(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Rəşad Sadıqov: “Hakimlər bizə qarşı çox sərt mövqe tuturlar”

Rəşad Sadıqov: “Hakimlər bizə qarşı çox sərt mövqe tuturlar”

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İngiltərə çempionu "Çelsi"yə qarşı keçirdikləri ev oyunundan (0:4) sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, 20-ci dəqiqədə qırmızı vərəqə alaraq, Ağdam təmsilçisi azlıqda qoyan kapitan əvvəlcə oyunu dəyərləndirib...

- Oyun barədə nə isə danışmaq çətindi. Matçı iki hissəyə bölmək olar. Birincisi, qırmızı vərəqəyədək olan, ikincisi, qırmızı vərəqədən sonra. Birinci hissəyə çox yaxşı başlamışdıq, hər şey əla, oyun nəzarətimizdə idi. Amma bir anda hər şey pozuldu. 

- Referiyə həmin epizodda nə dedin?
- Dedim ki, penalti verirsənsə, heç olmasa, qırmızı vərəqə vermə.  

- Qırmızı vərəqə ilə razılaşırsan? 
- Mən, sadəcə, sonuncu ümid folunun hansı epizoda aid olduğunu tuta bilmirəm. Qaydalarda edilən dəyişiklik hansı vəziyyətlərə aiddi? Deyirlər ki, oyunçu qapıçı ilə təkbətəkə doğru gedirsə, bu, qırmızı vərəqədi. Bəs əks halda, sonuncu ümid folu necə olur? İkimiz də topa doğru hərəkət edirdik. Bəlkə də bir az tutub buraxmışdım. Baş hakim penalti təyin edirsə, qırmızı vərəqə ağır qərar deyilmi? Yaxud Qara Qarayevin epizodu olsun. Belə epizodlara penalti verirsənsə, gərək onda hər epizodda oyunu saxlayıb cərimə zərbəsi təyin edəsən. Belə penalti olur? Biz hakimlikdən çox danışmırıq, indi də danışmaq istəmirəm. Lakin emosiyalarımı saxlaya bilmirəm. 

- "Qarabağ"ın bəxtsiz komanda olduğunu düşünmürsən?
- Avrokuboklarda hakimlər bizə qarşı çox sərt mövqe tuturlar. 10-15 həlledici epizod yada sala bilərik. Komandamız onsuz da 10 nəfərlə qalıb, 0:2 hesabı ilə uduzur. Belə bir vaxtda penalti verirlər? Mən son 10-15 ildə belə penalti görməmişəm. İki oyunçu da ayaq üstə olsun, top uğrunda mübarizə aparsın, referi isə bunu penalti kimi dəyərləndirsin... Buna necə şərh verməli olduğumu bilmirəm. 

- "Roma" ilə İtaliyada keçirəcəyiniz son oyundan nə gözləyirsən?
- Çətin səfər oyunu olacaq. Çox istəyirdik ki, bu gün yaxşı nəticə əldə edək, hətta qələbə qazanaq, azarkeşlərimizi sevindirək. Çox məyusuq. Uşaqlar sonadək mübarizə apardılar. Daha böyük hesabla məğlub olacağımızdan qorxurdum. Komandamız "Roma" ilə oyuna da ciddi hazırlaşacaq və əlindən gələnin ən yaxşısını etməyə çalışacaq. (Komanda)


 
tarix: 23-11-2017 00:45


 
Xəbər lenti
23.10.2018

21:09   “Qəbələ” Moldovada son məşqə çıxdı

21:00   GÜNÜN NİDASI: Millinin oyunlarından sonra!

19:21   Millimizin rəqiblərinin oyununda 6 cavabsız qol

19:12   AFFA “Qarabağ”ı necə boğur?

18:30   Ramin Quliyev: “Bizi nə gözlədiyini əvvəldən bilirdik”

18:00   Elxan Məmmədovun sayəsində ¾

17:50   “Neftçi” “Qarabağ”la oyun üçün hazırlığa başladı

17:21   Gerrye: “Azarkeşlər və “Qarabağ” maşın kimidi”

17:00   Ruslan Abışovdan xəbər var - FOTO

16:39   Norveçin sayəsində öyrəndiyimiz sabahın proqnozu

16:27   “Qarabağ”dan azarkeşlərə jest

16:21   AFFA, 10 oldu

15:56   Norveçdən Azərbaycan millisinə 4 qol

15:05   Öncə Qurbanov, sonra Saçko

15:00   GÜNÜN XATIRLATMASI: 145 gündü...

