(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
“Çelsi” fanatı olan Ndlovu: 0:6-dan sonra forma dəyişə bilməzdim

“Çelsi” fanatı olan Ndlovu: 0:6-dan sonra forma dəyişə bilməzdim

“Əksər cənubi afrikalılar kimi, mən də futbol oynamağa küçədə başlamışam”. 

Futbolinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Dino Ndlovu deyib. Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Ağdam klubu bu gün “Çelsi”ni qəbul edəcək.
 
CAR yığmasına da dəvət alan Ndlovu “zadəganlar”la matçdan öncə London klubunun müxbiri Nizaar Kinsellaya geniş müsahibə verib.
 
O, əvvəlcə futbola gəlişi və ilk vaxtlarda üzləşdiyi çətinliklərdən söz açıb: “16 yaşım olanda akademiyaya gedib, təcrübə toplamaq şansım var idi. Amma anam məni buraxmırdı. Çünki o, tək yaşamaq istəmirdi. Həmin vaxt qardaşım şaxtada işləyirdi. Ardınca mənim üçün daha bir şans yarandı. Doğma şəhərimdə uşaqlar arasında seçim aparılırdı. İkinci mərhələ üçün seçilsəm də, Yohannesburqa yollanmalı idim. Anam səfər xərcimi qarşılamaq üçün rəfiqəsindən borc götürdü. Yohannesburqa getdim, amma üstümdə əlavə pul olmadığından, qalmağa yerim yox idi. 3 gün dəmiryolu vağzalının vanna otağında qaldım. Ancaq buna dəydi. Çünki mənə “Platinum Stars” akademiyasında oynamaq üçün müqavilə təklif etdilər. Onlar məndə üstün cəhətlər görmüşdülər. Ən əsası, gənclərdən ibarət komandanın heyətində çoxlu qol vururdum. Amma problemlərim var idi. Əvvəl heç vaxt peşəkar olmadığım halda, birdən-birə yüksək məvacib almağa başlamışdım və çox pul xərcləyirdim. Daha oyunuma fikir vermirdim. Bunun da nəticəsində formadan düşdüm. Çox oynamırdım, vaxtımın əksər hissəsini evdə dostlarımla keçirib, bədxərclik edirdim. 2011-ci ildə klub müqaviləmin müddətini uzatmadı. Həmin vaxt həyat yoldaşım hamilə idi, qızımız dünyaya gələcəkdi. Ailəmi, anamı mən dolandırdığım məqamda işsiz qalmışdım. Uçurumda idim. Öz-özümə dedim ki, vəziyyəti dəyişməliyəm. Menecerimlə söhbət edirdik. Dedi ki, CAR-ı tərk etməlisən. Cəmi iki gün sonra “Bney Yehuda” klubu ilə müqavilə imzaladım. İsraildə, həqiqətən də, çox şey öyrəndim. Həmin vaxt Hayfa “Makkabi”sindən təklif aldım və 1,5 milyon dollar qarşılığında məni heyətinə qatdı. “Makkabi” ilə imzaladığım müqavilədə məbləği görəndə inana bilmirdim. İl yarımdan sonra hər şey yenidən başlanmışdı, toparlana bilmişdim”.
 
27 yaşlı forvard daha sonra Azərbaycana gəlişi və Çempionlar Liqasının qrup mərhələsindəki iştirakı haqda danışıb: “Qarabağ”ı tanımırdım. Mən Kiprdə oynayanda onlar əlaqə saxladılar. Həmin vaxt Türkiyənin “Antalyaspor” və “Gənclərbirliyi” klubları da mənimlə danışıq aparırdılar, həmçinin Yunanıstandan təklifim var idi. Ancaq oynamaq və titullar qazanmaq istədiyimdən, “Qarabağ”ı seçdim. Cənubi Afrikada futbol oynayan hər kəsdən arzusunun nə olduğunu soruşsanız, bu cavabı verəcək: “Avropada oynayıb, Çempionlar Liqasında iştirak etmək və millinin şərəfini qorumaq”. Bu hissi supermarketdən ala bilmərsiniz. Buna nail olmaq üçün çox çalışmalısız. Hazırda karyeramın ən yaxşı anlarını yaşayıram”.
 
Ndlovu vaxtilə “Çelsi”nin fanatı olduğunu etiraf edib: “Oyunlarını izlədiyim ilk komanda “Barselona” olub. Daha sonra isə “Çelsi”nin azarkeşinə çevrildim. Bu klubun əsl fanatı olmuşam, indinin özündə də eləyəm. Afrikalı futbolçular Didye Droqba Benni Makkarti sevimli komandamda görmək məni şad edirdi. Onların oyunundan həzz alırdım”.
 
