(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tibo Kurtua: “Qarabağ”a erkən qol vurub, təzyiq altında saxlamalıyıq”

Tibo Kurtua: “Qarabağ”a erkən qol vurub, təzyiq altında saxlamalıyıq”

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah “Qarabağ”ın qonağı olacaq İngiltərənin “Çelsi” klubunun qapıçısı Tibo Kurtua oyunöncəsi mətbuat konfransında iştirak edib. 

Futbolinfo.az xəbər verir ki, belçikalı qolkiper birbaşa sualları cavablandırıb:

- Fiziki və mənəvi olaraq özünü necə hiss edirsən? Nəzərə alaq ki, təyyarədə uzun yol qət etmisiz və uzun ayaqları təyyarədə yerləşdirmək çətindi...
- Uçuş uzun oldu. Ancaq təyyarə rahat idi. Bundan sonra “Liverpul”la oyunumuz var. Sabahkı oyuna tam hazırıq.

- İngilis vaxtına öyrəşmisiz. Bu da o deməkdi ki, Bakı vaxtı ilə gecə saat 2-də, 3-də yatacaqsız?
- Həmişəki kimi saat 23:00-da yatacam. Təbii ki, Bakı vaxtı ilə.

- Sabah “Qarabağ”la qarşılaşacaqsız. Ancaq demək olar ki, siz daha çox “Liverpul” barədə düşünürsüz?
- Biz tam olaraq sabahkı oyuna köklənmişik. Düzdü, bu komanda ilə oyunumuzda böyük hesabla qalib gəldik. Ancaq nəzərə alaq ki, bu, “Qarabağ”ın ÇL-də ilk oyunu idi. Bu matçdan sonra “Roma” ilə qarşılaşmada yaxşı təsir bağışladılar. “Atletiko” ilə isə iki dəfə heç-heçə etdilər.

- Necə düşünürsüz, sabah Bakıdan 3 xalla ayrıla biləcəksiz?
- Hədəfimiz budu. Favorit bizik. Bu oyunda qələbə bizə növbəti mərhələyə vəsiqəni təmin edəcək. Çalışacağıq ki, erkən qola imza atıb, rəqibi təzyiq altında saxlayaq.  

- Növbəti mərhələyə qrup 2-cisi kimi vəsiqə qazanmaqdan qorxmursuz ki?
- Biz ilk növbədə vəsiqəni təmin etmək barədə düşünürük. Bundan sonra 1-ci və ya 2-ci yeri tutmaq barədə düşünə bilərik. Ümumiyyətlə, ÇL-in 1/8 final mərhələsində asan rəqib olmur. Elə ola bilər ki, 1-ci olub, növbəti mərhələdə çətin rəqiblə düşək. Hazırda bu barədə düşünmürük.

- “Qarabağ” barədə nə deyə bilərsiz? Sizcə, komanda necə oldu ki, “Atletiko”ya iki oyunda da uduzmadı? Ümumiyyətlə, “Qarabağ”ın hansı xüsusiyyətlərindən çəkinirsiz?
- “Qarabağ” ilk oyundan sonra daha yaxşı təsir bağışlamağa başladı. Əsasən hücumçuları daha inamlı çıxış edir. Bu komanda xüsusilə, əks-hücumda daha təhlükəlidi. Fikrimcə, öz oyunumuzu sərgiləsək, “Mançester Yunayted” və “Vest Bromviç”lə oyunlardakı kimi qələbə qazana bilərik.

- Bu, Bakıya ikinci səfərinizdi. Bundan öncə “Atletiko” ilə səfər etmişdiz. Bu şəhər sizin yadınızda necə qalıb?
- 4 il bundan əvvəl burda olmuşduq. Ümumiyyətlə, burda 3 dəfə olmuşam. Mədəniyyətiniz, insanların mehriban olmasını xüsusi qeyd edərdim. Ümid edirəm ki, sabahkı oyun hər iki tərəf üçün uğurlu olar. 

- Yeni müqavilə barədə nə deyə bilərsiz?
- Daha çox öz oyunum üzərində düşünürəm. Bu məsələ ilə menecerim məşğul olur. Bu barədə nə isə deyə bilmərəm. Mövsümün sonunda bu məsələyə qayıdacağıq. (Komanda)


 
tarix: 21-11-2017 19:07


 
Xəbər lenti
17.12.2017

02:19   “Valensiya” uduzdu, “Atletiko” qalib gəldi - VİDEOLAR

02:11   “İnter” ilk məğlubiyyətini aldı, “Napoli” və “Roma” qalib gəldi - VİDEOLAR

01:44   PSJ 3 xalı 4 qolla qazandı - VİDEO

01:26   “Borussiya” və “Bavariya”dan çətin qələbə - VİDEOLAR

00:52   MS “Tottenhem”i böyük hesabla yendi, “Çelsi” və “Arsenal” qalib gəldi - VİDEOLAR

00:30   “Trabzonspor” tək qolla güldü

16.12.2017

23:27  “Real” dünya çempionu oldu - VİDEO

22:55  Dəniz Yılmaz “Bursaspor”a lazım olmadı

21:27  Yunis Hüseynov istədi, “Kəpəz”də yeni məşqçi təyinatları gerçəkləşdi

20:56  Nəsirov ehtiyatda qaldı, komandası qalib gəldi

19:53  Araz Abdullayev oynadı, “Anortosis” qalib gəldi

18:00  Nazarov yenə fərqləndi, komandası qələbəni əldən verdi

16:37  “Neftçi”nin göndərəcəyi oyunçuların siyahısı

16:36  Fransa klubu baş məşqçisini qovdu

15:28  FİFA İspaniyanı DÇ-dən qovmaqla hədələdi

14:36  “Qəbələ”nin qış hazırlıq planı açıqlandı

13:59  “Qəbələ”də yeni müqavilə

13:42  “Kəpəz”də baş məşqçi istefaları

13:39  “Neftçi” legioneri ilə yolları ayırdı

13:16  Yubiley təxirə salındı - qərarı İcraiyyə Komitəsi verəcək

13:02  Adil Şükürov Türkiyə millisi və “Traktorsazi” rəhbərliyi ilə görüşdü

12:01  BOM-da təqdimat - FOTOLAR

11:46  “eTopaz”da günün canlı oyunları

11:22  “TOPAZ”DA BU GÜN

11:08  Nazim Süleymanov yenidən “Alaniya”da

10:05  Ziya Əzizov oynamadı, komandası uduzdu

02:08  “Monako” “Sent-Etyen”i 4 cavabsız qolla yendi - VİDEO

01:56  La Liqada 16-cı tura qolsuz start - VİDEO

01:30  “Borussiya”dan inamlı qələbə - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az