14:39   Region Liqası ilə bağlı sərt cəzalar

14:20   AFFA Divizion klublarını cəzalandırdı

14:11   “Qarabağ”a texniki məğlubiyyət verildi - RƏSMİ

13:54   Pavloviç: “Qəbələ” ilə ilk oyundakı nəticəyə ehtiyacımız yoxdu”

13:20   ÇL: MY “Yuventus”la üz-üzə - YENİLƏNİR

13:02   Premyer Liqa klubunda 6 aylıq itki

12:30   Qol vurdu, Premyer Liqanın tarixinə düşdü

12:24   Topaz Premyer Liqasında 9-cu turun hakim təyinatları

12:15   "Topaz": "Old Trafford”da "nəhənglər”in dueli

12:04   “Asan təslim olmayacağıq”

11:58   “Sabah”la “Zirə”nin oyun günü dəyişdirildi

11:40   Birinci Divizion: 3 gün, eyni saat

11:34   Qvardiola qalib olmağa hazır deyil

11:15   Stuxlikin günah payı

10:47   Qurbanov Bordinlə qonşu oldu

10:35   Mahmudovlu “Frankfurt” yenə uduzdu

10:01   Rəşad Sadiqov Premyer Liqada məşqçi dəyişir?!

09:41   “eTopaz”da günün canlı oyunları

09:12   Nəbiyev dubla imza atdı, “Slaviya”…

09:00   GÜNÜN SUALI: Klublar Komitəsi niyə toplaşmır?

01:17   “Real Sosyedad” “Jirona” ilə bacarmadı

01:08   Son oyunda qolsuz heç-heçə

00:53   “Qarabağ”ın rəqibi 3 xalı 3 qolla qazandı

00:16   “Qəbələ” Moldovada

22.10.2018

23:49  “Trabzonspor”dan doğma meydanda xal itkisi

23:22  17-ci dəfə ölkə çempionu oldu

21:00  GÜNÜN NİDASI: Milinkoviç çox duruş gətirməyəcək!

20:35  “Qəbələ” “Sumqayıt”la oyun üçün hazırlığa start verdi

18:25  Şevçenko: “Bu olmasaydı, Azərbaycan Avropa çempionatına iddia edə bilməzdi”

18:05  “Napoli”də itki: PSJ-yə qarşı oynamayacaq

17:20  AFFA-dan Region Liqasındakı qalmaqallarla bağlı bəyanat

16:57  Topaz Premyer Liqasında 9-cu turun oyun cədvəli

16:26  “İnter”də ağır itki: “Barselona” ilə matçda olmayacaq

15:41  Elmir Vəliyev “Kəpəz”dən getdi - RƏSMİ

15:21  “Neftçi” - “Qarabağ” matçı “El-klasiko”ya görə tez başlayacaq

15:00  GÜNÜN XATIRLATMASI: Startda gözləyən var...

14:26  “Qarabağ”ın rəqibinin hələ də futbolçulara borcu var

14:10  “Qarabağ”ı sevindirən, “Qəbələ”ni üzən hakim

13:55  Paytaxt klubu baş məşqçini qovdu

13:08  Filip Ozobiç: “Vorskla” qrupda oynayırsa, necə zəif ola bilər?” 

12:51  “Keşlə” antirekord seriyasını qırdı

12:40  Premyer Liqanın 23-cü uğursuzu

12:21  Premyer Liqada 100-cü oyun

12:12  “Qarabağ” - “Vorskla” matçının hakimləri bəlli oldu

12:05  AFFA-nın bacarıqsızlığı üzündən hiss edilən təhlükə

11:48  Əliyar Ağayev Avroliqa matçına təyinat aldı

11:37  Əsgərovdan daha bir qol, komandasından darmadağın

11:19  “Sumqayıt”ın intizam, “Keşlə”nin heyət dərdi

11:01  “Topaz”: 45 illik “tilsim” və ya heç-heçə oynamayan 2 komandanın dueli

10:40  Turalla Kamran oynadı, “Yonava”…

10:22  Dadaşovun komandası kubokla erkən vidalaşdı

10:00  “eTopaz”da günün canlı oyunları

09:30  Ozan Canın komandası səfərdə uduzdu

09:00  GÜNÜN SUALI: İlk olaraq kim gedəcək?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az