(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
“Şübhəlilər olayı” bitmədi: qərarları gözləyin...

“Şübhəlilər olayı” bitmədi: qərarları gözləyin...

Nizami Hacıyev və Mirhüseyn Seyidov azadlıqdadı. Srağagün axşam saxlanılan hər iki futbolçu sutkanın tamamında sərbəst buraxılıblar.
 
Təbii ki, ortada insan amili var və günahı olmayanların ailəsinin yanında olması sevindirici məqamdı. İndi onları ittiham edən “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundovun açıqlamaları maraqla gözlənilir. Çünki dünən gün boyunca oyunların nəticəsinin şübhəli olmasından danışan klub rəsmisi sussa, imicinə zərbə dəyəcək.
 
Nizamiylə Mirhüseyn günahkardısa, niyə buraxıldılar, günahkar deyillərsə, niyə tutulmuşdular? Bu sualların cavabını həmin futbolçulardan eşidə bilməyəcəyik. Çünki onlara danışmaq qadağası qoyulub. Qadağa isə adətən günahkarlara qoyulur. Kiməsə şər atılıbsa, həmin adamın susması, ümumiyyətlə, absurddu – insan öz haqqını müdafiə etməli, şərləndiyini isbatlamalıdı.
 
Əmin olun, bu cütlük danışmayacaq, danışsalar da, sözləri hansısa etiraflardan, üzr istəmələrdən ibarət olacaq. Və ya diplomatikcəsinə davranacaqlar. Başqa yol yoxdu – danışsalar, başqaları da onlardan, olmuşlardan danışacaq.
 
Bu məsələ bir gün ərzində çox şişdi, ciddi araşdırmalar aparıldı və onlar sərbəst buraxıldı. Ona görə yox ki, günahsızdılar və ya başqaları günahkardı. Ona görə ki, müzakirələrin miqyası ölkə hüdudlarını aşmışdı. Bu məsələ araşdırıldı və yenidən futbol təsərrüfatı səviyyəsinə endirildi. Futbolçunun hansısa müddətə həbsi geniş rezonans doğurardı, onlar futbol qanunları ilə islah ediləcək.
 
Axundov hətta hüquq-mühafizə orqanlarının vermədiyi məlumatı yayacaq dərəcədə sadəlövh ola bilməz. Təbii ki, o da nəyəsə arxayın idi və belə addım atırdı. Nəticələr də var və zamanla hamı görəcək.
 
Əsas şübhələr “Neftçi” – “Keşlə” oyunu (3:1) ilə bağlı idi. Bildiyimizə görə, bir çox məsələlər hansısa səviyyədə sübut olunub. Olub-keçənlərdən “Neftçi” rəhbərliyinin qəti xəbəri olmayıb. Düzdü, xəbərlərinin olmaması, qarşısını almamaları da onların eybidi, amma reallıq budur. Bununla belə, ittihamlar əbəs deyil və lazımi yerlərdə lazımi təsdiqlənmələr olub. Tezliklə bir sıra qərarlar olacaq və məsələlərin üstü açılacaq. Amma bu hadisələrə görə yanan təkcə futbolçular olmayacaq.
 
Nizami və Mirhüseynlə yanaşı saxlanılan Fuad Bayramovun daha tez buraxılması təsadüfi deyil. Həm o, həm də başqa bir neçə futbolçu üzləşmələr zamanı çox işə yarayıb. Ortada təkcə oyun alqı-satqısı deyil, həm də bukmeker kontorları ilə əlaqələr var. AFFA-nın dünən axşamüstü verdiyi açıqlama heç nədən ortaya çıxmadı. Bu, qurumun tezliklə, ola bilsin, bu gün verəcəyi qərarlar üçün ayaqyeri idi. Ümumiyyətlə, AFFA məsələlərə qiymət verməyə məhkumdu, bu addımı atmalıdı.
 
