(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Kamran Quliyevin qış yuxusu

Kamran Quliyevin qış yuxusu

AFFA Klublar Komitəsi yenə qeybə çəkilib. Qurumun sədri Kamran Quliyevin başı prezidenti olduğu “Sumqayıt”ın problemlərinə qarışıb, əsas rəqiblərinin problemlər içində çabalamağından faydalanıb, tarixindəilk dəfə Avropa Liqasına vəsiqə qazanmağa çalışırlar.
 
Klub rəhbəri kimi Quliyev, ilk dəfədi hansısa uğura yaxındı. Çempionatın səviyyəsinin zəifliyi də bu işdə ona yardımçı olur. 10 ildi yalandan vaxt öldürən Kamran bəy, nəhayət, hansısa hədəfə bu qədər yaxındı. Lakin ötən mövsüm olduğu kimi, bu il də “Sumqayıt” konkret hədəfə köklənibsə, bu, daha çox klubun yox, Samir Abasovun rəhbərlik etdiyi komandanın, əsasən də baş məşqçinin xidmətidi.
 
Kamran Quliyev bacarıqlı idarəçi olmadığını artıq sübut edib. Klublar Komitəsinin sədri kimi fəaliyyət göstərməsinin ili tamam olur, lakin o, sələflərindən daha faydasız biridi. Əvvəllər komitə il ərzində heç olmasa, 4-5 dəfə bir araya gələrdi, Kamran bəy isə yaydan bu yana hansısa iclasın təşkilinə nail ola bilməyib. Ya nüfuzu yoxdur, ya da iş qabiliyyəti.
 
Quliyev komitənin yığışması üçün səbəb olmadığını iddia edə bilməz. Təkcə ötən həftə başverənlər klub rəsmilərinin bir araya gəlməsi üçün ciddi səbəb idi. Komitə hqiqətən ciddi qurumdusa, bir araya gəlməli, ölkə futbol təsərrüfatını silkələyən danışılmış oyunlar məsələsinə münasibət bildirməliydi. AFFA susur, PFL gizlənir, bəs, klubların haqqlarını müdafiə etməli olan bu qurum hara baxır?
 
Kamran bəyi tapmaq da müşküldü. Telefon zənglərinə cavab vermir, klubunun və AFFA-nın mətbuat xidmətlərinin rəhbərləri isə sorğumuzu cavablandıra bilmir. Elə isə elə bu yazı vasitəsi ilə soruşuruq: Kamran bəy hardasız, niyə yatmısız, nəyə görə komitəni toplamırsız, ayın sonunda fəaliyyətnizin yekunu ilə bağlı hesabat verəndə danışmağa utanmayacaqsızmı? Bəlkə Mikayıl Nərimanoğlu kimi işləməyə başlamısız, xəlvətdə bəylik edirsiz?
 
FƏRİD

 
tarix: 04-12-2017 15:11


 
Xəbər lenti
22.05.2018

13:53   Yunanov “Keşlə”də

13:47   Tuheli Favr əvəz etdi

13:37   Dağıdılan neft pulları: "Keşlə" yeyinti məhsulları

13:12   Premyer Liqada dövrənin və 2018-ci ilin ən yaxşısı

12:55   Alxasova Polşadan dəvət

12:15   “Sumqayıt”da yarpaq tökümü başladı

12:01   Pelleqrini yenidən Premyer Liqada

11:22   La Liqada yeni klub

11:00   “eTopaz”da günün canlı oyunları

10:31   “Slaviya”dan Muradovsuz qələbə

10:00   “TOPAZ”DA BU GÜN

09:37   “Volfsburq” Bundesliqada qaldı

09:00   Çempionun hüzurunda

01:13   U-11 Liqasının qalibi bəlli oldu

00:50   “Qarabağ”a çempionluq kuboku təqdim olundu - FOTOLAR

00:35   “Qəbələ” gümüş, “Neftçi” bürünc medallarına qovuşdu - FOTOLAR

00:09   Baqali Dabo: “Çempionluğu seçərdim”

00:01   Ramil Şeydayev: “Harada oynayacağımı hələ bilmirəm”

21.05.2018

23:43  Topaz Premyer Liqasının bombardiri mükafatını aldı - FOTOLAR

23:42  Tərlan Əhmədov: “İstənilən qərarı normal qarşılayacam”

23:10  Riçard Almeyda: “Bəzən nəyisə dəyişmək lazım gəlir”

23:01  “Qarabağ”ın prezidenti: “Büdcə əvvəlki kimi olmayacaq”

22:40  Premyer Liqanın qalibləri mükafatlandırıldı - VİDEO

22:01  Cavid Hüseynov: “Ani qığılcım baş verdi”

21:44  Mövsümün son matçında 1 qol - VİDEO

20:56  Mövsümün son matçında “Qarabağ” qalib gəldi

20:35  Qurban Qurbanov milliyə 27 futbolçu çağırdı

20:19  Mövsümün son matçında insident

18:55  “Keşlə” ölkə çempionu oldu

18:46  “Sumqayıt”da 2 illik yeni müqavilə

18:32  Super Liqada daha bir baş məşqçi istefası

18:06  Milli karyerasını bitirdi - DÇ-yə aparılmadığı üçün

17:00  Argentina mundiala bu heyətlə gedir

16:35  Yuri Maksimov daha bir il “Keşlə”də!

16:17  İspaniya millisin DÇ-2018 üçün yekun heyəti açıqlandı

15:58  Futbolçu mükafatlandırma mərasimində pərt oldu - VİDEO

14:52  Baharın 17-ci anı

14:44  İsgəndər Cavadov Gəncəyə niyə gedib?

14:38  Gəncə futbolunun xilası naminə

14:34  La Liqanın ən yaxşı qapıçısı seçildi

14:05  Baş məşqçilərin final üçün ortaq istəyi

13:53  MY Azərbaycan çempionu oldu - VİDEO

13:47  Dario Federikonun “sarğı” xahişi

13:35  Topaz Premyer Liqasında hakim debütü

13:27  İsgəndər Cavadov: “Kəpəz” Premyer Liqada qala bilər”

13:21  “Səbail” iki legionerlə yollarını ayırır

13:17  5-ci dəfə “Qızıl buts”u qazandı

13:13  Rəfiyevli “Sumqayıt” bu aqibətlə üzləşməliydi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az