(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Rəşad Sadıqov: “İldən-ilə geriləmənin şahidi oluram”

Rəşad Sadıqov: “İldən-ilə geriləmənin şahidi oluram”

UEFA Gənclər Liqasının qrup mərhələsində son turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın U-19 komandası səfərdə “Roma”lı həmyaşıdlarıyla qarşılaşıb. Oyun İtaliya klubunun 3:0 hesablı qələbəsiylə başa çatıb. Qarşılaşmadan sonra “Qarabağ”ın gənclər komandasının baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

- Qrupda son oyunumuz idi. Növbəti mərhələyə çıxmaq şanslarımız qalmamışdı. İstəyirdik ki, bu mərhələni yaxşı nəticəylə başa vuraq. Nəsə alındı, nəsə alınmadı. Yaxşı nəticəyə ümid edirdik. Təəssüf ki, istəyimizə çatmadıq.

- Qrup mərhələsində keçirdiyiniz 6 oyunu dəyərələndirərdiniz.
- Komandada təcrübə çatışmazlığı var idi. Futbolçular ustalıq sarıdan da axsayırdılar. Deyim ki, hər bir oyunda qırılma anı oldu. Hər bir oyundan daha yaxşı nəticəylə ayrıla bilərdik. Lakin əlimizə düşən imkanlardan istifadə edə bilmədik. Rəqiblər isə belə fürsətlərdən daha yaxşı yararlandılar. Komanda turnirin başlanmasına 2-3 həftə qalmış yığıldı. Vaxt azlığı və futbolçuların təcrübəsizliyi özünü nəticələrdə göstərdi.

- Bu heyətdən “Qarabağ”ın əsas komandasına futbolçu cəlb oluna bilərmi?
- Bu barədə qərarı Qurban müəllim verir. Bu heyətdən 2-3 nəfərin əsas komandaya cəlb oluna biləcəyini düşünürəm.

- Komandanın hücumçusu Yaroslav Deda necə?
- Qurban müəllim komandanın bütün məşq və oyunlarını yaxından izləyir. Mən də baş məşqçimizə müəyyən məlumatlar vermişəm. Dedanı yaxşı tanıyır. Fikrimcə, o, öz üzərində bir qədər də işləməlidi.

- Baş məşqçi kimi komandada hansı perspektivlər görürsünüz?
- Komandada 16 yaşdan 19-a kimi futbolcular var. Bu uşaqları kollektiv surətdə bir yerə kimi daşımaq mümkündü. Onların hər birinin gələcəyi öz əllərindədi. Futbolçular öz üzərilərində daha çox işləməli və peşəkarlıqlarını artırmalıdırlar. Bu gün Avropanın sayılıb-seçilən klublarının bazalarına gedəndə onlardan geri qaldığımızın fərqinə varırıq. Neçə ildi futbolun içindəyəm. 1994-cü ildən bu yana uşaq liqalarında ildən-ilə geriləmənin getdiyinin şahidi oluram. Qlobal tədbirlər görülməsə, bu proses davam edəcək. Akademiyalarda futbolcularla iş daha yaxşı qurulmalıdı. Avropalı gənclər bəzən oyunların nəticəsini adi bir hərəkətlə dəyişə bilirlər. Bizdə akademiyalarda isə belə xırda görünə biləcək şeylərə fikir verilmir. Uşaqlara daha çox vaxt ayrılmalı, onlarla daha detallı şəkildə işləmək lazımdı. Elə mövqelər var ki, getdikcə orada oynaya biləcək futbolçuların “nəsilləri kəsilir”. Məsələn, mərkəz müdafiəçilərini göstərmək olar. Bu mövqedə oynayan futbolcuların hamısında hansısa çatışmazlıq var. Akademiyalarda olan problemləri aradan qaldırmaqla futbolumuzu daha irəli apara bilərik. 

