(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
“İranla oyunda olduğu kimi, ruslarla qarşılaşmada da hakim səhvləri çox oldu”

“İranla oyunda olduğu kimi, ruslarla qarşılaşmada da hakim səhvləri çox oldu”

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli İranda təşkil olunan beynəlxalq turnir çərçivəsində Rusiya ilə oyundan sonra Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib. 

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

- Sanki İranla oyunun ab-havasından ayrılmamışdınız?
- Oyun ərzində rəqib bizə pressinq tətbiq etdi. Buna görə də oyunumuz istədiyimiz kimi alınmadı. Heyət üzvlərimiz demək olar, tam uyğunlaşmayıb. Vassura komandaya yeni qoşulmuşdu, 2 debütantımız var.

- Hesab 2:2 olduqdan sonra sənin səhvindən rəqib qol vurdu. Həmin epizodu oyunun qırılma anı kimi dəyərləndirmək olarmı?
- Oyun epizodu idi. Rəqib pressinq edirdi, bizim oyunçular isə irəli çıxmaqda çətinlik çəkirdi. Ola bilsin,topu düzgün ötürmədim. Ancaq bunu oyunun qırılma anı kimi dəyərləndirmək düzgün olmazdı. Bütün oyun ərzində rəqib bizə rahat oynamağa imkan vermədi.

- Rəqibin üstün tərəfi hansı idi?
- Rusiyada futzal çempionatının oyunları 50 dəqiqə keçirilir. Onlar meydanda daha çox oynayırlar. Bu onların əsas üstün cəhətidir.

- Kardoso Everton qırmızı vərəqə aldı və Qazaxıstana qarşı oynamayacaq. Yoxluğu hiss olunacaqmı?
- Tək Kardosonun yox, ehtiyatda oturan oyunçunun yoxluğu belə hiss olunur. Hər biri bizim üçün vacib oyunçudur. Kardoso lazımsız epizodda qırmızı vərəqə aldı. Əlimizdən gələni edəcəyik ki, yoxluğu hiss olunmasın.

- Hakimliklə bağlı narazılığın çoxdu?
- İranla oyunda olduğu kimi, bu qarşılaşmada da hakim səhvləri çox oldu. Son 15 saniyədə rəqib qapısına cərimə -10 metrlik təyin etməli idi, amma əks tərəfi göstərdi.

- Qazaxıstan haqda nə düşünürsən?
- Qazaxıstan komandası ilə oyun çətin keçəcək. Çünki onlar oyunu 5 oyunçu ilə davam etdirəcəklər. Qapıçıları sərbəst çıxış edir, ayaqla da yaxşı oynayır. Yorulacağıq.


 
tarix: 05-12-2017 09:07


 
Xəbər lenti
17.12.2017

11:57   “TOPAZ”DA BU GÜN

11:38   “Araz”dan inamlı qələbə

10:06   Araz Abdullayevdən qol ötürməsi - VİDEO

02:19   “Valensiya” uduzdu, “Atletiko” qalib gəldi - VİDEOLAR

02:11   “İnter” ilk məğlubiyyətini aldı, “Napoli” və “Roma” qalib gəldi - VİDEOLAR

01:44   PSJ 3 xalı 4 qolla qazandı - VİDEO

01:26   “Borussiya” və “Bavariya”dan çətin qələbə - VİDEOLAR

00:52   MS “Tottenhem”i böyük hesabla yendi, “Çelsi” və “Arsenal” qalib gəldi - VİDEOLAR

00:30   “Trabzonspor” tək qolla güldü

16.12.2017

23:27  “Real” dünya çempionu oldu - VİDEO

22:55  Dəniz Yılmaz “Bursaspor”a lazım olmadı

21:27  Yunis Hüseynov istədi, “Kəpəz”də yeni məşqçi təyinatları gerçəkləşdi

20:56  Nəsirov ehtiyatda qaldı, komandası qalib gəldi

19:53  Araz Abdullayev oynadı, “Anortosis” qalib gəldi

18:00  Nazarov yenə fərqləndi, komandası qələbəni əldən verdi

16:37  “Neftçi”nin göndərəcəyi oyunçuların siyahısı

16:36  Fransa klubu baş məşqçisini qovdu

15:28  FİFA İspaniyanı DÇ-dən qovmaqla hədələdi

14:36  “Qəbələ”nin qış hazırlıq planı açıqlandı

13:59  “Qəbələ”də yeni müqavilə

13:42  “Kəpəz”də baş məşqçi istefaları

13:39  “Neftçi” legioneri ilə yolları ayırdı

13:16  Yubiley təxirə salındı - qərarı İcraiyyə Komitəsi verəcək

13:02  Adil Şükürov Türkiyə millisi və “Traktorsazi” rəhbərliyi ilə görüşdü

12:01  BOM-da təqdimat - FOTOLAR

11:46  “eTopaz”da günün canlı oyunları

11:22  “TOPAZ”DA BU GÜN

11:08  Nazim Süleymanov yenidən “Alaniya”da

10:05  Ziya Əzizov oynamadı, komandası uduzdu

02:08  “Monako” “Sent-Etyen”i 4 cavabsız qolla yendi - VİDEO

01:56  La Liqada 16-cı tura qolsuz start - VİDEO

01:30  “Borussiya”dan inamlı qələbə - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az