(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Qurban Qurbanov: “Roma” ilə oyun hansı səviyyəyə çatdığımızı göstərmək üçün yaxşı bir şansdı”

Qurban Qurbanov: “Roma” ilə oyun hansı səviyyəyə çatdığımızı göstərmək üçün yaxşı bir şansdı”

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində İtaliyanın “Roma” klubuna qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı öncə bunları söyləyib:

- Son oyunumza gəlmişik. Düşünürəm ki, nəticə baxımından bir o qədər razı ola bilmərəm. Amma bu turnirdə iştirakımızın hamımız, bütövlükdə futbolumuz üçün böyük faydası oldu. Sabahkı oyunda da çox düzgün mübarizə aparmağa çalışacağıq. Bilirik ki, “Roma”nın ÇL-dəki aqibəti bu oyunun nəticəsindən asılı ola bilər. Bu mənada qrupdakı digər matçın da nəticəsi önəmlidi. İstənilən halda futbolçularımız özlərini ən yaxşı tərəfdən göstərməyə, ən yaxşı oyunlarını sərgiləməyə çalışacaqlar. Bu, onların özlərini hansı səviyyəyə gəlib çatdıqlarını göstərmək üçün yaxşı bir şans olacaq.

- Bu mövsüm ÇL-də İtaliya məşqçilik məkbətinin iki aparıcı siması ilə üz-üzə gəldiniz - Antonio Konte və Eusebio Di Françesko. Onların hansı sizdə daha yaxşı təsir bağışladı?
- Hər iki hakim barədə ancaq xoş sözər deyə bilərəm. İtaliya futbol məktəbi çox güclüdü. Müdafiəyə daha çox üstünlük verirlər. Amma hər ikisi fərqli oyun üslubunda futbol aşılayan məşqçidi. Hər oyun stilinin öz gözəllikləri var. Konte tam fərqli fəlsəfəyə üstünlük verir, Di Françesko ayrı. Bir-birindən ayırmazdım. Bir onu bilirəm ki, “Çelsi”yə qarşı necə çətin idisə, “Roma” ilə oyun da bir o qədər çətin olacaq. Bilirik ki, bizi necə çətin oyun gözləyir.

- Bu oyun turnir cədvəli baxımından formal xarakter daşıyır. Bəs “Qarabağ” sabah meydana nə üçün çıxacaq?
- Bu matç bu il bizim üçün son böyük oyundu. Ümumilikdə, hər belə oyun bizə böyük təcrübə verir. Futbolçularımız üçün də hər belə oyunda meydana çıxmalarının bir o qədər faydas olur. Çalışacaqlar ki, daha yaxşı oyun göstərsinlər. Böyük bir şans var ki, təzyiq altında yox, sərbəst öz oyunumuzu göstərək. İdman prinsiplərinə sadiq qalaraq özümüzü ən yaxşı tərəfdən göstərməyə, yaxşı oyun sərgiləməyə çalışacağıq.

- “Qarabağ” meydana ciddi itkilərlə çıxacaq. Bu boşluqları necə doldurmağı düşünürsüz?
- Bəli, düz qeyd etdiniz. Əsas 3 müdafiəçinin olmaması əlbəttə, böyük itkidi. Amma biz çempionatda, ümumiyyətlə mövsüm ərzində heyətdə rotasiyalar edirik. Çalışırıq ki, hər futbolçunun oyun təcrübəsi olsun. Başqa problemlərimiz də var. Pedro Enrike də oynamayacaq. Başqa da tam hazır olmayan futbolçular var. Amma mən burada tam güvəndiyim futbolçuları saxlayıram. Əminəm ki, meydana çıxan oyunçular tam hazır olmağa, özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaqlar.

- 5 turdan sonra 2 xalınız var. Sizin planlarınız necə idi? Daha çox xal toplamağı planlaşdırmışdınız, yoxsa bu iki xal elə bizim qazancımızdı?
- Real baxmalıyıq. Biz qrupa düşəndə bəlkə də hamının fikri o idi ki, qrup mərhələsini 0 xalla başa vuracağıq. Amma buna baxmayaraq, ilk böyükhesablı məğlubiyyətdən sonra futbolçular daha da uğurlu oynamağa başladılar. “Atletiko”dan iki xal ala bildik. Dəfələrlə demişəm ki, 1 xal da olsa, qazanırıqsa, bu bizim qazancımızdı. Amma bizim ən əsas qazancımız “Böyük beşlik”də olan komandaların Bakıya gəlməsidi. Onların gəlişi Azər futbolunun uğurudu. “Qarabağ” bu turnirdə böyük təcrübə qazandı. Azarkeşlər canlı olaraq bu futbolçuları, komandaları Bakıda gördülər. Bu gün nəticələrimizdən razıyam. Amma ola bilərdi ki, bəzi problem olmasaydı, bu gün daha yaxşı oyun göstərə bilərdik. 

- “Roma” ilə ilk oyununuz qrupdakı ikinci görüşünüz idi. Şanssız məğlubiyyət aldınız. O dövrlə müqayisədə komandanızda və rəqibdə nələr dəyişib?
- Əlbəttə, “Roma”nın gücünü daha yaxından gördük. Düzdü, məğlub olduq. Amma ilk 20 dəqiqəni çıxmaq şərtilə, yaxşı oynadıq. Əlbəttə, Bakıdakı ilk oyunumuz idi. Bu üzdən həyəcan vardı. Amma zamanla bu həyəcanı üzərlərindən ata bildilər. Conrakı oyunlarda daha inamlı oynadıq, özümüzü meydanda daha sərbəst hiss etməyə başladıq. Hər məşqdə, oyunda inamın daha da artdığını görürəm.

