(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Məmmədovun təşvişi, təkzibi

Məmmədovun təşvişi, təkzibi

AFFA-nın baş katibi Elxan Məmmədov təşvişdədi. Son vaxtlar o, az qala hər xırda məsələyə görə açıqlama, müsahibə verir. Təkziblərlə dolu çıxışları həm də özünü qorumaq cəhdinə bənzəyir.
 
Əslində, Mikayıl Nərimanoğlunun “Kəpəz”də etdiklərindən sonra Məmmədovun belə təzyiqlə üz-üzə qalması gözlənilən idi. Söhbət baş katibin göndəriyi adamın ciddi maliyyə maxinasiyalarına bulaşmasından gedir. Bu fakt təsdiqini taparsa, Elxan bəyin postu ciddi şəkildə laxlayacaq, araşdırmaların yeni dalğası start götürəcək.
 
Əslində, Nərimanoğlunun Gəncədə etdikləri çox kiçik xətalardı. Söhbət yüzminlərdən gedirsə, bu, xırda xəta sayıla bilməz, amma müqayisədə məhz belədi. Baş katibin digər klublara yerləşdirdiyi kadrlar, qazon biznesi şirkəti, millinin toplanışlarının təşkili, müxtəlif avadanlıqlarla təchizatı və s. sahələri təhkim etdiyi insanlar audit edilsə, dəqiq araşdırılma aparılsa, daha ciddi problemlər ortaya çıxa bilər. Uşaq futbolu departamenti, eləcə də AFFA-da iş görmədən maaş, konvert alan 100-ə yaxın dost-tanışın siyahısı çox qaranlıqlara işıq salmalıdı. Nrimanoğlunun məsələsi onların yanında toya getməlidi.
 
Nərimanoğlu ona görə ifşa olunub kənara atıldı ki, əl çatmayan, ün yetməyən, burun soxmaq mümkün olmayan Gəncədə ilişdi. Onu müdafiə etçək üçün imkan olmadı. AFFA daxilində hələlik nələrisə ört-basdır etmək mümkündü. Amma baş katib Mikayıl bəylə bağlı məsələnin imkan daxilində unudulmasını, gündəmdən düşməsini istəyir ki, bu, sonrakı araşdırmalar üçün açar rolunu oynamasın.
 
Elə bu səbəbdən daim gündəmi dəyişməyə çalışan Məmmədov fərqli məsələlərdən danışır, istiqaməti dəyişir. Lakin elə bu açıqlamalar da təşvişin nətiçəsidi, işıq düşən bütütn pəncərələri bağlamaq istəyir.
 
Məmmədov dünən "Report”a müsahibə verib. Məhz bu KİV-in seçilməsi təsadüfi deyil. Elxan bəy problemli məsələlərin üstünü örtmək, yuxarı dairələrə hər şeyin qaydasında olduğu mesajını göndərmək, eyni zamanda yeni layihələri elan etmək istəyəndə məhz “Report”a müraciət edir.
 
Baş katibin son müsahibəsi isə “Futbolinfo”da gedən yazının təkzibinə həsr olunub. AFFA-nın bir neçə komitəni ləğv edəcəyi ilə bağlı xəbərimizdən sonra Məmmədov təcili açıqlamaya ehtiyac duyub.
 
- Son günlər AFFA Məşqçilər Komitəsi (MK), Klublar Komitəsi (KK) və AFFA yanında Media Komitəsinin ləğv olunacağına dair fikirlər səsləndirilir. İcraiyyə Komitəsinin (İK) ilin sonuna nəzərdə tutulan iclasında bu qurumların fəaliyyətinin müzakirəsi gözlənilir?
- Xeyr, gündəlikdə belə bir məsələ yoxdur.
 
