(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Elxan Məmmədov da danışdı: “Hər şey bununla bitmir”

Elxan Məmmədov da danışdı: “Hər şey bununla bitmir”

“Keşlə” ətrafında baş verən olayların böyüməsi AFFA-nın baş katibi Elxan Məmmədovu da dilə gətirdi. Artıq o da kənarda qala bilmədi və danışdı.
 
“Son günlər Azərbaycan futbolunda diqqəti dərhal cəlb edən proseslər baş verməkdədir. Əlbəttə, bu proseslərdə təəssüfləndiyimiz məqamlar bir xeyli olsa da, futbolumuzun şəffaflığı naminə bu istiqamətdə addımların atılması, işlərin görülməsi vacibdir” - bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov qurumun rəsmi saytına açıqlamasında deyib.
 
O, son günlər idman oyunlarının nəticələrinin manipulyasiyası ilə bağlı baş verən proseslər barədə fikirlərini bildirib: “Dünyanın müxtəlif yerlərində idman oyunlarının nəticəsinin manipulyasiyası cəhdlərinə rast gəlinir. Bəzi futbol federasiyaları bununla çox ciddi şəkildə mübarizə aparsa da, müəyyən federasiyalarda aktivlik yüksək səviyyədə olmur. Düşünürəm ki, biz bu neqativ halla çox ciddi şəkildə mübarizə aparmalıyıq və aparırıq. Bu səhədə mütəmadi qaydada UEFA ilə sıx əməkdaşlıq edirik. Oyunların nəticəsinin manipulyasiyası cəhdlərinin yolverilməz olduğunu, AFFA-nın buna qarşı ciddi mübarizə apardığını dəfələrlə assosiasiya rəhbərliyi müxtəlif tədbirlərdə, müxtəlif tribunalarda səsləndirib. AFFA-nın son Konfransında bu məsələ ilə bağlı ictimaiyyətə təfsilatlı təqdimat nümayiş olunub, bütün detallar izah olunub. Müxtəlif maarifləndirici tədbirlər keçirilib. Bu ilin noyabrında AFFA-nın inzibati binasında təşkil olunmuş növbəti tədbirdə prokurorluq təmsilçisi çıxış edərək idman oyunlarının nəticələrinin manipulyasiyasının cinayət tərkibli əməl olduğunu bir daha xüsusui vurğulayıb. Yeri gəlmişkən, bu məsələyə həssas yanaşdığı üçün hökumətimizə minnətdarlığımı bildirirəm. Çox qısa zaman ərzində müvafiq qanun qəbul olundu, Cinayət Məcəlləsinə idman oyunlarının nəticələrinin manipulyasiyası ilə bağlı xüsusi maddə əlavə edildi.
 
Bildiyiniz kimi, ötən mövsüm də bu məsələ çox ciddi şəkildə diqqət mərkəzində saxlanılırdı. Birinci Divizionda çıxış edən bir neçə klub, futbolçular, inzibati heyətin üzvləri, hakim sərt şəkildə cəzalandı. Təəssüf ki, bu virus cari mövsümdə özünü Premyer Liqada da büruzə verməyə başladı. İctimaiyyət məlumatlıdır ki, AFFA-nın İntizam Komitəsi iki futbolçu və bir məşqçi barədə çox qəti və kəskin qərar qəbul edib, onlara futbol məşğuliyyəti qadağan olunub. Yeri gəlmişkən, 2016-cı ildə AFFA-nın təşəbbüsü ilə futbol klublarının bütün üzvləri idman oyunlarının nəticələrinin manipulyasiyasında iştirak etməyəcəyi və bununla bağlı məlumatı olarsa, müvafiq instansiyaları məlumatlandıracağı ilə əlaqədar öhdəliklərin yer aldığı bəyannaməyə imza atıblar. İntizam Komitəsinin sanksiya tətbiq etdiyi şəxslər də həmin bəyannaməni imzalamışdılar.
 
