(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Ramin Musayev: “Heç bir futbolçu nəyisə özbaşına edə bilməz”

Ramin Musayev: “Heç bir futbolçu nəyisə özbaşına edə bilməz”

AFFA İntizam Komitəsinin ömürlük cəzalandırdıqlarının sayı 3-ə çatdı. "Keşlə"nin oyunçuları Nizami Hacıyev və Mirhüseyn Seyidovdan sonra klubda məşqçi-metodist işləmiş Ağakişi Mehdizadə də bu sanksiyaya məruz qaldı. AFFA-nın baş katibi Elxan Məmmədov bu məqamda üzə çıxıb dedi ki, hələ araşdırmalar davam edir, yenə cəzalananlar ola bilər.

Bəs PFL-in prezidenti Ramin Musayevin prosesə münasibəti necədir? Musayev "FutbolPress"in suallaraını cavablandırıb:

- Ramin bəy, ötən həftə sözügedən məsələ haqda ilkin məlumatlar çıxanda, yəni Nizami ilə Mirhüseynin saxlandığı xəbər veriləndə açıqlamışdınız ki, hansısa araşdırmaya ehtiyac yoxdur. Ancaq onlar ömürlük qovuldu, hələ daha biri də...
- Mənim araşdırmaya ehtiyac duymamağım və bunu açqlamağım o demək deyil ki, hansısa klubda problem yoxdur. Hüquq-mühafizə orqanları qanun çərçivəsində aidiyyatı materiallar üzrə operativ araşdırmalar apardılar və məlum oldu ki, günahını etiraf eləyənlər var.
 
- Prosesin gedişatı sizə qəribə gəlmir ki?
- Diqqətlə fikir verək, məsələni hüquq-mühafizə orqanları araşdırır. Bu, ən ali araşdırma sayılır. Bundan o yana yoxdur. Hər şey qanun çərçivəsində, dəqiq və obyektiv müəyyənləşdirirlir, cəzalar da ona uyğun tərtib edilir. Prosesin qəribəliyinə gəlincə, əlbəttə, mənə heç vaxt adi gələ bilməz bu. Ölkə futbolunun içində olan adamlarıq. Hələ də tam anlamıram ki, niyə belə şeylər olub. Araşdırmalar davam etməlidir və hər şeyə adınlıq gəlməlidir.
 
- Siz "Neftçi"nin rəhbərliyində təmsil olunanda Mirhüseyni daha yaxından tanımısız, eləcə də digər futbolçuları bilirsiniz. Bu iki oyunçunun belə hərəkətlər edəcəyi nə qədər inandırıcıdır?
- Qəti inana bilmirəm. Mən "Neftçi"də olanda Mirhüseynin 14 yaşı var idi və o, bazada qalırdı. yeməyimizi bölüşürdük. Necə mərifətli, intizamlı biri olduğunu, oynadığı komandaya necə can yandırdığını dəqiq bilirəm. Nizami ilə də salam-əleykümüm var. Mən heç cür ağlıma gətirə bilmirəm ki, bu insanlar belə hərəkətlərə əl ata bilərlər.
 
- Bəs niyə...
- Vallah, bu futbolçular əziyyət çəkiblər. Klubun maddi durumu pis olanda, aylarla maaş verilməyəndə həmin Nizami mənə zəng eləmişdi ki, Ramin müəllim, biz neyləyək, çox çətin durumdur, doğma klubdur, atıb gedə də bilmirik. Mən dəfələrlə demişəm ki, azca səbrli olun, rəhbərlik hər şeyi həll edəcək. Sağ olsunlar, o dar məqamda atıb getməyiblər klubu. İndi niyə bunu etsinlər? Adam necə belə şeyi ağlına gətirsin, inansın?
 
- Sizin prosesə münasibətiniz necədir?
- Mənim bir istəyim var. Bunu da bildirmişəm. Heç bir futbolçu nəyisə özbaşına edə bilməz. Olubsa, onu buna vadar edən qüvvələr var. Bax o vadar eləyən qüvvələr aşkarlansın.
 