- Ümumiyyətlə, bu komitələrin işini necə qiymətləndirirsiniz?
- KK yaxşı təşəbbüsdür. Çünki bu, klubların görüşüb-danışması, müzakirələr aparması üçün fürsətdir. Bəzi məsələləri məhz KK üzləri qaldırıblar. Klubların mütəmadi olaraq, yığılması və toplantı keçirməsi müsbət haldır. Bir araya gəlib, AFFA-ya, Peşəkar Futbol Liqasına (PFL), Premyer Liqanın oyunlarını canlı yayımlayan "CBC Sport”a və digər qurumlara öz təkliflərini irəli sürürlər. Bir çox məsələni KK qaldırıb və İK-da baxılıb. MK-da həmçinin. Əsas odur ki, bu qurumlar öz fəaliyyətlərini daha da müstəqil təşkil etsinlər. Onlar AFFA-nın yaratdığı bu imkandan istifadə edib, işlərini genişləndirə bilərlər. Hər komitəyə "onu elə, bunu elə” deməyimiz düzgün deyil. Biz imkan yaratmışıq, onlara status vermişik. Bu statusdan istifadə edib, fəaliyyət göstərməlidirlər.
 
- Bəs Media Komitəsi?
- Eyni qaydada. Biz bir imkan, platforma vermişik, Media Komitəsi fəal şəkildə işləməlidir. Təbii ki, təşəbbüs göstərdiyimiz vaxt biz, yəni, media nümayəndələri ayrı fikirlər səsləndirirdik. Lakin indi istiqamət bir qədər dəyişib. Yenə deyirəm, platforma və imkanlar yaratmışıq, büdcə də vermişik. Bundan idman mediamızın inkişafı istiqamətində effektiv istifadə etmək lazımdır. Media Komitəsindən belə bir fəaliyyət gözləyirik. Bu komitə ilə bağlı hesabat hazırlanacaq və İK-ya təqdim ediləcək. Bu, gələn ilin martında təşkil olunacaq AFFA-nın Konfransı ərəfəsində nəzərdə tutulub.
 
- Belə başa düşdük ki, bu məsələ İK-nın bu ilə nəzərdə tutulan iclasında gündəmdə olmayacaq?
- Müzakirə oluna bilər, lakin gündəmdə yoxdur. Çünki Media Komitəsinin iki ili gələn il tamam olur.
 
- Amma KK və MK dekabrda yaradılıb və gələn ay fəaliyyətlərinin 2 ili tamam olur...
- Bəli. Lakin MK və KK-nın xüsusi büdcəsi yoxdur. Media Komitəsinin isə büdcəsi var.
 
- Qurban Qurbanovun Azərbaycan millisinin baş məşqçi təyin olunması və aşağı yaş qrupları üzrə yığmaların onun səlahiyyətinə keçməsindən sonra MK-ya ehtiyac qalmayacağı düşünülür. Belə çıxmırmı ki, baş məşqçi seçimlərində bu komitənin ciddi rolu olmayacaq?
- Hələlik deyə bilmərəm. MK bu günə qədər də öz tövsiyyələrini verirdi. Əvvələr əsas yığmanın baş məşqçiləri uşaq və gənclərdən ibarət komandaların futbolçularına diqqətlə yanaşırdılar, amma məşqçilərə neytral baxırdılar. İnidki durumda baş məşqçi yerli olanda, o, tək aşağı yaş qruplarındakı futbolçuları deyil, oradakı sistemi də düşünür. Ona görə də aşağı yaş qrupları üzrə yığmalara kimin rəhbərlik edəcəyi ilə bağlı əsas millinin baş məşqçisinin fikirləri önəmlidir. Yəni, bunlar onun sisteminə uyğun olmalıdır. Əsas yığmanın əcnəbi baş məşqçiləri yalnız birinci komandanı düşündürdülər. Yerli mütəxəssis isə ümumi sistemi düşünür. Bu, yerli baş məşqçinin üstünlüyüdür. O, öz futbol fəlsəfəsinin aşağı yaş qruplarında tətbiqini düşünür. Bunu da məhz oradakı məşqçilər edir.
 