- Baş məşqçi kimi bu komandayla davam etməyi düşünürsünüz, yoxsa hansısa aşağı yaş qrupu millini çalışdırmağınız mümkündü?
- Qurban Qurbanov kimi böyüyüm, dostum var. Hansı komandanı məsləhət bilsə, orada işləməyə hazıram. Bu komandanı götürəndə çoxları məni qınadı. Üzərimdə işləməyi xoşlayan birisiyəm. Bu komandayla böyük təcrübə qazanıram. İşlədiyim komandadan asılı olmayaraq, futbolumuza xeyir verməyə çalışıram.

- “Qarabağ”ın aşağı yaş qruplarında əsas komandanın oyun sistemi tətbiq olunur?
- Əsasən U-19 və əvəzedicilərdə əsas komandanın sistemini tətbiq etməyə çalışırıq. Daha aşağı yaş qruplarında isə məqsədimiz uşaqlara düzgün futbol oynamasını öyrətməkdi. Özüm də daxil olmaqla bir çox məşqçilər Qurban müəllimin oyun fəlsəfəsinə üstünlük verirlər. Bu turnirə gəlincə, bir çox taktiki gedişlərdən istifadə etdik. Bu da futbolçuların müxtəlif sistemlərə uygunlaşmasına hesablanmışdı. Çempionlar Liqası fərqli bir turnirdi. Millilərimizin və komandalarımızın bu səviyyədə turnirlərdə tez-tez iştirak etməsini çox istərdim.


 
tarix: 05-12-2017 21:05


 
Xəbər lenti
19.10.2018
18.10.2018

21:00  GÜNÜN NİDASI: Stuxlikin sağ əli Məmmədov olacaq!

19:46  Türkiyənin daha iki klubundan Azərbaycana təbrik - FOTO

18:33  Dabo “Qəbələ”yə qarşı oynamaya bilər

18:01  Paytaxt klublarının 14-cü dueli

17:54  İbrət götürməli qonşu və marketoloq səriştəsizliyi

17:42  “Fənərbaxça” da Azərbaycan xalqını təbrik etdi - FOTO

17:00  Liderdən ardıcıl 7-ci qələbə

16:31  “Qarabağ” - “Vorskla”: Statistika nə deyir?

16:13  Müstəqillikdə Süleymanov izi: İlk qolun müəllifi, ilk kapitan... 

15:52  “Qarabağ”ın rəqibi futbolçusunu cəzalandırdı

15:30  “Beşiktaş” Azərbaycan xalqını təbrik etdi - FOTO

15:17  Sumqayıtda uşaq futboluna “möhtəşəm dəstək"

15:11  BOS-da UEFA seminarı

15:00  GÜNÜN XATIRLATMASI: Əliyar Ağayev özünü oyunlara təyin edirsə...

14:51  Şəkil Xəyal Nəcəfovundu, amma onu “oğru” yayıb

14:36  Baş məşqçisi: “Şehiçi asanlıqla verməyəcəyik”

14:21  Qurban Qurbanovdan millinin oyunçularına qadağa

13:57  UEFA Rusiya klubunu avrokuboklardan kənarlaşdırdı

13:31  “Azərbaycanla futbol yox, sanki həndbol oynayırdıq”

13:09  Kərim Diniyev: “İlk dövrədəki məğlubiyyəti unutmamışıq”

12:51  “Neftçi”nin legionerlərindən müstəqillik günü təbriki - VİDEO

12:29  Nazarov: “90 dəqiqə meydanda olduğum oyunu xatırlamıram”

12:00  PFL-dən möhtəşəm poster: Əbədiyyətin 27-ci ili

11:48  “Topaz”da bu gün: 16 canlı oyun

11:27  “Vorskla” erməni futbolçunu Bakıya gətirməyəcək - RƏSMİ

11:11  Topaz Premyer Liqasında 8-ci tur: tarixə səyahət

10:30  “eTopaz”da günün canlı oyunları

10:14  İsrafilovun komandası İspaniya Kuboku ilə vidalaşdı

10:01  Abbasovun gözünü açan 10 gün: “Biz bünövrəni düşünmürük”

09:48  “Sumqayıt”ın futbolçusu “tüstülətdi”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az