- Azərbaycan futbolunun imicinə ciddi zərbədir bu olay...
- Əksinə, zərbə deməzdim, qoy nəsə varsa, təmizlənsin. Belə şeylər varsa, gizli qalmasıdır zərbə, aşkarlanması yox. Ancaq yenə təkrar edirəm, qoy bu işlərin kökündə olan, vadar eləyən qüvvələr üzə çıxarılsın. Bu mütləq olmalıdır.
 
- AFFA prezidenti Rövnəq Abdullayev prosesi nə qədər yaxından izləyir?
- Bütün bu prosesin araşdırılması birbaşa Rövnəq müəllimin şəxsi tapşırığıdır və gündəlik nəzarətindədir. Yaxından maraqlanır, hüquq-mühafizə oqanlarından xahiş edib ki, günahkarlar varsa, dəqiq araşdırılsın, problem kökünə qədər müəyyən edilsin.
 
- Yenə cəzalananlar olacaq fikri səsləndirilir...
- Ola bilər. Çünki araşdırmalar gedir. Hamımız bu prosesin şəffaf getməsi, günahkarın cəzalanması üçün çalışırıq.


 
tarix: 06-12-2017 15:30


 
Xəbər lenti
21.11.2018

09:30   Braziliya, İtaliya və Fransaya 1 qol bəs etdi

09:00   Boş ümidlər, gözlənilən sonluq

02:54   Bernar Şalland: “Himnin fitə basılması yaxşı hal deyil”

02:18   Qurban Qurbanov: “Erkən qol ağır zərbə oldu”

01:57   Millətlər Liqasında qrup mərhələsinə yekun vuruldu

01:35   Millimiz Millətlər Liqası ilə bağlı ümidləri Kosovoda “basdırdı”

20.11.2018

20:50  Vüqar Məmməd: “Yekun istədiyimiz kimi oldu”

19:02  “Sumqayıt” “Zirə” ilə oyun üçün hazırlığa start verdi

18:55  Yığmamız Lixtenşteyni darmadağın edib, elit-raunda yüksəldi

17:56  Ruslan Abışov məşqlərə başladı

15:50  “Beşiktaş”ın futbolçusu sıradan çıxdı

15:31  Mərakeş avropalılarla bir yerdə?

15:25  “Azərbaycandan güclü idik”

14:59  PSJ-də ayrılıq

14:32  Çeferinin ideyası var

14:26  İbrahimoviç “Milan”a bir az da yaxınlaşdı

14:17  “Dembele ciddi olmalıdır”

14:07  Müller 100-ə çatdı

13:34  Mbappe və Asensio

13:22  “Topaz": Priştina, Qlazqo və Stokholmda final matçları

13:15  Millimizin pley-offdakı potensial rəqibi bilindi

13:10  UEFA-dan yeni siqnallar: “Səbail” də qumara qurşanıb?

12:46  "Neftçi" qvineyalını yola saldı

12:27  Yığmamıza qol vurdu, qələbəni şərh etdi

12:08  Gürcüstan – Avropanın 40-cı komandası

12:01  Almaniya - Hollandiya matçında 4 qol - VİDEO

11:44  Gürcüstan Qazaxıstanı da məğlub etdi - VİDEO

11:29  Birinci Divizionda 11-ci turun hakim təyinatları

11:19  Əliyar Ağayev Millətlər Liqasında oyun idarə etdi

11:00  “Bu oyunda 2:1 hesabı ilə qalib gələcəyik” – Kosovolu futbolçu proqnoz verdi

10:30  “eTopaz”da günün canlı oyunları

10:00  İslandiya Qətərlə “sülh bağladı”, Halldorsson...

09:30  Slavçevli Bolqarıstan da Millətlər Liqasında mübarizəni dayandırdı

09:00  Priştina gözləntisi

01:44  Hollandiya, Norveç və Makedoniya da növbəti mərhələdə!

00:01  Super Liqa klubunda yeni baş məşqçi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az