(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Axundovun ifşası: niyə Seyidovla Hacıyev?

Axundovun ifşası: niyə Seyidovla Hacıyev?

 
Hacıyev və Seyidovun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması xəbəri aydın səmada şimşək effekti verdi. “Futbolinfo” bu xəbəri ictimailəşdirməsəydi, bəlkə də dar çərçivədə hadisənin üstünü örtəcək, “yuxarı”dan gələn göstərişlərlə məsələni bağlayacaqdılar. Lakin xəbər ildırım sürəti ilə yayıldı və Axundov da geri addım atmadı, əksinə, xəbəri təsdiqlədi, üstəlik, daha maraqlı açıqlamalar verdi.
 
Qalmaqalın “Neftçi” ilə oyundan başlaması təsadüf idimi? Bəlkə də. Amma buna qarşı tərəf şərait yaratdı. “Keşlə”nin oyunlarının “stavka”ya qoyulması haqda şübhələr var idi, AFFA-ya da kontorlardan gedən “yüklənə” mesajları səbəbi ilə siqnallar daxil olurdu, lakin fakt tapılmırdı. “Neftçi”ylə oyundan sonra ələ düşən ipucları sonda bir çox məsələlərin üstünün açılmasına səbəb oldu.
 
Kimliyini bilmirik, amma bizdə olan bilgiyə görə, “Keşlə”nin futbolçularından biri Axundova gələcək araşdırmalar üçün səbəb verib. “Oyun”a getməyənlərdən biri Mirhüseyn Seyidovun ona çirkli təklif etməsi haqda danışıb və bir neçə oyunçunun buna razılaşdığını bildirib. Bundan sonra klub daxilində araşdırma başlanıb, söhbətlər gizlicə lentə alınıb, içərilərindən biri “zəif bənd” çıxıb və etiraflar edib, hətta nə qədər pul aldığını açıqlayıb. İşin təşkilatçıları müəyyənləşən kimi Axundov hüquq-mühafizə orqanlarına müraciət edib və məsələ böyüyüb.
 
Adrian Skarlatakenin açıqlamalarını xatırlayarsız. O, faktiki belə bir halın olduğunu təsdiqləyir, amma adlar çəkmirdi. Nizami Hacıyevlə Mirhüseyn Seyidov isə təsadüfən seçilməmişdi. Daxili araşdırma zamanı müəyyən olunub ki, məhz onlar bu işin təşkilatçılarıdı. Hər iki futbolçu bölmədə səhvlərini boyunlarına alıblar. Onların qarşısına faktlar qoyulub və çıxış yolları qalmayıb.
 
O faktlar konkret nədir? Bunu bilmirik. Amma AFFA İntizam Komitəsi tələsik yığışıb qərar verdisə, deməli, ciddi faktlardı. O dəlillər açıqlanmayana kimi şaiyələr bitməyəcək, lakin açıqlanacaqmı? Çətin. UEFA-dan gələn siqnal da ciddi olub və bu qərarlar tələsik qəbul olunaraq qitə futbol qurumuna göndərilib ki, məsələnin üstü bağlansın, sanksiyalardan qaçmaq mümkün olsun.
 
Nizamiylə Mirhüseynin hüquq-mühfizə orqanlarında bəzi etiraflara məcbur edilməsi faktı inandırıcı deyil. Düzdü, məcburedilmə mümkün ehtimaldı, reallığı bilirik. Lakin insanın karyerası məhv olursa, danışmağa, özünü müdafiə etməyə məhkumdu. Ortada haqsızlıq varsa, mütləq etiraz edəcək, danışacaqsan. Lakin görün, dəlilər nə qədər əsaslıdı ki, həmişə dil-dil ötən Nizami susub, Mirhüseyn etiraf edir, üzr istəyir. Hacıyevin brifinq keçirəcəyi ilə bağlı 2 dəfə xəbər çıxıb, heç biri reallaşmayıb. Niyə? Çünki hər dəfə ona sübutlar xatırladılıb.
 
Günahsız olan Orxan Sadıqlı kimi danışar. “Keşlə”nin qapıçısı indi də bəyan edir ki, istənilən yerdə ifadə verməyə hazırdı. Çünki təmizdi, istintaqdan çəkinmir, özünü pis vəziyyətdə qoyacaq dəlil verməyib.
 
