qaynar xətt
Avropa Liqasında qrup mərhələsinə yekun vuruldu
Avropa Liqasının qrup mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, Qazaxıstanın “Astana” klubu tarixi ərzində ilk dəfə qrup mərhələsini adlayıb. Bunun üçün qazaxlar səfərdə “Slaviya”nı məğlub etməliydi. Çexiya təmsilçisinə isə doğma meydanda heç-heçə də sərf edirdi. Lakin qazaxlar bu oyunda minimal hesabla qalib gələrək, tarix yazıblar.
C qrupunda mübarizə aparan “Başakşəhər”in də taleyinə bu gün aydınlıq gəlib. İstanbul təmsilçisi Avroliqada 1/16 funal mərhələsinə vəsiqə qazanmaq üçün doğma meydanda qrup lideri, artıq növbəti mərhələyə vəsiqəni təmin etmiş “Braqa”nı məğlub etməliydi. Ancaq türklərin taleyi heç də özlərindən asılı deyildi. Belə ki, “narıncı-göylər”in mərhələ adlaması üçün “Hoffenhaym” da “Ludoqorets”i üstələməliydi. Lakin türklər öz işlərinin öhdəsindən gəlsələr də, qrupun digər matçında qeydə alınan heç-heçə "Başakşəhər"in qrupda qalması ilə nəticələnib.
Türkiyənin qitənin ikinci dərəcəli klub turnirindəki digər təmsilçisi “Konyaspor”un işi isə daha çətin idi. Konya təmsilçisi mərhələ adlamaq üçün səfərdə “Gimaraynş”ı məğlub etməklə yanaşı, artıq növbəti mərhələyə vəsiqəni təmin etmiş “Zalsburq”un Fransada “Marsel”i məğlub etməsinə ümid etməliydi. Amma qrupdakı hər iki oyun heç-heçə bitib və Türkiyənin digər təmsilçisi də Avroliqada mübarizəni dayandırıb.
Avropa Liqası
Qrup mərhələsi
7 dekabr
A qrupu
Slaviya (Çexiya) - Astana (Qazaxıstan) 0:1
Qol: Aniçiç, 38.
Vilyarreal (İspaniya) - Makkabi (Təl-Əviv, İsrail) 0:1
Qol: Blakman, 60.
Vilyarreal – 11, Astana – 10, Slaviya – 8, Makkabi – 4.
B qrupu
Yanq Boyz (İsveçrə) - Skenderbeu (Albaniya) 2:1
Qol: Hoarau, 55. Assale, 90 - Qavazay, 51.
Dinamo (Kiyev, Ukrayna) - Partizan (Serbiya) 4:1
Qol: Morozyuk, 6. Moraes, 28; 31; 77-pen - Yevtoviç, 45-pen.
Dinamo – 13, Partizan – 8, Yanq Boyz – 6, Skenderbeu – 5.
C qrupu
Hoffenhaym (Almaniya) - Ludoqorets (Bolqarıstan) 1:1
Qol: Oxs, 25 - Vanderson, 62.
Başakşəhər (Türkiyə) - Braqa (Portuqaliya) 2:1
Qol: Visça, 10. Əmrə, 77-pen - Raul, 55.
Braqa – 10, Ludoqorets – 9, Başakşəhər – 8, Hoffenhaym – 5.
D qrupu
Austria (Avstriya) - AEK (Yunanıstan) 0:0
Riyeka (Xorvatiya) - Milan (İtaliya) 2:0
Qol: Pulyiç, 7. Qavranoviç, 47.
Milan – 11, AEK – 8, Riyeka – 7, Austriya – 5.
E qrupu
Apollon (Kipr) - Everton (İngiltərə) 0:3
Qol: Lukman, 21; 27. Vlasiç, 87.
Atalanta (İtaliya) – Olimpik (Lion, Fransa) 1:0
Qol: Petanya, 10.
Atalanta – 14, Olimpik – 11, Everton – 4, Apollon – 3.
F qrupu
Kopenhagen (Danimarka) - Şerif (Moldova) 2:0
Qol: Sotiriu, 56. Luftner, 59.
Zlin (Çexiya) - Lokomotiv (Rusiya) 0:2
Qol: Mirançuk, 70. Farfan, 75.
Lokomotiv – 11, Kopenhagen – 9, Şeriff – 9, Zlin – 2.
G qrupu
Hapoel (Beer-Şeva, İsrail) - Viktoriya (Plzen, Çexiya) 0:2
Qol: Heyda, 28. Horava, 83.