Bəs, həqiqətən günah, dəlil-sübut varsa, nəyə görə bu məsələnin üstü örtülür, futbol təsərrüfatı səviyyəsinə endirilir? Maraqlı sualdı, amma dəhşətli cavabı var. Kəndirin ucundan möhkəm tutulsa, o dəlisov atın yüyəninə çevrilib adamı dağa-daşa çırpar. Onun araşdırılması üçün böyük qüvvə, sağlam mühit olmalıdı. Və bu şahmat oyununda şah, vəzir və saysız piyadalar var.
 
Bu olay çıxdığı məcraya qayıdır, lakin daşqının nəticələrini aradan qaldırmaq üçün bəndqurma işləri aparılacaq. Təfərrüata varmayaq, özünüz görəcəksiz – bugündən başlayaraq yaxın həftələr ərzində çox maraqlı qərarlar oxuyacaqsız...
 
CAVAD
 
P.S.: Mirhüseyn bu olayda təsadüfən ilişib. Amma bu xamır hələ çox su aparacaq.
 
P.P.S.: Nizaminin "Neftçi" karyerası başlamadan bitdi. Heç onu orada gözləyən də olmayacaq.

 
tarix: 01-12-2017 08:51


 
Xəbər lenti
15.08.2018

11:23   “Sevilya”nın futbolçusu rəsmən “Roma”da

11:00   “eTopaz”da günün canlı oyunları

10:41   Rusiya yığmasının üzvü rəsmən “Valensiya”da

10:20   “Qarabağ” Azərbaycanı irəli saldı

10:00   “TOPAZ”DA BU GÜN

09:30   Pley-off mərhələsinin bütün cütlükləri - ÇL

01:02   Riçard Almeydalı “Astana” da ÇL-dən uzaqlaşdırıldı

00:35   “Fənərbaxça” da ÇL-dən kənarda qaldı

00:09   “Qarabağ” ÇL-ə heç-heçə ilə vida etdi - VİDEO

14.08.2018

23:46  Qurban Qurbanov: “Artıq Avroliqa barədə düşünməliyik”

23:32  “Neftçi” “Qəbələ” ilə oyuna 3 itki ilə hazırlaşır

22:48  “Qarabağ” BATE səddini keçə bilmədi

20:41  Soni Mustivar “Qəbələ” ilə oyunu buraxa bilər

19:19  “Neftçi”nin futbolçusu 10 gün müalicə olunacaq

18:50  Daha bir xorvatiyalı millidən getdi

18:46  AFFA-nın ifşası: azərbaycanlı öz ölkəsində legioner kimi oynayacaq

18:25  Yığmamızdan “Qarabağ”a dəstək

18:01  Millimiz Belarusa qalib gəldi

17:55  Cerarddan “Qəbələ”nin sabiq üzvünə tərif

17:50  Tural Axundov: “Zəmanə bunu tələb edir”

17:45  Orxan Sadıqlı “Sumqayıt”a gedir

17:21  “Keşlə”də 2 imza

16:17  “Çelsi”dən “Milan”a

15:57  BATE və “Qarabağ” forma seçimini etdi

15:17  “Neftçi” Super Liqadakı ilk oyunda 9 qola üzüldü

15:07  Samuel Eto'o özünə yeni klub tapdı

14:32  “Mançester Siti”dən La Liqa klubuna

14:00  Fransa klubundan 10 milyon avroluq transfer

13:05  Millimizin oyunlarının təqvimi açıqlandı

12:53  Yeni mövsümün ilk cəzası: 1 oyunluq diskvalifikasiya, 200 manat cərimə

12:43  “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi

12:22  La Liqada klub dəyişdi

12:00  Nurlan Novruzov Türkiyə klubunda

11:43  “Barselona”nın futbolçusu rəsmən “Leqanes”də

11:22  “Qalatasaray”dan növbəti transfer

11:00  “eTopaz”da günün canlı oyunları

10:41  “Atletiko” yeni transferlərini rəsmən təqdim etdi

10:22  “Milan” futbolçusunu icarəyə verdi

10:00  “TOPAZ”DA BU GÜN

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az