“Qarabağ”ın əsas qol ümidlərindən olan Ndlovu bu gün baş tutacaq matçda 3 xalı hədəflədiklərini deyib: “Biz bütün oyunlara qələbə qazanmaq üçün hazırlaşırıq. “Çelsi” ilə matçda da heç-heçə haqda düşünmürük. Biz bu görüşdə qalib gəlmək istəyirik. Bunu bacaracağımıza inanırıq. Evdə oynayacağıq və oyuna 69 min bilet satılıb. Bu isə o deməkdi ki, stadionda xoş atmosfer olacaq. Düşünürəm ki, bu, Çempionlar Liqasında iştirak edən hər komanda üçün normal haldı. İlk oyunda “Çelsi”dən qorxmurduq, amma onlara həddindən artıq hörmət edirdik. Rəqib futbolçulara televiziyadan izlədiyimiz ulduzlara hörmət etdiyimiz kimi yanaşırdıq. Vaxt keçdikdə Çempionlar Liqasının qrupunda özümüzü daha rahat hiss etməyə başladıq. Bu səviyyədə keçirilən görüşlərdə necə oynamalı olduğumuzu düşündük. Dedik ki, biz bu qrupda da nəsə edə bilərik, hələ son deyil. Əminəm ki, “Çelsi” ilə budəfəki qarşılaşma da asan olmayacaq. Fabreqas, Kante və Azar kimi futbolçularla qarşılaşanda düşünürsən ki, onları itələyib, nəsə edə bilərsən. Amma çox güclü, ağıllı və cəlddilər. Topa nəzarət etməyə çalışdığınız anda onu sizdən ala bilirlər. Bununla belə, ÇL-dəki son 2 matçda daha yaxşı oyun göstərəcəyimizə inanıram”.
 
Ndlovu “Çelsi” ilə Londondakı matçdan sonra sevimli komandasının oyunçularından biri ilə forma dəyişdirmək istəsə də, baş məşqçi Qurban Qurbanovun buna yaxşı reaksiya verməyəcəyindən qorxub. O bildirib ki, Bakıdakı qarşılaşmada yaxşı nəticə qeydə alınsa, bu arzusunu yerinə yetirəcək: “Stemford Bric”də Eden Azar və ya Mişi Batşuayi ilə formamı dəyişmək istəyirdim. Amma məsələ burasındadı ki, bizim baş məşqçimizin böyük personası var. 0:6 hesabı ilə uduzmuşduq. Belə məqamda forma dəyişdirə bilməzdim. Hər ikisinə dedim ki, sizin formanız mənə lazımdı. Amma “Çelsi”nin formasında paltardəyişmə otağına daxil olsam, 0:6 hesabı ilə uduzduğumuzdan, baş məşqçimiz buna çox əsəbləşəcək. Öz formama hörmət etməli, “Çelsi”nin futbolçusu ilə forma dəyişdirməməliydim. Lakin Bakıda yaxşı nəticə qeydə alınsa, bunu reallaşdırmaq istərdim”.
 
Ndlovu Azərbaycan haqda da müsbət fikirlər səsləndirib: “Hər futbolçunun təsəvvür edə biləcəyi ən yaxşı ölkədə yaşayıram. Bakı böyük şəhərdi və Azərbaycanı onsuz təsəvvür etmək mümkün deyil. Ailəm də Azərbaycanı çox bəyənir. Qızım Bakıda məktəbə gedir. Bura açıq ölkədi. Cinayət hadisələrinin sayı azdı, heç bir təzyiqlə üzləşmirsən. Təzyiqi yalnız “Qarabağ”ın oyunlarında hiss edirəm. Çempionlar Liqasının qrupuna düşəcəyimizə şübhə etmirdik. Dediyim kim, baş məşqçimiz böyük personadı və bu missiyanın öhdəsindən gələcəyimizə heç vaxt şübhə etməyib. Əksər futbolçular uzun müddətdi ki, “Qarabağ”da oynayır. Hər il 1-2 futbolçu dəyişilir. Son 5 mövsümdə, demək olar ki, eyni heyətlə çıxış edirik. “Çelsi”nin bir futbolçusunun məvacibi bizim, bəlkə də, 1 illik büdcəmizə bərabərdi. Bununla belə, onlarla qarşılaşanda da deyirdik ki, 11 nəfər 11 nəfərə qarşı oynayacaq və mübarizə aparmaq lazımdı. Təcrübəmizi artırmaqdan zövq alırıq. Çempionlar Liqasının qrupunda qarşımıza hədəf qoyulmayıb. Sadəcə, meydanda mümkün olan hər şeyi etmək istəyirik. Böyük futbolçularla qarşı-qarşıya gəlmək, nəhəng stadionlarda oynamaq və möhtəşəm şəhərlərə səfər etmək gözəl hissdi”.
 
