “Neftçi” Budapeştdə - VİDEO

02:31  Rəşad Sadıqov: “Belə davam etsə, onu da itirə bilərik"

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az