(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
“Qarabağ” "Çelsi" ilə evdə də bacarmadı

“Qarabağ” "Çelsi" ilə evdə də bacarmadı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində beşinci tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanın qitənin ən nüfuzlu klub turnirdəki təmsilçisi “Qarabağ” da növbəti matçına çıxıb. Ağdam klubu doğma meydanda İngiltərə çempionu “Çelsi” ilə münasibətlərinə aydınlıq gətirib.

Qurban Qurbanovun yetirmələri Londonda baş tutan ilk oyunda bu rəqibinə böyük hesabla uduzmuşdu – 0:6. Lakin sonrakı oyunlarında daha inamlı təsir bağışlayan təmsilçimizdən bu görüşdə də uğur gözləyənlər az deyildi. Təəssüf ki, İngiltərə çempionu ilə ev oyunu da “Qarabağ” üçün uğursuz alınıb. Matçın əvvəlindəcə portuqaliyalı baş hakim demək olar ki, “Çelsi”yə penalti hədiyyə edib. Bu azmış kimi, o, komandamızın kapitanı Rəşad Sadıqovu da meydandan qovub. Təbii ki, bu, “Qarabağ” üçün böyük zərbə olub və qalan dəqiqələrdə ardıcıl 4 qol buraxan təmsilçimiz meydanı məğlub tərk edib.

Qrupun digər oyununda İspaniyanın “Atletiko” klubu İtaliyanın “Roma” kollektivini qəbul edəcək.

UEFA Çempionlar Liqası
C qrupu

22 noyabr

“Qarabağ” - “Çelsi” 0:4
Qol: E.Azar, 21-pen. Villian, 37; 85. S.Fabreqas, 73-pen.
Qırmızı vərəqə: R.Sadıqov, 19.
Hakimlər: Manuel De Souza, Alvaro Meskita, Rikardo Santos, Nuno Pereyra (hamısı Portuqaliya).
Bakı Olimpiya Stadionu.

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu (99. Dani Kintana, 85), 11. Mahir Mədətov (91. Coşqun Diniyev, 46), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerrye (32. Elvin Yunuszadə, 81).
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 90. Ramil Şeydayev.
Baş məşqçi: Qurban Qurbanov.
“Çelsi”: 13. Tibo Kurtua, 2. Antonio Rüdiger, 4. Markos Alonso (24. Qari Keyhill, 58), 4. Sesk Faberqas, 7. Nqolo Kante (6. Danni Drinkuoter, 75), 10. Eden Azar (9. Alvaro Morata, 65), 11. Pedro Rodriqes, 21. Davide Zappakosta, 22. Villian, 28. Sesar Aspilikueta (k), 30. David Luis.
Ehtiyat oyunçular: 1. Villi Kabalyero, 14. Timoue Bakayoko, 27. Andreas Kristensen, 66. Dujon Sterlinq.
Baş məşqçi: Antonio Konte.

Çelsi – 10, Roma – 8, Atletiko – 3, Qarabağ – 2.


 
tarix: 22-11-2017 22:49


 
Xəbər lenti
16.07.2018

14:00   “Borussiya”dan Premyer Liqa klubuna

13:42   Denis Silva: “Cavab matçında sonadək döyüşəcəyik”

13:32   “Qarabağ” - “Olimpiya” matçını yayımlayacaq kanal bəlli oldu

13:17   “Qəbələ” Differdanja yola düşür: Səfər proqramı açıqlandı

13:06   Fransa çempion oldu, milli karyerasını başa vurdu

12:50   Tarixin 3-cü ən məhsuldar DÇ-si

12:36   Qoran Paratski: “Özümüzü “Sevilya” ilə oyunlarda da göstərmək istəyirik”

12:19   Çempiona 38 milyon dollarlıq mükafat

11:54   Millimizin üzvü “Astana”da debüt şansı qazandı

11:44   Millimiz beynəlxalq turnirdə iştirak edəcək

11:30   “Sumqayıt” Türkiyəyə yola düşdü

11:21   Mandzukiç tarixə düşdü

11:11   “Qələbə qazanmağımıza baxmayaraq, çatışmazlıqlar var”

11:00   “eTopaz”da günün canlı oyunları

10:47   Kurtua fəxr edir

10:40   Millimizin sabiq forvardı Latviyada dubla imza atdı

10:33   “Finalda belə penalti təyin etmirlər”

10:21   Argentina və Uruqvaya çatdı - Fransa

10:11   Yenə də “Real”ın oyunçusu…

10:00   “TOPAZ”DA BU GÜN

09:48   İspaniya millisinə xüsusi mükafat

09:37   Qrizmann harda olduğunu bilmir

09:31   Araz Abdullayev müəmması

09:27   Emin oynamadı, “Kalmar” qalib gəldi

09:21   Sampaoli qovuldu

09:12   60 ildən sonra…

09:01   Deşam tarixə keçdi

00:52   DÇ-2018-in ən yaxşıları açıqlandı

15.07.2018

23:16  DÇ-2018-in bağlanış və mükafatlandırma mərasimi - VİDEO

21:37  Finalın ən yaxşısı seçildi

21:08  Fransa - Xorvatiya 4:2 - VİDEO

20:53  DÇ-2018-in qalibi Fransa oldu

19:03  “Səbail” Qətər klubu ilə “sülh bağladı”

15:34  “Neftçi” “Uypeşt”lə cavab oyununa hazırlığı davam etdirir

14:09  Premyer Liqa klubu rekord qıran transferini açıqladı - RƏSMİ

12:50  “Səbail”in Qətər klubu ilə matçının başlama saatı dəyişdi

11:55  “Real” TV-də real final

11:30  FİFA İngiltərəni də cəzalandırdı

11:00  “eTopaz”da günün canlı oyunları

10:41  Abbaszadə və Dadaşov

10:31  “Zirə” qanalı futbolçuları baxışa çağırdı

10:00  “TOPAZ”DA BU GÜN

09:31  44 illik seriya qırıldı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az