Əslində, cütlük həbsdə qala bilərdi. Hüquq-mühafizə orqanları onların saxlanılmasını təsdiqləmədi. Sutka bitməmiş azad olunduqları üçün qeydiyyata düşmədilər, düşsəydilər, məsələ məhkəməyə kimi uzanacaq, çox başlar ağrıyacaqdı. Amma “yuxarılar”dan gələn tapşırıqla məsələ ictimai hadisədən futbol olayı səviyyəsinə endirildi, cəzalar da futbol qaydaları ilə tənzimləndi. Onlar saxlanmasaydı, hüquq-mühafizə orqanlarında olmasaydı, AFFA İntizam Komitəsinin qərarında bu fakt əksini tapmazdı. Sadəcə, onların qeydiyyata düşməsinə imkan verilmədi, Axundov şikayət etdi və ərizəsini son anda geri götürdü.
 
(davamı olacaq)
 
CAVAD

 
tarix: 05-12-2017 16:00


 
Xəbər lenti
19.02.2018

14:47   “Real”da Marselo şoku

14:08   16-cı turun hakimləri bəlli oldu

13:35   9 futbolçu qırmızı vərəqə aldı, oyun dayandırıldı - VİDEO

12:43   Qara Qarayev: “O təklifi 3-4 il əvvəl alsaydım, gedərdim”

12:33   Azərbaycan çempionatlarının ilk uqandalısı

12:27   Ozobiç 60-a çatdı, Dabo Kamananı keçdi

12:14   “Xəzər Lənkəran”ın üzvü millidə

12:05   Amit Quluzadə Kosovoda debüt etdi

11:58   Maksimovun ilk qələbəsi 300-cü qolla gəldi

11:45   Yenə “Qarabağ”, yenə Mədətov

11:00   “TOPAZ”DA BU GÜN

10:31   Eratsız “Duysburq” ikinci dövrəyə məğlubiyyətlə başladı

10:00   “eTopaz”da günün canlı oyunları

09:01   Qəbələ finalı üçün 2 şübhə

02:36   “Olimpik”lərdən biri qalib gəldi, digəri büdrədi - VİDEOLAR

02:17   “Yuventus”la “Napoli” tək qolla sevindi - VİDEOLAR

01:49   “Real”dan çətin qələbə - VİDEOLAR

01:05   “Keşlə” Gəncədə belə qələbə qazandı - FOTOLAR

00:02   Araz Abdullayev oynadı, “Anortosis” 4 qola sevindi - VİDEO

18.02.2018

23:44  “Qalatasaray” uduzdu, lider yenə dəyişdi

23:27  “Borussiya”ların duelindən Dortmund təmsilçisi qalib ayrıldı - VİDEOLAR

23:04  “Tottenhem” “ilişdi” - VİDEO

21:15  “Səbail” “Qarabağ”la yenə bacarmadı - FOTOLAR

20:10  “Qarabağ”ı Mədətov sevindirdi - VİDEO

20:00  Samir Əliyev: “Qarabağ”ın imkan verdiyi qədər oynadıq”

19:53  Qurban Qurbanov: “Çox nadir hallarda belə oyun izləyirik”

19:28  “Qarabağ”la “Keşlə”dən tək qolla 3 xal

19:05  “Kəpəz” “Keşlə”yə belə məğlub oldu - VİDEO

18:59  Yuri Maksimov: “Bəxtimiz gətirdi”

18:28  Yunis Hüseynov: “Kaş, pis oynayardıq, ancaq 3 xalı qazanardıq”

18:09  “Neftçi” “Sumqayıt”a, “Zirə” “Qəbələ”yə uduzdu

16:53  Emin oynadı, komandası ilk oyunda heç-heçəyə razılaşdı

15:25  Renat Dadaşovun qolu “Ayntraxt”a qələbə qazandırdı

13:53  Ayxan Abbasov susur

13:47  Samir Abasovun üsyanı

13:29  “Qəbələ”nin “Zirə” zəfəri - FOTOLAR

13:12  Divizion klubundan daha bir transfer

13:05  Sadiqovu Həsənalızadənin atası təhqir edib

11:20  Nəsirovsuz “Sportinq” yenə xal itirdi

11:12  Xəncərli atmaca

11:00  “eTopaz”da günün canlı oyunları

10:36  İsrafilovun komandası ev oyununda xal itirdi

10:29  “Bu, kişi hərəkəti deyil”

10:21  Rəşad Sadiqov: “Heç kim ailəsini küçədən tapmayıb”

10:00  “TOPAZ”DA BU GÜN

09:27  Dmitri Nazarov üçün 89 dəqiqə və 1 xal

09:01  Pavel Paşayev üçün 90 dəqiqə

02:15  “Barselona”dan inamlı qələbə - VİDEOLAR

01:44  “İnter” uduzdu, “Roma” qalib gəldi - VİDEOLAR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az