Styaua (Rumıniya) - Luqano (İsveçrə) 1:2
Qol: Qnoere, 60 - Daprela, 3. Veçsey, 32.
Viktoriya – 12, Styaua - 10, Luqano – 9, Hapoel – 4.
H qrupu
Arsenal (İngiltərə) - BATE (Belarus) 6:0
Qol: Debuşi, 11. Uolkott, 37. Uilşir, 43. Polyakov, 51-öz qapısına. Jiru, 64. Elneni, 74.
Srvena Zvezda (Serbiya) - Köln (Almaniya) 1:0
Qol: Srniç, 22.
Arsenal – 13, Srvena Zvezda – 9, Köln – 6, BATE – 5.
İ qrupu
Olimpik (Marsel, Fransa) - Zalsburq (Avstriya) 0:0
Gimaraynş (Portuqaliya) - Konyaspor (Türkiyə) 1:1
Qol: A.Turan, 77-öz qapısına - Burabiya, 15.
Zalsburq – 12, Olimpik – 8, Konyaspor – 6, Gimaraynş – 5.
J qrupu
Herta (Almaniya) - Ostersun (İsveç) 1:1
Qol: Pekarik, 61 - Sotirios, 58.
Zarya (Ukrayna) - Atletik (İspaniya) 0:2
Qol: Aduris, 70. Qarsiya, 86.
Atletik – 11, Ostersun – 11, Zarya - 6, Herta – 5.
K qrupu
Vitess (Hollandiya) - Nitsa (Fransa) 1:0
Qol: Kastanyos, 84.
Sulte-Varegem (Belçika) - Latsio (İtaliya) 3:2
Qol: Pau, 6. Heylen, 60. İseka, 83 - Kaysedo, 67. Leyva, 76.
Latsio – 13, Nitsa – 9, Sulte-Varegem – 7, Vitess – 5.
L qrupu
Real Sosyedad (İspaniya) - Zenit (Rusiya) 1:3
Qol: Xose, 58 - Yerokin, 35. İvanoviç, 64. Paredes, 85.
Vardar (Makedoniya) - Rusenborq (Norveç) 1:1
Qol: Ytalo, 9 - Bendtner, 45-pen.
Zenit – 16, Real Sosyedad – 12, Rusenborq – 5, Vardar – 1.
00:48 “Milan” autsayderə uduzdu, “Roma” darmadağına sevindi - VİDEOLAR
23:47 “Borussiya” və “Bavariya” darmadağınla qalib gəldi - VİDEOLAR
23:04 “Valensiya” səfərdə büdrədi - VİDEOLAR
22:51 “Liverpul” səfərdə xal itirdi - VİDEOLAR
22:35 MY finalda - VİDEO
22:27 “Qalatasaray”dan çətin qələbə
22:10 Millimizin hücumçusu oynamadı, komandası uduzdu
22:03 “Zirə”dəki vəziyyəti Joze Mourinyo da düzəldə bilməz”
21:53 “Zirə”nin futbolçusu: “Keşlə” bizdən üstün oynamadı"
21:47 “Zirə” “10”a çatdı
20:58 “Qızıl orta” dağılanda
19:38 “Keşlə”dən əzmkar qələbə - FOTOLAR
19:03 Ölkə kubokunun püşkü atıldı
18:43 “Keşlə” - “Zirə” matçında 3 qol - VİDEO
18:19 Yuri Maksimov: “Bu, taktika ilə bağlı olan məsələ idi”
18:09 “Zirə”nin məşqçisi: “Heç nədən 2 qol buraxdıq”
17:48 “Keşlə” “Zirə”ni məğlub yola saldı
17:04 Tilsim qırıldı: “Neftçi” cari mövsümdə ilk dəfə…
16:45 Manjqaladze: “Sonuncu yerə layiq deyilik”
16:33 “Sabah” çempionu səfərdə darmadağın etdi - VİDEO
16:15 “Qəbələ”nin “Neftçi” ilə 45-ci dueli
15:35 400 min avro qazanacaqlar - Dünya çempionu olsalar
12:55 Balotelli Fransa klubunu tərk edir: “Beş oyunum qalıb”
11:49 “Beşiktaş”ın prezidenti Bakıya gəlir
11:00 “eTopaz”da günün canlı oyunları
10:32 Millimizin üzvü oynadı, komandası qalib gəldi
10:00 “TOPAZ”DA BU GÜN
09:31 La Liqa klubu baş məşqçisini qovdu
01:29 Lion “Olimpik”i 3 xalı 5 qolla qazandı - VİDEOLAR
01:18 İlk oyunda heç-heçə - VİDEO