(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Şübhəli oyunlar: divizionda yenə bazardı

Şübhəli oyunlar: divizionda yenə bazardı

Az qala hamı bir-birindən şübhələnir. Tam inamsızlıq mühitidi. Dünən dil-dil ötəni elə yerindən vururlar ki, bir də səsi çıxmır. Və ya “suyun lal axanı, adamın yerə baxanı” misalında olduğu kimi, qalmaqalın altından elə adamlar çıxır ki, məəttəl qalırsan.
 
Azərbaycan çempionatında “danışılmış oyunlar” problem yeni “level”ə keçib. Ötən mövsümədək yalnız birinci diviziondakı şübhəli matçlardan danışırdıqsa, artıq Premyer Liqadan ciddi siqnallar gəlməkdədi. Hətta birillik cəza alan “divizionçular”dan fərqli olaraq, eltada günahların miqyası daha böyükdü və diskvalifikasiyalar ömürlük olur.
 
Nizami Hacıyev, Mirhüseyn Seyidov və Ağakişi Mehdiyevin cəzalanması prosesin başlanğıcıdı. Araşdırmalar davam edir, hüquq-mühafizə orqanları və AFFA bütün şəbəkəni ifşa etməkdə israrlıdı. Bunu etməsələr, UEFA-dan gələn siqnallara məhəl qoymasalar, sanksiya qatarının altında qalmaq perspektivi böyükdür.
 
Ötən mövsümlə işimiz yoxdu. Hazırkı araşdırmalar “Keşlə”nin bir çox futbolçusunun keçən çempionatda da min hoqqadan çıxdığını aşkarlayır. Lakin bizə maraqlı olan cari mövsümdü və kifayət qədər şübhəli oyunlar var. Həm də o qədər çox ki, ciddi araşdırma aparılsa, onlarla futbolçunun taleyi zülmətə bürünəcək, neçə-neçə klub cəzalanacaq.
 
AFFA hər nə qədər divizonda islahatlar aparıb, bəzi klubları cəzalandırsa da, şübhəliləri yarışlardan kənarda qoysa da, virus təmizlənməyib. Aşağı dəstəylə bağlı təqdim edəcəyimiz siyahı müzakirəyə açıqdı və ətrafında düşünməyə əsas verir.
 
Bukmeker kontorlarından AFFA-ya ilk siqnal mövsümün ilk turunda gəldi. Sanki işbazlar bütün klublara “əllərinin girdiyini” göstərmək üçün jest etdilər. Zarafat deyil, turun 5 oyununun hamısı 1:0 qurtardı. Bu, təsadüf deyildi. Mərc oyunlarından xəbərdar adamlar bilir ki, bütün matçların eyni hesabla başa çatması “şəbəkə işi”di.
 
Amma turlar irəlilədikcə bəlli oldu ki, belə oyunlara meyl edən xüsusi komandalar var. Matçların sürpriz nəticələri, oyunların gedişi və s. ciddi şübhə doğurur və UEFA-dan gələn xəbərdarlıq məktublarında da məhz onlar ön plandadı.
 
Ötən mövsüm nəticələri ciddi şübhə doğuran, oyunları haqda tez-tez şaiyələr dolaşan “Turan Tovuz” cəzasızlıqdan, kimlərsə tərəfindən qorunmasından ruhlanaraq, bu mövsüm daha da fəallaşıb. Virusdan təmizləndiyi deyilən divizionda məhz bu komandanın oyunları daha çox diqqət çəkir. Təbii ki, yazının davamında sadalayacaqlarımız fakt yox, şübhələrdi. Amma elə şübhələrdi ki, AFFA-nın ciddi araşdırma aparmasına ehtiyac var və qurumu xəbərdar etməklə şəffaflıqda maraqlı olduğumuzu göstəririk.
 
İş ondadı ki, ötənilki olaylar müəyyən mənada klublara dərs olub. Artıq komandalar bir-birinə inamsızlığa görə danışığa getmir, kiminsə başqasını sata biləcəyindən ehtiyatlanaraq matçın nəticəsini öz aralarında həll edirlər. Hansısa komandanın futbolçuları kontorda pul qoyduqları nəticəni gətirmək üçün oynamaq yox, oynamamaq yolunu seçirlər. Müqavimət göstərməyib, rahatca qollar buraxıb, pul qoyduqları nəticələri təmin edirlər.
 
