(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

“Keşlə”nin futbolçuları sərbəst buraxıldılar

“Keşlə”nin futbolçuları sərbəst buraxıldılar

“Keşlə"nin iki futbolçusu - Nizami Hacıyev və Mirhüseyn Seyidovun danışılmış oyun şübhələrinə görə bu gün hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı barədə məlumat yayılmışdı. Ancaq onların hansı şikayət əsasında, harda olduğu barədə informasiya yox idi. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətindən edilən rəsmi açıqlamalarda bildirilirdi ki, adıçəkilən oyunçuların harda saxlanılması barədə onlarda məlumat yoxdu. 

Belədə günün ikinci yarısında futbolçuların Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində ("bandotdel") olması ilə bağlı iddialar ortaya atıldı. Ancaq bu idarənin belə xırda məsələ ilə məşğul olması o qədər də inandırıcı görünməmişdi.

Məsələ ilə bağlı yeni məlumatlar əldə etmişik. Redaksiyamıza daxil olan informasiyaya görə, saxlanılanlar yalnız Hacıyev və Hüseynov olmayıb. "Keşlə"nin daha bir futbolçusu - Fuad Bayramov da onlarla birgə olub. Hər üç futbolçu klubdaxili "istintaqa" cəlb olunub. Lokal xarakterli araşdırmalar "Keşlə"nin prezidenti Zaur Axundovun keçmiş məmur fəaliyyəti zamanı qazandığı əlaqələrin sayəsində aparılıb.

İlkin araşdırmalardan sonra futbolçularla bağlı hər hansı danışılmış oyun faktı aşkarlanmadığı üçün onlar sərbəst buraxılıblar. Hər üç oyunçu hazırda evindədi.

Şübhələrin konkret nə ilə bağlı olduğu barədə də müəyyən informasiyalar əldə etmişik. Buna əsas səbəb kimi Nizami Hacıyevin son zamanlar iki dəfə Gürcüstana getməsi və orda bukmeker kantorları ilə əlaqədə olması göstərilib. Ancaq futbolçunun əslində səhhətinə görə qonşu ölkəyə getdiyi məlum olub. Araşdırma əsnasında onun Gürcüstandakı həkimi ilə əlaqə saxlanlılıb və Nizaminin dediyi vaxtlarda həqiqətən də müayinədə olduğu ortaya çıxıb.

Futbolçuların oyun-alqı satqısı ilə bağlı isə heç bir fakt tapmaq mümkün olmayıb. Onlarla əlaqə saxlamağa çalışsaq da, hələlik bu mümkün olmadı. Bu da onunla əlaqədardı ki, bir müddət futbolçulara mətbuata danışmaq qadağan olunub. Araşdırmaların tam yekunlaşdırılması gözlənilir. Əgər bundan sonra ciddi faktlar olsa, məsələ ilə istintaq idarələri məşğul olacaq.

Görünür, Axundov daxili "bandotdel" qurub vә öz hüquq müstәvisindә araşdırma aparır.

Hәr halda, prosesin gedişatını izlәyirik. (Futbolpress.az)


 
tarix: 30-11-2017 21:35


 
Xəbər lenti
23.05.2018

14:55   Zeedorf istefaya göndərildi

14:48   “Səbail”dən daha bir məşqçi getdi: Yeni iş yeri də məlumdu 

14:26   Tender qrupunun üzvləri AFFA-da

13:56   100 illik yubileyə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək

13:49   AFFA-dan iranlılara 10 oyunluq cəza

13:44   Eltun Yaqublunun idarə etdiyi “Səbail”

13:12   Azarkeşlərindən “Sumqayıt”a daha bir zərbə

13:07   Billiat “Qarabağ”a qolla gəlir

13:00   Cavid Hüseynova ağır cəza

12:49   Divizion klubları üçün vaxt bitdi

12:44   "Qarabağ"da daha iki ayrılıq

12:01   Regional həvəs

11:18   “Arsenal”ın yeni baş məşqçisi rəsmən açıqlandı

11:12   La Liqa klubunda yeni baş məşqçi

11:04   Tərlan Əhmədovun yeni iş yeri

11:00   “eTopaz”da günün canlı oyunları

10:47   Samir Əliyev niyə getdi?

10:28   Millimiz məğlub oldu

10:00   “TOPAZ”DA BU GÜN

09:32   Eminsiz “Kalmar” yenə məğlub oldu

01:03   “Səbail”in futbolçusu Uelslə oyunlara dəvət olundu

00:12   Super Liqada daha bir klub baş məşqçisini yola saldı

00:05   Nazarovlu “Ersgebirge” 2-ci Bundesliqada qaldı

22.05.2018

23:38  Samir Əliyev “Səbail”lə yollarını ayırdı

23:27  Region Liqası başa çatdı

18:33  Azərbaycan kubokunun qalibi bəlli oldu

18:11  Həm evdə, həm də səfərdə

18:07  Abışovla Hacıyev üçün əlamətdar tur

17:44  “Qəbələ”nin futbolçularına qarşı 100 min manatlıq dələduzluq!

17:39  “Yaz turniri”nə yekun vuruldu

17:38  Final matçının hakimləri açıqlandı

17:25  Azərbaycan futbolunda ilk

13:53  Yunanov “Keşlə”də

13:47  Tuheli Favr əvəz etdi

13:37  Dağıdılan neft pulları: "Keşlə" yeyinti məhsulları

13:12  Premyer Liqada dövrənin və 2018-ci ilin ən yaxşısı

12:55  Alxasova Polşadan dəvət

12:15  “Sumqayıt”da yarpaq tökümü başladı

12:01  Pelleqrini yenidən Premyer Liqada

11:22  La Liqada yeni klub

11:00  “eTopaz”da günün canlı oyunları

10:31  “Slaviya”dan Muradovsuz qələbə

10:00  “TOPAZ”DA BU GÜN

09:37  “Volfsburq” Bundesliqada qaldı

09:00  Çempionun hüzurunda

01:13  U-11 Liqasının qalibi bəlli oldu

00:50  “Qarabağ”a çempionluq kuboku təqdim olundu - FOTOLAR

00:35  “Qəbələ” gümüş, “Neftçi” bürünc medallarına qovuşdu - FOTOLAR

00:09  Baqali Dabo: “Çempionluğu seçərdim”

00:01  Ramil Şeydayev: “Harada oynayacağımı hələ bilmirəm”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az