(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Şübhəli oyunlar: “Binə”, “Mil Muğan” və başqaları

Şübhəli oyunlar: “Binə”, “Mil Muğan” və başqaları

 
13-cü turun “Ağsu” – “Turan Tovuz” qarşılaşmasına da diqqət edilməlidi. Bu komandaların ilk dövrədəki oyunu da 3:2 hesabıyla bitmişdi, lakin Ağsudakı oyun “gülməlidi”. Əsgər Abdullayevin yetirmələri yenə matçın 1, “üst” və “101” gəlməsi üçün hər şey edib. Bundan başqa, qarşılaşmanın ilk yarısının qonaqların, ümumi matçın ev sahiblərinin qələbəsi ilə başa çatmasının əmsalı fantastik olur. Matçın gedişində buna “stavka” edilməsi də böyük qazanclar gətirir. Təsəvvür edin, sona 19 dəqiqə qalmışa kimi qonaqlar üstün tərəf olur və bu zaman “Ağsu”nun qələbəsi canlı mərcdə minimum 35-40 olur. Və… 10 nəfərlə qalan meydan sahibləri rəqibin könüllü təslim olmasından faydalanır.
 
Rəqib meydanında həmişə bol qollu oyunlarda məğlubiyyətləri sıralayan tovuzluların 7-ci turda səfərdə “Binə”ni yenməsi də qəribə qarşılanmadı. Düzdü, bu oyunun qəribə ssenarisi yoxdur, lakin tərəflərin qarşılıqlı razılaşması haqda söz-söhbət gəzir. Qəsəbə klubunun kubokda “Kəpəz”ə bilərəkdən böyük hesabla uduzması haqda da şaiyələr var. 1/8 finalda kubok matlarının 7-nin “üst” gəlməsi və Premyer Liqa komandalarının üstün olması şaiyələrə inanmamağa rəvac verir. Lakin bu matçın “101”-nə böyük əmsal verilməsi, üstəlik, qolların hamısının son 24 dəqiqədə vurulması adamın beynini qurdalayır.
 
“Binə”ylə bağlı şaiyələr bununla yekunlaşmır. Eşitdiyimizə görə, qışda komandanın heyəti ciddi şəkildə zəifləyəcək. Hazırda 2-ci pillədə olan komandanın bu aqibətlə üzləşməsinin səbəbi isə rəhbərliyin xərcə düşmək istəməməsidi. Vaxtilə “Şərurspor”da olduğu kimi, bu komandanı yaradanlar da kontorlar vasitəsi ilə pul qazanıb, yaşamağa davam etmək istəyirmiş. Lakin oyunlara ciddi nəzarət edilməsindən sonra onlar istədiyi kimi əl-qol aça bilmir. Bu səbəbdən heyəti zəiflədib, daha az ödənişli oyunçularla mövsümü başa vurmaq istəyirlər.
 
“Turan Tovuz” və “Bunə”ylə yanaşı, oyunları ən çox müzakirə olunan 3-cü komanda “Mil Muğan”dı. Bu komanda heç-heçəni xoşlamır, daim kiminsə dəqiq qələbəsinə oynayır. İmişlilərin şübhəli “Turan Tovuz”la şübhəli 2 bərabərliyindən başqa, belə nəticəsi yoxdu – ya özü, ya da rəqibləri 3 xal qazanır. Nəticələr də çox maraqlıdı. “Mil Muğan” 1:1-lərin qeydə alındığı oyunlardan başqa, ilk 2 turda, bir də 10-cu turda “alt” oynayıb. Qalan matçların ikisi “üst”, beşi “4+”, biri “7+” gəlib. Mərc oyunları ilə maraqlananlar bu kombinasiyanın nə olduğunu, hansı əmsallarla ölçüldüyünü yaxşı bilir.
 
Maraqlıdı ki, komanda tovuzlularla heç-heçələrə razılaşdığı halda, 5 matçda rəqibin “üst”lə qalib gəlməsinə səbəb olub. Bu oyunların satılmış, danışılmış və ya razılaşdırılmış olduğunu iddia etmirik. Lakin ciddi şübhələrimiz var, AFFA araşdırsa, yaxşı olar.
 
