(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
“Hakimlər hadisəni bəzən düzgün qiymətləndirmirlər”

“Hakimlər hadisəni bəzən düzgün qiymətləndirmirlər”

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında 8-ci turun son oyunu - “Marafon Futsal” – “FK İD Futsal2 görüşü məhsuldarlığı ilə yadda qaldı. 

Futbolinfo.az xəbər verir ki, iki debutant komandanın duelindən “Marafon Futsal” qalib ayrıldı. Həm də bu oyunda mövsümün üçüncü pokeri qeydə alındı. “Marafon Futsal”ın üzvü Seymur Məmmədov 4 qol vurmaqla komandası adına ikinci belə uğura imza atdı. Oyundan sonra futzalçı Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib:

- Oyunun bu şəkildə keçəcəyini gözləyirdin?
- Maraqlı oyun oldu. Bizim üçün qələbə qazanmaq vacib idi. Çünki iki ardıcıl məğlubiyyət almışdıq. Həm də hər iki komanda bu ildən Yüksək Liqada çıxış edir. Düzgün oynadıq, epizodları düzgün qiymətləndirdik. Buna görə də qələbə qazandıq. Komanda yoldaşlarım bu gün öz bacarıqlarını göstərdilər, hamısına yaxşı oyuna görə təşəkkür edirəm.

- “Araz” və “Neftçi”yə məğlubiyyətləri nə ilə əlaqələndirirsən? Təcrübə baxımından onlardan geri qaldınız?
- Deməzdim, təcrübəsizik. Əksər futzalçılarımız başqa klubların heyətində Yüksək Liqada oynayırblar, təcrübəlidirlər. Burda bizdən asılı olmayan səbəblər təsirini göstərdi. Hakimlərin yanlış qərarlarını nəzərdə tuturam. Bəzən hadisəni düzgün qiymətləndirmirlər, bu da nəticəyə təsir edirdi. Məğlubiyyətlərdə bu amilin rolunun böyük olduğunu qeyd edə bilərəm.

- Bu gün poker etdiniz. Dörd qol vurcağınızı gözləyirdinizmi?
- Komandanın qələbə qazanması vacibdir. Vurduğum qollara gəldikdə, bu da Allahın qismətidir. Əsas odur ki, meydanda üzərinə düşəni edəsən.

- Oyun zamanı çox əsəbi olursan. Bəzən yersiz mübahisələrdən də qaçmırsan…
- Razıyam, oyun zamanı emosiyalarımı boğa bilmirəm. Həm də bəzən gözləmədiyin oyunçu meydanda sənə qarşı elə hərəkət edir ki, çalışırsan cavabını verəsən. Yəni sakit ola bilmirsən və bu da sonda cəzalanmağına gətirib çıxarır.

- Həmin hərəkəti sən də digər futzalçıya edirsən axı..
- Buna görə bəzən onlar mənə heç nə demirlər. Oyun vaxtı sakit olmaq mümkün deyil. Oyunun axarına qoşulursan.

- Bu oyunla milliyə yollanacağın dəqiqdi...
- Baş məşqçi Joze Alesio da Silva əsas milliyə dəvət edib. Bakıdakı toplanışda iştirak edəcəm. Yəqin ki, İrandakı beynəlxalq turnirə də yollanacam. Hər bir idmançı üçün fəxr olunası andı millinin üzvü olmaq.

- Turnirdəki rəqiblərlə bağlı nə düşünürsən?
- Gücləri hamıya bəllidi. Reytinq cədvəlində hamısı bizdən öndədirlər. Rusiya dünya çempionatında ikinci yeri tutub. Daim Avropa və dünya çempionatlarının final mərhələsində iştirak edir. İran isə mundialı üçüncü yerdə qapayıb. Qazaxıstan da güclü rəqibdir. Bir sözlə, bizi çətin oyunlar gözləyir. Yığmamız da güclülər sırasındadı ki, turnirə dəvət ediblər.


 
tarix: 22-11-2017 16:11


 
Xəbər lenti
16.07.2018

14:00   “Borussiya”dan Premyer Liqa klubuna

13:42   Denis Silva: “Cavab matçında sonadək döyüşəcəyik”

13:32   “Qarabağ” - “Olimpiya” matçını yayımlayacaq kanal bəlli oldu

13:17   “Qəbələ” Differdanja yola düşür: Səfər proqramı açıqlandı

13:06   Fransa çempion oldu, milli karyerasını başa vurdu

12:50   Tarixin 3-cü ən məhsuldar DÇ-si

12:36   Qoran Paratski: “Özümüzü “Sevilya” ilə oyunlarda da göstərmək istəyirik”

12:19   Çempiona 38 milyon dollarlıq mükafat

11:54   Millimizin üzvü “Astana”da debüt şansı qazandı

11:44   Millimiz beynəlxalq turnirdə iştirak edəcək

11:30   “Sumqayıt” Türkiyəyə yola düşdü

11:21   Mandzukiç tarixə düşdü

11:11   “Qələbə qazanmağımıza baxmayaraq, çatışmazlıqlar var”

11:00   “eTopaz”da günün canlı oyunları

10:47   Kurtua fəxr edir

10:40   Millimizin sabiq forvardı Latviyada dubla imza atdı

10:33   “Finalda belə penalti təyin etmirlər”

10:21   Argentina və Uruqvaya çatdı - Fransa

10:11   Yenə də “Real”ın oyunçusu…

10:00   “TOPAZ”DA BU GÜN

09:48   İspaniya millisinə xüsusi mükafat

09:37   Qrizmann harda olduğunu bilmir

09:31   Araz Abdullayev müəmması

09:27   Emin oynamadı, “Kalmar” qalib gəldi

09:21   Sampaoli qovuldu

09:12   60 ildən sonra…

09:01   Deşam tarixə keçdi

00:52   DÇ-2018-in ən yaxşıları açıqlandı

15.07.2018

23:16  DÇ-2018-in bağlanış və mükafatlandırma mərasimi - VİDEO

21:37  Finalın ən yaxşısı seçildi

21:08  Fransa - Xorvatiya 4:2 - VİDEO

20:53  DÇ-2018-in qalibi Fransa oldu

19:03  “Səbail” Qətər klubu ilə “sülh bağladı”

15:34  “Neftçi” “Uypeşt”lə cavab oyununa hazırlığı davam etdirir

14:09  Premyer Liqa klubu rekord qıran transferini açıqladı - RƏSMİ

12:50  “Səbail”in Qətər klubu ilə matçının başlama saatı dəyişdi

11:55  “Real” TV-də real final

11:30  FİFA İngiltərəni də cəzalandırdı

11:00  “eTopaz”da günün canlı oyunları

10:41  Abbaszadə və Dadaşov

10:31  “Zirə” qanalı futbolçuları baxışa çağırdı

10:00  “TOPAZ”DA BU GÜN

09:31  44 illik seriya qırıldı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az