(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Axundovun ifşası: Ramiz Məmmədovun ssenarisi ilə

Axundovun ifşası: Ramiz Məmmədovun ssenarisi ilə

Ay Zaur - Məşhur verilişin adıdı. Ötən həftənin olaylarını nəzərdə tutub, səbəbkara bu şəkildə müraciət də etmək olar.
 
Ay Zaur, səsin niyə gəlmir, barıtınmı qurtardı, faktınmı tükəndi, həvəsdənmi düşdün, yoxsa istədiyinə nail olduğun üçün dayandın? Hamısı ola bilər, amma məncə, əsas səbəb başqadı. Böyük qalmaqala səbəbkar olandan sonra, indi də qazandığın dividendləri yığmaqla məşğulsan.
 
Elxan Məmmədov susub, pusquda ən əlverişli məqamda situsiyadan yararlanmaq şansı gözləyir, xətər toxunmaması üçün özünü unutdurub; Ramin Musayev ilk gündə uğursuz açıqlama ilə özünü “yandırdı”, “araşdırılmır”dediyi oyunlarla bağlı ertəsi gün rəsmi qərar çıxdı, ovaxtdan səngərə yatıb, mərmilərdən yayınmağa çalışır.
 
***
 
Bu, Azərbaycan futbol tarixində bir ilk idi. Hansısa futbolçunun danışılmış oyunlarda iştirakı şübhəsi ilə həbsi və ömürlük cəzalanması indiyədək olmamışdı. Zaur Axundov hadisənin üstünü açmaqla, sübut etməklə və günahkarların cəzasına nail olmaqla ilkə imza atdı.
 
Lakin “Axundovun ifşası” deyərkən həm də onun özünün şəxsiyyət kimi tanınmasını, özünü tanıtmasını nəzərdə tuturuq. Çünki bu hərəkətlə o, heç də yalnız Azərbaycan futboluna xidmətini göstərmədi, həm də iddialarını, maraqlarını, gücünü ortaya qoydu, özünü ifşa etdi.
 
Hadisələr həm də ona görə maraqlıdı ki, Zaur bəyin qiyamı futbol təsərrüfatındakı rejimə üsyanıdı. İnhisarçı AFFA idarəçiliyindən narazı olan Axundov mərkəzdənqaçma cəhdi göstərdi – hamının eyni mənbədən bərabər maliyyələşməsinə etirazını bildirdi. Məşhur filmdə deyildiyi kimi: “Mən belə şura hökumətini tanımıram”.
 
***
 
“Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov bir günün içində futbol təsərrüfatına vəlvələ saldı. 2 futbolçunun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması, daha sonra isə azadlığa buraxılaraq, futboldan ömürlük diskvalifikasiya edilməsi birbaşa onun əməli idi.
 
Hadisələrin xronologiyasına baxsaq, görərik ki, hər şey “Neftçi” – “Keşlə” oyunundan başladı. Meydan sahiblərinin 3:1 hesabıyla qalib gəldiyi görüşdən sonra qonaqların baş məşqçisi Ramiz Məmmədov hamını təəccübləndirən açıqlama verdi. O, futbolçulardan şübhələndiyini büruzə verərək, deyəcəyi sözlərin böyük partlayışa səbəb ola biləcəyini vurğuladı.
 
Açıq demədi, amma kabinetdə güman ki, deyib. Və Zaur Axundovla hesabat tipli söhbətində sədri inandırmağı bacarıb. Təsadüfi deyil, futbola başladığı ilk gündən həmişə iddialı biri kimi tanınan, əksər vaxtlar oynadığı klublarda kapitan, lider olan, milliyə kimi yüksələn təcrübəli birinə dünənin uşaqları “nömrə gələ bilməzdi”.
 
Məmmədovun məşqçilik dövrünə də bələdik. Onun hansı oyunlardan çıxdığı haqda “əfsanələr” dolaşır. Alınan, verilən, satılan, bağışlanan – indiyədək sübut olunmayan çox belə matç xatırlayırıq. Ona sübut edə bilməyiblər, sadəcə, danışıblar, lakin görünür, bütün bu proseslərin əlifbasını bildiyi üçündür ki, o, günahkarları tuta,ifşa edə bildi. Sadəcə, Axundovu ayıltdı. Qalanını da Zaur bəy yoluna qoydu.
 
Xatırlayırsınızsa, bu olaylardan bir neçə gün əvvəl “Keşlə”nin əcnəbi məşqçi ilə danışıq apardığı haqda söhbətlər gəzirdi. Ramiz bəy uzun fasilədən sonra yenidən işə ona görə başlamayıb ki, postunu rahatca kiməsə versin. Yaydan paytaxt klubunda qondarma bir vəzifədə əyləşib, zamanını gözləyir, Zaur Svanadzenin yola salınmasının həsrətini yaşayırdı. Buna hansısa yolla nail oldu və 2-3 oyundan sonra baş məşqçi postunu kiməsə verməyəcəkdi. “Neftçi” ilə oyundan sonra isə komandanın ardıcıl 7-ci məğlubiyyəti reallaşdı. Bu, həm də Məmmədovun 3-cü yenilgisi idi. Deməli, Svanadzedən qalan uğursuzluq sindromunu dayandırmaq mümkün deyilsə, növbəti istefa gözlənilirdi.
 
Məmmədov futbol meydanında nəyisə dəyişə bilmirdi. Məlum transfer qadağası üzündən heyət yetərsizdi, üstəlik, futbolçuların əksəriyyəti özünə yeni komanda tapmışdı və maliyyə sıxıntıları üzündən oynamağa motivasiya qalmamışdı. Belədə mütləq uğursuzluğa səbəb tapmaq lazım idi. Elə bir səbəb ki, nəticələri ya yaddan çıxarsın, ya da məğlubiyyətlərlə yekunlaşmasına bəhanə olsun.
 