- Qurbanov aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçisi postlarına öz namizədlərini təqdim edib?
- Bu barədə yaxın günlərdə məlumat veriləcək.
 
Müsahibədən göründüyü kimi, “Futbolinfo”da gedən yazı müzakirəyə çıxarılıb, bütün suallar həmin yazıdan götürülüb. Məmmədov manevrlər edir, təkzib olunması mümkün olmayan məqamlarda söz yığınını ortaya atır. Lakin bircə onu demir ki, İcraiyyə Komitəsinin gündəliyində hansı məsələnin olacağını özü haradan bilir? Çünki hələlik hətta sözügedən iclasın tarixi də bəlli deyil.
 
Təlaş, təşviş, həyəcan...
 
FƏRİD

 
tarix: 21-11-2017 12:32


 
Xəbər lenti
16.07.2018

14:00   “Borussiya”dan Premyer Liqa klubuna

13:42   Denis Silva: “Cavab matçında sonadək döyüşəcəyik”

13:32   “Qarabağ” - “Olimpiya” matçını yayımlayacaq kanal bəlli oldu

13:17   “Qəbələ” Differdanja yola düşür: Səfər proqramı açıqlandı

13:06   Fransa çempion oldu, milli karyerasını başa vurdu

12:50   Tarixin 3-cü ən məhsuldar DÇ-si

12:36   Qoran Paratski: “Özümüzü “Sevilya” ilə oyunlarda da göstərmək istəyirik”

12:19   Çempiona 38 milyon dollarlıq mükafat

11:54   Millimizin üzvü “Astana”da debüt şansı qazandı

11:44   Millimiz beynəlxalq turnirdə iştirak edəcək

11:30   “Sumqayıt” Türkiyəyə yola düşdü

11:21   Mandzukiç tarixə düşdü

11:11   “Qələbə qazanmağımıza baxmayaraq, çatışmazlıqlar var”

11:00   “eTopaz”da günün canlı oyunları

10:47   Kurtua fəxr edir

10:40   Millimizin sabiq forvardı Latviyada dubla imza atdı

10:33   “Finalda belə penalti təyin etmirlər”

10:21   Argentina və Uruqvaya çatdı - Fransa

10:11   Yenə də “Real”ın oyunçusu…

10:00   “TOPAZ”DA BU GÜN

09:48   İspaniya millisinə xüsusi mükafat

09:37   Qrizmann harda olduğunu bilmir

09:31   Araz Abdullayev müəmması

09:27   Emin oynamadı, “Kalmar” qalib gəldi

09:21   Sampaoli qovuldu

09:12   60 ildən sonra…

09:01   Deşam tarixə keçdi

00:52   DÇ-2018-in ən yaxşıları açıqlandı

15.07.2018

23:16  DÇ-2018-in bağlanış və mükafatlandırma mərasimi - VİDEO

21:37  Finalın ən yaxşısı seçildi

21:08  Fransa - Xorvatiya 4:2 - VİDEO

20:53  DÇ-2018-in qalibi Fransa oldu

19:03  “Səbail” Qətər klubu ilə “sülh bağladı”

15:34  “Neftçi” “Uypeşt”lə cavab oyununa hazırlığı davam etdirir

14:09  Premyer Liqa klubu rekord qıran transferini açıqladı - RƏSMİ

12:50  “Səbail”in Qətər klubu ilə matçının başlama saatı dəyişdi

11:55  “Real” TV-də real final

11:30  FİFA İngiltərəni də cəzalandırdı

11:00  “eTopaz”da günün canlı oyunları

10:41  Abbaszadə və Dadaşov

10:31  “Zirə” qanalı futbolçuları baxışa çağırdı

10:00  “TOPAZ”DA BU GÜN

09:31  44 illik seriya qırıldı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az