(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qurban Qurbanov: “Bu, yaxşı hal deyil”

Qurban Qurbanov: “Bu, yaxşı hal deyil”

Topaz Premyer Liqasının 14-cü turunda evdə “Neftçi”ni 1:0 hesabıyla məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

Futbolinfo.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib: 

- Çox vacib 3 xal qazandıq. Son vaxtlar topla yaxşı davranan rəqibə qarşı oynadıq. Biz də buna görə çalışdıq ki, topla daha çox rəftar edək. Düşünürəm ki, maraqlı oyun oldu. Futbolçularımı təbrik edirəm. Tərlan Əhmədova uğurlar arzulayıram.

- Baş verən son hadisələrə millinin baş məşqçisi kimi münasibətiniz necədi?
- Kənardan asan gələ bilər. Hansısa klubun işinə qarışmaq düzgün çıxmaz. Buna vaxt lazımdı. Ola bilər ki, hamımız çılğın reaksiya verə bilərik. Mənim açıqlama verməyim düzgün olmaz. Bizim futbolda belə şeylər yaxşı hal deyil. Bundan əvvəl də həmişə UEFA-dan xəbərdalıq gəlirdi. Belə bir şey varsa, mütləq yığışdırılmalıdı. Ancaq indiki halda həm o futbolçular, həm də “Neftçi” və “Keşlə” haqda fikir bildirmək düzgün olmazdı. Xaricdə bu, bizə antipatiya yarada bilər.

- Düşünmürsünüz ki, bu kimi hallar “Qarabağ”ın Çempionlar Liqasındakı uğuruna kölgə salır?
- Bu hallar təkcə bizdə yaşanmır. İnsanın zəif yerləri var, bəzən özünü saxlaya bilmir.

- Ansi Aqollinin durumu nə yerdədi?
- O, “Roma” ilə oyunda çıxış edə bilməyəcək. Ümumiyyətlə, onun üçün il başa çatıb. Çox güman ki, müdafiənin mərkəzində Elvin Yunuszadə oynayacaq.

- Son 20-25 dəqiqədə nəzarəti əldən verdiniz. Bu, xüsusi tapşırıq idi?
- Düz qeyd etdiniz. Bir az çətinlik oldu. Məğlub durumda olan hər komanda hücuma atılır. Bu üzdən də Coşqunu meydana buraxdım.

- Mahir Mədətovun xarici klubların diqqətində olması barədə nə deyə bilərsiniz?
- Bu barədə onun atasından soruşun. Məndə bu haqda bir məlumat yoxdu. (Komanda)


 
tarix: 01-12-2017 21:11


 
Xəbər lenti
21.10.2018

11:58   Azər Əliyevin klubundan “Rubin”lə heç-heçə

10:57   İsrafilovlu “Alkorkon”un növbəti qələbəsi

10:45   Bordinin “Neftçi”sini dayandırmağın resepti

10:30   Ufuk Budak oynadı, “Boluspor” qalib gəldi

10:15   Dənizin komandasından ilk xal itkisi

10:00   “eTopaz”da günün canlı oyunları

09:51   “Səbail” güldürmək istədi

09:33   “Qarabağ”ın rəqibindən kubok matçında qələbə

09:07   “Sumqayıt” “Sabah”a, “Keşlə” “Zirə”yə qarşı - YENİLƏNİR

09:00   GÜNÜN SUALI: Bu qədər səhvin səbəbi nədir?

08:30   Karikari: “Azarkeşlərimizi üzdüyümüzə görə çox məyusuq”

08:01   Emin Mahmudov: “Təəssüf ki, bu gün oyunumuz alınmadı”

01:12   Almeyda oynadı, “Astana”…

00:50   “Real” yenə uduzdu, “Barselona” vahid lider oldu

00:31   “Yuventus”dan ilk xal itkisi, “Napoli”dən darmadağın

00:01   PSJ-dən darmadağın, Anrili “Monako”dan ilk oyunda məğlubiyyət

20.10.2018

23:42  “Fənərbaxça” səfərdə xal itirdi

23:31  “Qarabağ”ın rəqibi Bakı səfəri öncəsi məğlub oldu

23:22  Allahın hədiyyəsi?

23:19  Ruslan Qurbanov: “Heç bir komandaya belə halla üzləşməyi arzulamıram”

23:09  “Borussiya” darmadağına, “Bavariya” inamlı qələbəyə sevindi

23:03  Texniki səhvin yox, təzyiqin Qurbanı

22:46  İddialılardan qələbə, MY və “Çelsi”dən heç-heçə

21:59  “Qarabağ” - “Səbail” matçında tək qol - VİDEO

21:49  Qurban Qurbanov: “Futbolçuların əziyyətinə heyfim gəlir”

21:27  Aftandil Hacıyev: “Bu, Allahın bizə verdiyi hədiyyədi”

21:01  “Qarabağ”a texniki məğlubiyyət veriləcək

21:00  GÜNÜN NİDASI: Heydər Əliyevin adını daşıyan stadion boş qalmamalıdı!

20:56  “Qarabağ” “Neftçi”nin məğlubiyyətindən maksimum yararlandı

20:22  “Qəbələ” “Neftçi”ni 3 qolla üstələdi - VİDEO

20:07  “Məğlubiyyətlər bizi təngə gətirmişdi”

19:48  Bordin: “Məğlubiyyətdən nəticə çıxarmalıyıq”

19:13  “Sabah” yeni transferini təqdim etdi

17:19  Şeydayevə yenə də şans verilmədi

16:44  Qurban Qurbanov U-17-nin üzvləri ilə görüşdü - FOTO

15:50  Türkiyəli məşqçidən Azərbaycana təbrik - FOTO

15:37  “Neftçi”nin futbolçusu: “Santos”da oynamaq istərdim”

15:00  GÜNÜN XATIRLATMASI: 22 komandadan 17-si Bakıda məskunlaşıbsa...

12:55  “Hələ “Qarabağ”ı təhlil etməmişik”

11:29  “Topaz”ın şənbə proqramı: 374 matç!!!

11:06  Karikari: “Çempionluq yolunda əsas rəqibimiz “Qarabağ” görünür”

10:41  “Qarabağ”ı məğlub edə bilərik”

10:17  “Keşlə” ilə “Zirə”nin sabahı da yoxdu

10:00  “eTopaz”da günün canlı oyunları

09:46  "Mançester Yunayted"ə gecikmə cəzası

09:23  Ayaz Quliyevli “Rostov” “Lokomotiv”ə uduzdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az