Həmin anlarda mətbuatda Svanadzeylə bağlı da xəbərlər çoxaldı. Və bütün bunların Ramiz bəyin informasiyaları əsasında “yarandığı” ehtimalları ciddidi. Gürcü çalışdırıcdan şübhə üçün yetərincə əsaslar da var idi. Zaur Svanadze hər nə qədər sakit, işinisevən adam olsa da, “İnter”də illərdi çox normal maaşa işləyirdi. O, bu klubun yağ-bal içində üzdüyü günlərdə layiq olduğundan dəfələrlə çox maaş alırdısa, rəhbərlik dəyişdikdən sonra da Azərbaycan standartları ilə az məbləğ olmayan aylıq 5-7 min manata sahib çıxırdı.
 
Üstəlik, “İnter” daim gürcülərin hansısa şəkildə inhisarında olub. Məşqçilər, futbolçular əksər vaxt bu ölkədən seçilirdi və bunu bir qrup insan edirdi. Hansı ki, klubun ovaxtkı sahibləri ilə şərikli biznesləri vardı və bunun sayəsində kluba nüfuz edə, müəyyən oyunlarda “oyun” oynaya bilirdilər. Kaxaber Tsxadadzenin vaxtındakı sürprizlər bir yana, Avropa Liqasında “Hafnarfyordur”la oyunların qəribə ssenarisi, eləcə də Bilbao “Atletik”i ilə matçların nəticələri hələ də şübhəlidi – İspaniyada az gözlənilən “alt”, Bakıda qolsuz heç-heçə çox adama dağ çəkmişdi.
 
(davamı olacaq)
 
CAVAD

 
tarix: 05-12-2017 09:39


 
Xəbər lenti
20.07.2018

10:32   “eTopaz”da günün canlı oyunları

10:27   Dəhşətli cümə axşamı

10:12   Elvin Yunuszadə “Keşlə”də

10:01   Kamran Ağayev üzr istədi: “Onlar qələbə qazanmadı, biz uduzduq”

09:49   “TOPAZ”DA BU GÜN

09:35   Kintana “Kukesi” ilə oyunu buraxacaq

09:28   Suallardan yayınan İsmayılov - Baş məşqçi olmağa can atır

09:18   “Neftçi”nin taktikanı dəyişməsi macarların xeyrinə olub

09:12   Azərbaycan yenidən 22-ci pillədə - UEFA reytinqi

09:00   Miçoviçin əmisi oğlu: “Belə davranmağa məcbur idilər”

02:01   Roberto Bordin: “Bu, bizim üçün çox ağır nəticədi”

01:53   “Neftçi” 4 cavabsız qola üzüldü - VİDEO

01:46   “Keşlə”nin işə yaramayan qələbəsi - VİDEO

01:38   “Sumqayıt”ın Qətər klubu ilə heç-heçəsi - VİDEO

01:21   Avroliqada gecənin bütün nəticələri

00:48   “Neftçi” də mübarizəni erkən dayandırdı

00:05   Sənan Qurbanov qovuldu

19.07.2018

23:25  “Qəbələ” də Avroliqanı qələbə ilə tərk etdi

21:57  “Keşlə” qalib gəlsə də, Avroliqa ilə vidalaşdı

20:49  “Sumqayıt” “Əl-Şəhaniyə” ilə heç-heçəyə razılaşdı

19:56  “Səbail” Super Liqa klubuna məğlub oldu

19:21  “Zirə”nin hazırlıq planında dəyişiklik

18:46  “Sabah” daha 3 oyunçu ilə müqavilə bağladı - FOTO

18:04  İspaniya yığmasının yeni baş məşqçisi rəsmən təqdim olundu - FOTO

17:14  "Sabah"a niyə AFFA-dan pul ayrılır?

16:08  “Sumqayıt” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTOLAR

15:55  Bayıl stadionunun süni örtüyünə FİFA sertifikatı verildi

14:35  Rauf Əliyev: “Qarabağ” “Kukesi” ilə oyunların favoritidi”

14:01  Premyer Liqa klubundan 20 milyonluq transfer

13:12  İlk yoxlama matçında 5 cavabsız qol

13:07  “Sumqayıt” ilk yoxlama oyununa çıxır

12:33  “Qarabağ”ın “Kukesi” ilə oyunlarının vaxtı açıqlandı

12:11  “Sabah”ı da AFFA maliyyələşdirəcək

12:05  Venesuela yığmasının forvardı İtaliya klubunda

11:54  Elxan Məmmədovun cəh-cəhi, bəh-bəhi

11:35  Portuqaliyalı futbolçu Super Liqa klubunda

11:07  Millimizin baş məşqçisi: “Qəbələ” bizim üçün çox güclü rəqib oldu”

11:03  Həminki “Qarabağ”

10:22  “eTopaz”da günün canlı oyunları

10:17  Azərbaycan 1 pillə gerilədi - UEFA reytinqi

10:11  “Qarabağ”ın potensial rəqibləri

10:06  Millimizin üzvünün debütü

10:00  “TOPAZ”DA BU GÜN

09:53  Cavid revanşa köklənib: “Qəbələ”nin bu komandaya uduzmağa haqqı yox idi”

09:31  Vaqner da Silva: “Bu, məni narahat etmir”

03:14  “Neftçi” Budapeştdə - VİDEO

02:31  Rəşad Sadıqov: “Belə davam etsə, onu da itirə bilərik"

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az