- Artıq milli komandada da vəzifənizin icrasına başlamısız. Gələn ay toplanış üçün rəqib axtarışı olacaqmı? Öz köməkçiləriniz müəyyənləşibmi? 
- Burada milli komanda haqqında çox danışmaq istəmirəm. Qısaca bildirmək istəyirəm ki, rəqib axtarışı davam edir. Gələn ay toplanış olacaq. Yaxın günlərdə yəqin ki, rəsmi açıqlama veriləcək. Köməkçilərə gəlincə, bunu da tam qətilərşdirəməmişəm. Düşünmək və qərar vermək lazım gələcək. Ümumilikdə, iş gedir. Yerimizdə durmuruq. Milliyə də vaxt ayırmaq lazımdı.

- Bəzən belə fikir səsləndirilir ki, ÇL-də qrupda qalmaq Avroliqada oynamaqdan daha yaxşıdı. Sizin fikriniz necədi?
- Bilmirəm siz hansını iztəyirsiz, amma bizim qarşımıza qoyulan hədəf ilk növbədə ölkə çempionatında qalib olmaqdı. Belə olan halda ÇL-ə düşürük. Həmişə ən maksimim üçün çalışırıq. Alınmayanda minimum üçün cəhd göstəririk. Son illərdə ÇL-ə düşmək üçün çox çalışırdıq. Bu il nəhayət ki, buna nail olduq. AL də bizim üçün böyük turnirdi. Ordakı komandalar da indiki rəqiblərimizdən geri qalmırlar. İndi bu mövsüm ÇL-də oynadığımıza görə arxayınlaşsaq, böyük səhf olar. Bundan sonra da maksimum nəticələr üçün mübarizə aparmalıyıq. Nəyin necə olacağını zaman göstərəcək.


 
tarix: 04-12-2017 22:25


 
Xəbər lenti
20.07.2018

10:57   “Neftçi”: Fiaskonun xronologiyası

10:32   “eTopaz”da günün canlı oyunları

10:27   Dəhşətli cümə axşamı

10:12   Elvin Yunuszadə “Keşlə”də

10:01   Kamran Ağayev üzr istədi: “Onlar qələbə qazanmadı, biz uduzduq”

09:49   “TOPAZ”DA BU GÜN

09:35   Kintana “Kukesi” ilə oyunu buraxacaq

09:28   Suallardan yayınan İsmayılov - Baş məşqçi olmağa can atır

09:18   “Neftçi”nin taktikanı dəyişməsi macarların xeyrinə olub

09:12   Azərbaycan yenidən 22-ci pillədə - UEFA reytinqi

09:00   Miçoviçin əmisi oğlu: “Belə davranmağa məcbur idilər”

02:01   Roberto Bordin: “Bu, bizim üçün çox ağır nəticədi”

01:53   “Neftçi” 4 cavabsız qola üzüldü - VİDEO

01:46   “Keşlə”nin işə yaramayan qələbəsi - VİDEO

01:38   “Sumqayıt”ın Qətər klubu ilə heç-heçəsi - VİDEO

01:21   Avroliqada gecənin bütün nəticələri

00:48   “Neftçi” də mübarizəni erkən dayandırdı

00:05   Sənan Qurbanov qovuldu

19.07.2018

23:25  “Qəbələ” də Avroliqanı qələbə ilə tərk etdi

21:57  “Keşlə” qalib gəlsə də, Avroliqa ilə vidalaşdı

20:49  “Sumqayıt” “Əl-Şəhaniyə” ilə heç-heçəyə razılaşdı

19:56  “Səbail” Super Liqa klubuna məğlub oldu

19:21  “Zirə”nin hazırlıq planında dəyişiklik

18:46  “Sabah” daha 3 oyunçu ilə müqavilə bağladı - FOTO

18:04  İspaniya yığmasının yeni baş məşqçisi rəsmən təqdim olundu - FOTO

17:14  "Sabah"a niyə AFFA-dan pul ayrılır?

16:08  “Sumqayıt” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTOLAR

15:55  Bayıl stadionunun süni örtüyünə FİFA sertifikatı verildi

14:35  Rauf Əliyev: “Qarabağ” “Kukesi” ilə oyunların favoritidi”

14:01  Premyer Liqa klubundan 20 milyonluq transfer

13:12  İlk yoxlama matçında 5 cavabsız qol

13:07  “Sumqayıt” ilk yoxlama oyununa çıxır

12:33  “Qarabağ”ın “Kukesi” ilə oyunlarının vaxtı açıqlandı

12:11  “Sabah”ı da AFFA maliyyələşdirəcək

12:05  Venesuela yığmasının forvardı İtaliya klubunda

11:54  Elxan Məmmədovun cəh-cəhi, bəh-bəhi

11:35  Portuqaliyalı futbolçu Super Liqa klubunda

11:07  Millimizin baş məşqçisi: “Qəbələ” bizim üçün çox güclü rəqib oldu”

11:03  Həminki “Qarabağ”

10:22  “eTopaz”da günün canlı oyunları

10:17  Azərbaycan 1 pillə gerilədi - UEFA reytinqi

10:11  “Qarabağ”ın potensial rəqibləri

10:06  Millimizin üzvünün debütü

10:00  “TOPAZ”DA BU GÜN

09:53  Cavid revanşa köklənib: “Qəbələ”nin bu komandaya uduzmağa haqqı yox idi”

09:31  Vaqner da Silva: “Bu, məni narahat etmir”

03:14  “Neftçi” Budapeştdə - VİDEO

02:31  Rəşad Sadıqov: “Belə davam etsə, onu da itirə bilərik"

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az