(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Yaşar Seyidovun tövsiyə planı və reallıq

Yaşar Seyidovun tövsiyə planı və reallıq

Milli komandanın baş məşqçi postunun Qurban Qurbanova tapşırılması ölkə futbol tarixində mühüm hadisədi. AFFA uzun illər əcnəbilərə qucaq açdıqdan, milyonları onlara yedizdirdikdən sonra anladı ki, bu, çıxış yolu deyil. Kadr potensialı yoxdusa, yüksək ödənişli məşqçi yalnız aldadıcı görüntü yarada bilər.
 
Elə bu səbəbdən milli komandalarda davamlı inkişafa nail olmaq, bütün yaş qrupları üzrə milliləri eyni üslublu oyun tərzinə uyğunlaşdırmaq, ən əsası, potensiallı yeniyetmələrin üzə çıxarlmasını müxanizmə çevirmək üçün strategiya dəyişdirildi. Qurbanovun boynuna bütün futbol təsərrüfatının yükü qoyuldu və milli komanda adına inkişaf planı tamamilə bu adama tapşırıldı.
 
AFFA İcraiyyə Komitəsinin son iclasında verilən qərar, seçilən strategiya, əslində, 20 ildir mətbuatın yazdıqlarının həyata keçirilməsi idi. Media əhli uzun illərdi məhz bu strategiyanın seçilməsinin, sistemin qurulmasının vacibliyini bildirir. İndi həmin təkliflər paket halına salınıb işlənməlidi.
 
AFFA-nın 20 ildən sonra ağlına batan bu sistem də özlərinin beyninin məhsulu deyil. Dünən “Bakı”nın vitse-prezidenti Yaşar Seyidovun redaksiyamızın poçtuna göndərdiyi məktubdan anlaşılır ki, bunu proqram halında məhz o, AFFA-ya təklif edibmiş. Seyidovun 2016-cı ilin mayında göndərdiyi sənəd/məktub əsasında assosiasiya rəsmiləri yeni proqram hazırlayıb, ona bəzi dəyişikliklər edərək, həyata keçirilməsinə çalışırlar.
 
Yaşar bəyin AFFA-nın baş katibi Elxan Məmmədova, eləcə də Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqova ünvanladığı həmin məktubda indi planlaşdırılan strategiyanın ana xətti mövcuddu. Düzdü, orada baza-klub kimi “Bakı” göstərilib, AFFA isə “Qarabağ”ı seçib. Olsun, lakin elə həmin “Bakı”nın boş qalan təlim-məşq bazasının da xidmətlərindən istifadə etmək, oranı milli komandaların mərkəzi düşərgəsinə çevirmək olar.
 
Əsas odur, iş başlayıb. İndi Qurbanovun ətrafında birləşmək, süçilmiş yolda ona dayaq olmaq, yardım etmək vacibdi.


 
tarix: 22-11-2017 13:44


 
Xəbər lenti
16.07.2018

14:00   “Borussiya”dan Premyer Liqa klubuna

13:42   Denis Silva: “Cavab matçında sonadək döyüşəcəyik”

13:32   “Qarabağ” - “Olimpiya” matçını yayımlayacaq kanal bəlli oldu

13:17   “Qəbələ” Differdanja yola düşür: Səfər proqramı açıqlandı

13:06   Fransa çempion oldu, milli karyerasını başa vurdu

12:50   Tarixin 3-cü ən məhsuldar DÇ-si

12:36   Qoran Paratski: “Özümüzü “Sevilya” ilə oyunlarda da göstərmək istəyirik”

12:19   Çempiona 38 milyon dollarlıq mükafat

11:54   Millimizin üzvü “Astana”da debüt şansı qazandı

11:44   Millimiz beynəlxalq turnirdə iştirak edəcək

11:30   “Sumqayıt” Türkiyəyə yola düşdü

11:21   Mandzukiç tarixə düşdü

11:11   “Qələbə qazanmağımıza baxmayaraq, çatışmazlıqlar var”

11:00   “eTopaz”da günün canlı oyunları

10:47   Kurtua fəxr edir

10:40   Millimizin sabiq forvardı Latviyada dubla imza atdı

10:33   “Finalda belə penalti təyin etmirlər”

10:21   Argentina və Uruqvaya çatdı - Fransa

10:11   Yenə də “Real”ın oyunçusu…

10:00   “TOPAZ”DA BU GÜN

09:48   İspaniya millisinə xüsusi mükafat

09:37   Qrizmann harda olduğunu bilmir

09:31   Araz Abdullayev müəmması

09:27   Emin oynamadı, “Kalmar” qalib gəldi

09:21   Sampaoli qovuldu

09:12   60 ildən sonra…

09:01   Deşam tarixə keçdi

00:52   DÇ-2018-in ən yaxşıları açıqlandı

15.07.2018

23:16  DÇ-2018-in bağlanış və mükafatlandırma mərasimi - VİDEO

21:37  Finalın ən yaxşısı seçildi

21:08  Fransa - Xorvatiya 4:2 - VİDEO

20:53  DÇ-2018-in qalibi Fransa oldu

19:03  “Səbail” Qətər klubu ilə “sülh bağladı”

15:34  “Neftçi” “Uypeşt”lə cavab oyununa hazırlığı davam etdirir

14:09  Premyer Liqa klubu rekord qıran transferini açıqladı - RƏSMİ

12:50  “Səbail”in Qətər klubu ilə matçının başlama saatı dəyişdi

11:55  “Real” TV-də real final

11:30  FİFA İngiltərəni də cəzalandırdı

11:00  “eTopaz”da günün canlı oyunları

10:41  Abbaszadə və Dadaşov

10:31  “Zirə” qanalı futbolçuları baxışa çağırdı

10:00  “TOPAZ”DA BU GÜN

09:31  44 illik seriya qırıldı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az