(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Şübhəli oyunlar: AFFA-nın xəlvəti cəzalandırdığı futbolçu

Şübhəli oyunlar: AFFA-nın xəlvəti cəzalandırdığı futbolçu

 
Tovuz klubu ilə bağlı növbəti xoşagəlməzlik 5-ci turda yaşandı. Hələ matç başlamamış qonaqların MOİK-ə bol qollu oyunda uduzacağı deyilirdi. Nəticə fərqli olmadı: “Turan Tovuz” hesabı açıb, sonra 2 top buraxdı. 2:1 olunca bütün “variantlar” işləyirdi – matç 1 gəlirdi, “üst” oynanılırdı, eyni zamanda “Topaz”da “101” deyilən kombinasiya reallaşmışdı. Bu zaman Əliyar Ağayev meydan sahiblərinin qapısına penalti təyin etdi. Oyunun 2:2 olması riskli idi, bu zaman meydan sahibləri yenidən qol vurmaya bilərdi və ya bunun təmin edilməsi üçün yaradılacaq fürsət daha ifşaedici olardı. Buna görə penalti nöqtəsinə yaxınlaşan Əziz Hüseynov onu nümayişkaranə surətdə kənara vurdu (videodan da görünür).
 
Bəlkə də səhv edirik. Ola bilsin, bu komandaların bacardığı, futbolçuların ustalıq səviyyəsi elə budur. Amma AFFA üçün araşdırma mövzusudu. Müvafiq  qurumlar, hüquq-mühafizə orqanları bu oyuna diqqət edəndə onu da unutmasın ki, tovuzluların “ştatlı” penaltivuranı komandanın bombardiri Elnur Səmədovdu. Mövsüm ərzində 2 belə zərbəni o yerinə yetirib, amma nədənsə “hərbçilər”lə görüşdə “nöqtə”yə başqası yaxınlaşıb.
 
Bu məsələdən AFFA-nın da xəbərdar olduğunu düşünürük. Çünki Əziz Hüseynov həmin oyuna kimi tovuzluların vazkeçilməz əsas heyət üzvü olub, hətta 6-cı turda da forma geyib. Amma ondan sonra onun adı hətta matçların protokollarına da daxil edilməyib. Penalti etibar ediləcək qədər əhəmiyyətli oyunçunu heyətdən uzaqlaşdırmaq təsadüf ola bilməz. Deməli, AFFA məsələdən xəbərdar olub, futbolçunun gizli cəzalandırılmasını təmin edib, lakin söz-söhbət olmasın, ictimai müzakirəyə çıxarılmasın deyə bu olaya rəsmi don geyindirməyib.
 
9-cu turda daha bir “klassika” – yenə eyni xətt, eyni koordinatlar. Bu dəfə də “Turan Tovuz” matçın “101” gəlməsi üçün hər şey edib. “Zaqatala”yla səfər görüşündə 3:1 hesablı məğlubiyyəti qonaqların özünün istədiyindən şübhələnməyə dəyər. Böyük əmsalın gəlməsi həm də ona görə şübhəlidi ki, bu, zaqatalalıların mövsümdə ilk, 13 tur ərzində yeganə qələbəsidi.
 
“Turan Tovuz”la “Mil Muğan”ın bu mövsüm baş tutan hər iki oyunu şübhəlidi. Rəqiblərin həm İmişlidə, həm də Tovuzda 1:1 hesabına razılaşması mümkün sövdələşmədə hər iki tərəfin iştirakından şübhələnməyə əsas verir. Çünki burada söhbət rəqibin qələbəsini təmin edəcək könüllü məğlubiyyətdən yox, konkret hesabdan gedir.
 
Oyunların ssenarisi də onların qumara qoyulmasından şübhələnməyə əsas verir. 3-cü turda baş tutan matçda qollar 4 və 14-cü dəqiqədə vurulmuşdu. Qalan vaxt üçün “qol olmayacağ”ına yatırılan pullar böyük qazanc gətirə bilər, çünki bu, təmin edilib.
 
12-ci turda İmişlidəki oyun isə fərqli ssenariylə keçib. İkinci hissənin əvvəlində meydan sahibləri hesabı açıb, son saniyələrdə qonaqlar 1:1-I təmin edib. Həmin vaxt bərabərliyin təmin edilməsinin əmsalı minimum 14-15 olub.
 
Təbii ki, futbolda son dəqiqə qolları çox olur və hamısından şübhələnmək doğru deyil, təsadüf də ola bilər. Lakin söhbət “məşhur” klubdan gedirsə, adamın dalağı sancır.
 
(davamı olacaq)
 
FƏRİD

 
tarix: 11-12-2017 12:13


 
Xəbər lenti
17.01.2018

03:00   “Lester”lə “Vest Hem” də növbəti mərhələyə vəsiqə qazandı

02:46   Çempion yenə xal itirdi - VİDEOLAR

02:16   “Sürix”lə matç öncəsi son məşq

01:12   “Fənərbaxça” 1/4 finalda, “Bursaspor”la “Trabzonspor” dayandı

00:24   Divizion təmsilçilərinin duelində 3 qol - VİDEO

16.01.2018

23:32  Mustafa Dənizli Azərbaycan klubu ilə razılığa gəldi

22:31  “Sürix”lə ikinci sınaq - VİDEO

20:36  “Qarabağ” “Kuban”la oyuna hazırdı

19:20  Rəşad Sadıqovdan uğurlu debüt

18:54  “Qarabağ” dünyanın 100 ən güclü klubu sırasında

18:33  “Kəpəz” daha 3 transferi rəsmən açıqladı - FOTO

18:11  “Çempionatın startına kimi tam hazır olmağa çalışacağıq” - VİDEO

17:50  “Neftçi” futbolçusu ilə müqaviləyə xitam verdi

17:31  “Sabah” “Binə”yə qalib gəldi

17:11  “Qəbələ” - “Sürix” matçının başlama saatı açıqlandı

16:47  Prosineçkidən Şehiç açıqlaması

16:23  Millimizdən 6 qolluq qələbə

16:00  Sergey Litovçenko “Kəpəz”i seçməsinin səbəbini açıqladı

15:45  Türkiyə klubu Mahirə olan borcunu ödəmədiyi üçün cəzalana bilər

15:17  “Kəpəz” iki legionerlə müqavilə imzaladı

14:27  Fransa millimizlə oyuna 14 futzaçı ilə hazırlaşacaq

14:07  “Neftçi” 2 dövrənin antirekordçusudu

13:54  Rəqib baş məşqçi yekun heyəti açıqladı

13:08  Stadionda faciənin qarşısı alındı - FOTO

12:19  “Azərbaycan millisinə qiymət vermək çətindi”

11:55  UEFA Superkuboku üçün 9 namizəd

11:41  “Sumqayıt” Divizionun liderinə belə qalib gəldi - VİDEO

11:20  “Zirə” - “Keşlə” matçının məkanı bəlli oldu

11:00  “eTopaz”da günün canlı oyunları

10:27  Futbolçunu vuran hakim cəzalandı, qərarı ləğv olundu

10:00  “TOPAZ”DA BU GÜN

09:36  Büdcəni aşan komitəyə “qulaqburma”

09:28  AFFA-nın yalanı: hollandlar razılıq verməyibmiş

09:24  Erməni məşqçiyə ömürlük cəza

09:12  Aleksandr İaşvili: “Razılaşmamız rəsmi xarakterli deyildi”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az