“Turan Tovuz”un bir çox matçdakı nəticələri şübhəlidi, hətta bəzi oyunlarla bağlı “rəvayətlər” gəzir. Çempion olandan sonra da elitaya yüksələ bilməyən bu klub bəlkə də dolanışığın yolunu tapıb. Məsələn, 2-ci turun “Xəzər”lə səfər matçı ilə bağlı şübhələr var. Hazırda 10 komanda arasında 8-ci olan debutant çempionu darmadağın edəcək səviyyədə deyil. Amma yekunda 4:0 hesabı qeydə alındı.
 
Bu oyundan qazanclı çıxanlar zəif komandanın qələbəsinə, “üst”ünə, eləcə də ikisinin birgə kombinasiyasına pul qoyanlar oldu. Matçın “Xəzər”in qələbəsi ilə “üst” gəlməsinin əmsalı təqribən 5-6 olardı. Bu isə qoyulan pulun 4-5 mislini qazanc kimi götürmək deməkdi. Bu nəticəni gətirmək qərb klubu üçün çətin olmadı - ilk yarıda 2 top buraxıb, qollardan birinin əvəzini çıxmağa cəhd etdilər. Bu, alınmayınca özləri qapını “açıq qoyub”, lazımi kombinasiyanı reallaşdırdılar. Matçın videoicmalına baxmaqla şübhələri əsaslandırmaq olur.
 
(davamı olacaq)
 
FƏRİD

 
tarix: 11-12-2017 08:56


 
Xəbər lenti
15.12.2018

02:15   “Selta” “Leqanes”lə “sülh bağladı”

01:47   “Volfsburq”dan “Nürnberq” üzərində inamlı qələbə

00:37   “Bursaspor”la "Göztəpə"dən heç-heçə

00:04   Avroliqada son turun ən yaxşı oyunçusu

14.12.2018

23:44  Halldorsson Londonda meydana çıxmasa da…

23:17  “Buranın havasını daha çox bəyəndim” - “Neftçi”nin yeni transferi

22:30  Rəşadın erməniyə hücumu - VİDEO

19:48  Avroliqanın finalı ilə bağlı daha bir görüş

18:34  “Neftçi” “Sumqayıt”la ilk oyuna hazırlığı başa çatdı

18:10  Qara Qarayev: “Azarkeşlərdən bayrağı aldım və yuxarı qaldırdım”

17:56  “Keşlə”nin qış hazırlıq planı məlum oldu

17:11  42 yaşlı rekordçu

16:40  ÇL-də həftənin ən yaxşı məlum oldu

16:00  “Neftçi” - “Sumqayıt” matçının biletləri satışda

15:23  “Sabah” da Türkiyəyə gedir

15:11  Moskva “Spartak”ından antirekord

14:57  Azərbaycan mətbuatı seçimini etdi: Qurban Qurbanov!

14:19  Avroliqada son turun rəmzi komandası açıqlandı

13:57  “Zenit” 5 il idi belə aqibətlə üzləşmirdi

13:16  Sampaoli Braziliya klubunda!

12:42  “Fənərbaxça”da yeni baş məşqçi - RƏSMİ

12:17  Avroliqada son turun ən yaxşı oyunçusu adına 4 namizəd

12:07  Edvinas: “Qarabağ”dan revanş almaq istəyirik” 

11:35  "Topaz": "Göztəpə" heç-heçə oynayacaqmı?

11:03  Azərbaycan kuboku: Cavab oyunlarının vaxtı açıqlandı

10:34  Azərbaycan yerində saydı - UEFA reytinqi

10:00  “eTopaz”da günün canlı oyunları

09:33  Avropa Liqasında 1/16 finalın bütün iştirakçıları

03:10  Qurban Qurbanov: “Daha yaxşı nəticələr qazana bilərdik”

02:55  “Qarabağ”ın oyununda erməni təxribatı - FOTO

02:20  Avropa Liqasında qrup mərhələsinə yekun vuruldu

01:54  “Qarabağ” “Arsenal”la yenə bacarmadı

01:29  Almeydalı “Astana” Avroliqa ilə vidalaşdı

01:14  “Qəbələ”nin “Sabah”la 3-cü dueli

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az