Dino gələcək karyerası barədə də bəhs edib. O, “Qarabağ” rəhbərliyi ilə yeni müqavilə haqda hələ danışıq aparmadığını bildirib: “Oyun tərzinə görə “Qarabağ” “Barselona”ya bənzədilir. Biz topa nəzarət etməyi xoşlayırıq. Rəqiblərimiz isə bizimlə oyunda müdafiədə avtobus qururlar. “Qarabağ”ın start heyətində yer alan 11 futbolçunun hər biri milli üzvüdü. Heyətimizi uzun illərdi saxlayırıq. Yəni ticarətlə məşğul olan klub deyilik. “Qarabağ”ın heyətində 6-7 ildi bir yerdə çıxış edən xeyli sayda futbolçu var. Onlar istedadlı olduqları üçün bu qədər müddətdə komandada qalıblar. Bir də “Qarabağ”da futbolçulara yaxşı məvacib verilir. “Qarabağ”la müqaviləmin müddəti 6 ay sonra başa çatacaq. Gələcək karyeramla bağlı klub rəhbərliyi ilə hələ heç bir müzakirəmiz olmayıb. Baş məşqçi məndən razı olduğunu deyib. Bayram tətilindən qayıdandan sonra rəhbərliklə oturub, danışacağıq, onların təklifinə baxacam. Hətta yaxşı təklif almasam belə, deyə bilərəm ki, karyeramın ən yaxşı illərini “Qarabağ”da keçirmişəm. Ailəm burda xoşbəxtdi. Yaxşı yeni müqavilə təklifi alsam, burda qalmaq məni daha da xoşbəxt edər”. (Apasport)


 
tarix: 22-11-2017 17:57


 
Xəbər lenti
16.07.2018

18:30   Maksimov “Keşlə”dən getdi

17:14   “Qarabağ” - “Olimpiya”: Mətbuat konfranslarının vaxtı açıqlandı

16:38   “Sumqayıt” 4 yoxlama oyunu keçirəcək

16:00   Millidə debüt etmədən dünya çempionu oldu, tarixə düşdü

15:40   A Seriyası klubundan yeni transfer - FOTO

15:25   “Qarabağ”dan abituriyentlərə jest

14:49   Danimarka yığmasının üzvü Premyer Liqa klubunda

14:35   “Çelsi”nin yetirməsi La Liqa klubunda

14:00   “Borussiya”dan Premyer Liqa klubuna

13:42   Denis Silva: “Cavab matçında sonadək döyüşəcəyik”

13:32   “Qarabağ” - “Olimpiya” matçını yayımlayacaq kanal bəlli oldu

13:17   “Qəbələ” Differdanja yola düşür: Səfər proqramı açıqlandı

13:06   Fransa çempion oldu, milli karyerasını başa vurdu

12:50   Tarixin 3-cü ən məhsuldar DÇ-si

12:36   Qoran Paratski: “Özümüzü “Sevilya” ilə oyunlarda da göstərmək istəyirik”

12:19   Çempiona 38 milyon dollarlıq mükafat

11:54   Millimizin üzvü “Astana”da debüt şansı qazandı

11:44   Millimiz beynəlxalq turnirdə iştirak edəcək

11:30   “Sumqayıt” Türkiyəyə yola düşdü

11:21   Mandzukiç tarixə düşdü

11:11   “Qələbə qazanmağımıza baxmayaraq, çatışmazlıqlar var”

11:00   “eTopaz”da günün canlı oyunları

10:47   Kurtua fəxr edir

10:40   Millimizin sabiq forvardı Latviyada dubla imza atdı

10:33   “Finalda belə penalti təyin etmirlər”

10:21   Argentina və Uruqvaya çatdı - Fransa

10:11   Yenə də “Real”ın oyunçusu…

10:00   “TOPAZ”DA BU GÜN

09:48   İspaniya millisinə xüsusi mükafat

09:37   Qrizmann harda olduğunu bilmir

09:31   Araz Abdullayev müəmması

09:27   Emin oynamadı, “Kalmar” qalib gəldi

09:21   Sampaoli qovuldu

09:12   60 ildən sonra…

09:01   Deşam tarixə keçdi

00:52   DÇ-2018-in ən yaxşıları açıqlandı

15.07.2018

23:16  DÇ-2018-in bağlanış və mükafatlandırma mərasimi - VİDEO

21:37  Finalın ən yaxşısı seçildi

21:08  Fransa - Xorvatiya 4:2 - VİDEO

20:53  DÇ-2018-in qalibi Fransa oldu

19:03  “Səbail” Qətər klubu ilə “sülh bağladı”

15:34  “Neftçi” “Uypeşt”lə cavab oyununa hazırlığı davam etdirir

14:09  Premyer Liqa klubu rekord qıran transferini açıqladı - RƏSMİ

12:50  “Səbail”in Qətər klubu ilə matçının başlama saatı dəyişdi

11:55  “Real” TV-də real final

11:30  FİFA İngiltərəni də cəzalandırdı

11:00  “eTopaz”da günün canlı oyunları

10:41  Abbaszadə və Dadaşov

10:31  “Zirə” qanalı futbolçuları baxışa çağırdı

10:00  “TOPAZ”DA BU GÜN

09:31  44 illik seriya qırıldı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az