Eyni sözləri son turun “Sabah” – “Şüvəlan” matçı haqda da demək olar. Meydan sahibləri 2 və 28-ci dəqiqələrdə vurduğu qollarla qələbəyə yaxın olduğu bir zamanda Tərlan Qasımzadənin hərəkətləri şübhəli görünür. Düzdü, bu komandaların adı qalmaqallarda çəkilmir, lakin “Sabah”ın qapıçısı sanki bu oyunda oyunun “üst” gəlməsi üçün hər şey edir. Matçın videosuna baxanda belə təəssürat yaranır. Bir neçə dəfə cərimə meydançasında bilərəkdən uğursuz oynayan Qasımzadə sanki oyunda 3-cü qolun vurulmasına cəhd edir. O, istəyinə yalnız 88-ci dəqiqədə çatır. Rəqibin zərbəsindən sonra aşkar şəkildə kənara gedən topu qaytaran qapıçı onu ötürmə verirmiş kimi, rəqib futbolçunun önünə atır və 2:1.
 
Bəlkə də futbolçuları qınamaq olmaz. “Turan Tovuz” çempion olub Premyer Liqaya yüksələ bilmirsə, futbolçular 200-300 manata futbol oynayırsa, onlar üçün stimul, hədəf qalmır. Belədə işbazlar ortaya çıxır və onları çirkli oyunlara çəkirlər. O da düzdü ki, bu, bəhanə ola bilməz, insan şərəfli yaşamalıdı.
 
(davamı olacaq)
 
FƏRİD

 
tarix: 11-12-2017 16:01


 
Xəbər lenti
23.09.2018

00:59   “Atletiko” səfərdə, “Real” evdə sevindi

00:48   “Lill” “Nant”ı məğlub yola saldı

00:34   “İnter”ə 1 qol bəs etdi

00:27   “Bavariya”dan qələbə, “Borussiya”dan xal itkisi

00:09   MY büdrədi, “Liverpul”la MS darmadağına sevindi

22.09.2018

23:52  “Trabzonspor” “Göztəpə”yə uduzdu

23:28  “Zirə” - “Neftçi” matçında 3 qol - VİDEO

23:12  Samir Abasov: “Bəzi oyunçularımızdan xeyli narazıyam”

22:59  Roberto Bordin: “Peşmanam”

22:26  “Neftçi” “Zirə”yə də qalib gəldi

22:04  “Səbail”lə “Sabah”dan heç-heçə - VİDEO

21:25  Bordinlə Abasov qovuldu

21:05  Aftandil Hacıyev: “Oyunumuzda inkişaf var”

20:54  Elşad Əhmədov: “Bizə qol vursaydılar, işimiz çətin olardı”

19:22  “Sumqayıt”ın stadionunda son durum - FOTOLAR

18:24  Paşayevsiz “Aleksandriya” yenə məğlub oldu

17:54  Azərbaycan millisindən biabırçı məğlubiyyət

16:52  Ziya Əzizovsuz qələbə

16:15  Tural oynadı, “Yonava” 1 xal qazandı

15:22  “Qarabağ” - “Arsenal” oyununa neçə bilet satılıb?

15:03  “Qəbələ”nin “Şerif”lə oyunlarının vaxtı müəyyənləşdi

14:33  Maksim Medvedevin durumuna aydınlıq gəldi

14:05  Braziliya millisinin əfsanəvi kapitanı Bakıya gəlir

13:54  Ermənistan yığması baş məşqçisiz qaldı

13:05  Ünal Karamandan Ramil Şeydayev açıqlaması

12:38  “Qarabağ”la “Qəbələ”nin 48-ci dueli

11:30  “eTopaz”da günün canlı oyunları

11:00  Qurban Qurbanov FIFA-nın tədbirinə qatılmaqdan imtina etdi

10:49  İlk oyundan qol səsi çıxmadı

10:30  Dadaşov “fərqləndi”, komandası darmadağınla qalib gəldi

10:00  “TOPAZ”DA BU GÜN

09:00  Emin Abbasov yeni vəzifədə

01:11  “Monako” ev oyununda xal itirdi

00:57  “Hueska” “Real Sosyedad”la bacarmadı

00:39  “Empoli” hesabı açmasına peşman oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az