Qeyd etdiyim kimi, artıq cəzalar var, amma hər şey bununla bitmir. AFFA-nın və məndə olan məlumata görə, hüquq-mühafizə orqanlarının araşdırması davam edir. Sevindirici məqam ondan ibarətdir ki, futbolumuzun şəffaflığını arzulayan şəxslər – klub idarəçiləri, məşqçilər, futbolçular və futbolumuzda bu və ya digər şəkildə təmsil olunan başqa şəxslər araşdırmanın aparılmasına öz yardımını göstərir, bizimlə sıx əməkdaşlıq edir. Fürsətdən istifadə edib həm hüquq-mühafizə orqanlarına, həm də bizim əməkdaşlıq edən futbol ictimaiyyətinin nümayəndələrinə təşəkkür edirəm. Növbəti dəfə bildirirəm ki, AFFA idman oyunlarının nəticələrinin manipulyasiyası cəhdlərini çox kəskin şəkildə pisləyir və Azərbaycan futbolundan bu virusun kökünün kəsilməsi üçün mübarizəni davam etdirəcək”.

 
tarix: 06-12-2017 14:03


 
Xəbər lenti
16.12.2017

14:36   “Qəbələ”nin qış hazırlıq planı açıqlandı

13:59   “Qəbələ”də yeni müqavilə

13:42   “Kəpəz”də baş məşqçi istefaları

13:39   “Neftçi” legioneri ilə yolları ayırdı

13:16   Yubiley təxirə salındı - qərarı İcraiyyə Komitəsi verəcək

13:02   Adil Şükürov Türkiyə millisi və “Traktorsazi” rəhbərliyi ilə görüşdü

12:01   BOM-da təqdimat - FOTOLAR

11:46   “eTopaz”da günün canlı oyunları

11:22   “TOPAZ”DA BU GÜN

11:08   Nazim Süleymanov yenidən “Alaniya”da

10:05   Ziya Əzizov oynamadı, komandası uduzdu

02:08   “Monako” “Sent-Etyen”i 4 cavabsız qolla yendi - VİDEO

01:56   La Liqada 16-cı tura qolsuz start - VİDEO

01:30   “Borussiya”dan inamlı qələbə - VİDEO

15.12.2017

23:35  Ölkə kubokunda böyük sensasiya - FOTOLAR

23:07  “Qəbələ” yarımfinala belə yüksəldi - FOTOLAR

22:25  “Qarabağ” kubokdan belə kənarlaşdırıldı - VİDEO

21:59  “Qarabağ”ın məğlubiyyəti, yoxsa “Sumqayıt”ın qələbəsi?

21:55  Qurban Qurbanov: “Futbolçuların üzərinə çox getmədim”

21:40  “Bundan sonra kubok daha maraqlı olacaq"

21:36  “Büdcəmizdə qırmızı işıq yanır”

21:10  Azərbaycan Kuboku: Yarımfinalçılar müəyyənləşdi

20:55  “Sumqayıt” “Qarabağ”ı kubokdan kənarlaşdırdı

19:03  “Qəbələ” “Səbail” səddini belə keçdi - VİDEO

18:50  “Səbail” üç legionerini yola salır

18:27  Samir Əliyev: “Belə rəqiblərlə eyni səviyyədə mübarizə aparmağa hazır deyilik”

18:09  Roman Qriqorçuk: “Tətilə xoş hisslərlə gedirik”

17:35  Türkiyə klubu Popoviçlə yollarını ayırdı

17:00  Pro kursunun 5-ci modulu başa çatdı - FOTOLAR

16:12  MOİK 3 futbolçunu transferə çıxardı

15:51  “Zirə”nin qış hazırlıq planı açıqlandı

15:25  “Zirə”də ilk rəsmi ayrılıq

15:10  “Neftçi”nin hazırlıq planı rəsmən açıqlandı

14:55  Region Liqası: 1-ci turun təqvimi açıqlandı

14:29  Rəşad Sadıqov Françesko Totti ilə bir arada - FOTO

14:01  Riad Rəfiyevin futbol imperiyası

13:07  Millimizin Dubaya gedəcək heyəti açıqlandı

12:52  “Keşlə” yubanmamalıdı!

12:44  “Azərbaycan çempionatında çəkindiyim hücumçu yoxdu”

12:30  “Kəpəz”in qış hazırlıq planı müəyyənləşdi

12:24  Döyüşlə qazanılan qələbə

11:45  UEFA-dan məktub gəldi: Gəncədəki feyr-pley nümunəsinə görə

11:25  “Neftçi” kapitansız qaldı

11:04  “eTopaz”da günün canlı oyunları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az