(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Şübhəli oyunlar: Premyer Liqada da könüllü təslim olanlar var

Şübhəli oyunlar: Premyer Liqada da könüllü təslim olanlar var

 
İndiyəqədərki qeydlərimiz yalnız divizion klubları ilə bağlı olub. Lakin danışılmış oyunlar qalmaqalını aşağı dəstə səviyyəsində müzakirə etmək istəmirik. Ortada “Keşlə” nümunəsi var. Bütün şübhələrin üstü Premyer Liqa klubundakı əməllərə görə açılıbsa, əsas araşdırma da elə burada aparılmalıdı.
 
Maraqlıdı ki, elitada da əksər şübhəli matçlarda könüllü məğlubiyyətlər müzakirə mövzusudu. Klublar danışığa getməyə, birgə iş görməyə həvəsli olmayıb, 7 oyunda öz məğlubiyyətinə pul qoyub, “oynayan” “Keşlə” futbolçuları kimi davranıblar.
 
“Keşlə”nin bu mövsüm üçün əsas şübhəli oyunlarından birincisi “Səbail”lə qarşılaşmadı. Şaiyələrə inansaq, UEFA-dan gələn siqnallarda 9-cu turda baş tutan və debütantın 1:0 hesabıyla qalib gəldiyi görüşdə “Keşlə”nin məğlubiyyətinə fantastik məbləğlər qoyulub. Gürcüstan və Ukraynadakı ofşor hesablar vasitəsi ilə Çin, Malayziya və İndoneziya kontorlarında bu oyuna çox böyük pul qoyuluşları edilib.
 
10-cu turun “Keşlə” – “Kəpəz” (0:2) matçı da belə oyunlardandı. Gəncəlilərin 2 qələbəsi var və hər ikisi şübhəlidi. “Kəpəz” hər 2 matçda səfərdə və eyni hesabla sevinib. Bakılılarla oyunda edilən “stavka”larla bağlı “Keşlə”nin “ilişən” oyunçularının sayəsində bəzi etirafların olduğu deyilir. “Kəpəz”in 7-ci turda “Qəbələ”ni yenib 11.00 əmsalını gətirməsi də möcüzəli nəticə idi. Bildiyimizə görə, “Qəbələ” rəsmiləri bu oyunun araşdırılması üçün təcili olaraq, ölkə xaricinə yollandı, amma hansısa fakt əldə edə bilmədi.
 
“Kəpəz”lə bağlı şübhələr çoxdu. Qalib gəldiyi 2 oyunda (üstəgəl, “Binə”ylə kubok matçı) komandanın hansısa əyri işi olmasa da, bunu məğlubların təşkil etdiyi deyilsə də, digər 2 şübhəli matç fərqlidi. 13-cü turun “Qəbələ”yə qarşı ev oyunu Gəncə futbolu tarixində qara ləkədi. 1:6 hesabının “7+” gətirilməsi üçün bir qrup futbolçu tərəfindən planlaşdırıldığı haqda söz-söhbət gəzir. Təbii ki, yenə faktdan yox, şübhədən danışırıq, qoy, AFFA araşdırsın.
 
14-cü turun “Sumqayıt”la oyunu (0:3) barədə də futbol ictimaiyyətində ciddi şübhələr var. Evdə bütün komandalara dirənən, ən çoxu 2 top buraxan gəncəlilər “Sumqayıt”a asanlıqla yenildilər. Rəqibin “üst”lə qələbəsinin əmsalı yəqin ki, bu oyuna pul qoyanları 3-4 misli qədər varlandırdı. Bu matça yüklənmə o qədər çox olub ki, Gürcüstan kontorlarında oyun 2-ci hissədə proqramdan çıxarılıb. Növbəti qolu da qonaqların vuracağına yüklənmə olduğu üçün…
 
Eyni hadisə “Neftçi” – “Keşlə” oyununda (3:1) da yaşanıb. 13-cü turun bu matçında da hesab 2:1 olduqdan sonra yüklənmə səbəbi ilə bu görüşə pul qoyuluşu dayandırılıb. Oyunun meydan sahiblərinin qələbəsi ilə, eyni zamanda “üst” bitəcəyi ilə bağlı xeyli pul qoyuluşu olub. Canlı “stavka”da isə müxtəlif mənbələrdən böyük məbləğlər 4-cü qolu məhz “Neftçi”nin vuracağına yatırılıb. Bu yüklənmədən narahat olan kontorlar oyunu proqramdan çıxarıb, UEFA-ya anında məlumat verilib.
 
Bildiyimizə görə, daha öncə eyni ssenari 11-ci turun “Sumqayıt” – “Keşlə” (3:1) matçında da yaşanıb. Ardıcıl bir neçə oyunda “Keşlə”nin “101”-ə töhfə verməsi (rəqibin “üst”lə qalibiyyəti) həm kontorların, həm də UEFA-nın diqqətini çəkib, AFFA-ya xəbərdarlıq gəlib. Digər yandan “Keşlə” rəhbərliyinin də paralel apardığı araşdırma beynəlxalq qurumların siqnalları ilə üst-üstə düşüb və nəticədə saxtakarlığın üstü açılıb. Nizami Hacıyev, Mirhüseyn Seyidov və Ağakişi Mehdiyevin etiraflarından sonra isə prosesin davam etdirilməsi zərurəti yaranıb.
 
Göründüyü kimi, 10 komandalı I divizion və 8 komandalı Premyer Liqada saysız-hesabsız problem var. Ölkə futbolu bir növ qumar meydanına çevrilib. Buna görə ilk növbədə AFFA-nın baş katibi Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev cavab verməlidi.
 
Musayev çempionatların təşkilinə cavabdeh şəxs kimi məsuliyyət daşıyır. Deməli, haradasa boşluq var və ya nəzarət istənilən səviyyədə deyil. Sabiq polisin bu biabırçılıqların qarşısını almaq, onları üzə çıxarmaq, şübhələrini çatdırıb, araşdırma başlatmaq həm də vəzifə borcudu.
 
Məmmədovun məsuliyyəti isə daha çoxdu. Əvvəla, ona görə ki, futbol təsərrüfatının idarəçiliyi birbaşa Elxan bəyin əlindədi. Onun müvafiq komitə və komissiyaları UEFA-dan siqnal gəlməmiş bir çox nöqsanların üstünü açmalıydı. Və ən önəmli fakt - şübhəli bilinən klubların əksərinin Müşahidə Şuraları tərəfindən idarə olunması və AFFA-dan maliyyələşməsidi. “Turan Tovuz”, “Mil Muğan”, “Kəpəz”, “Keşlə”...
 
Bəlkə elə bu işdə AFFA özü maraqlıdı? Bütün klubların bir əldə cəmləşməsi, həm də lazım gələndə onların istənilən nəticə üçün “proqramlaşdırılması” üçün…
 
FƏRİD

 
tarix: 11-12-2017 18:33


 
Xəbər lenti
23.09.2018

00:59   “Atletiko” səfərdə, “Real” evdə sevindi

00:48   “Lill” “Nant”ı məğlub yola saldı

00:34   “İnter”ə 1 qol bəs etdi

00:27   “Bavariya”dan qələbə, “Borussiya”dan xal itkisi

00:09   MY büdrədi, “Liverpul”la MS darmadağına sevindi

22.09.2018

23:52  “Trabzonspor” “Göztəpə”yə uduzdu

23:28  “Zirə” - “Neftçi” matçında 3 qol - VİDEO

23:12  Samir Abasov: “Bəzi oyunçularımızdan xeyli narazıyam”

22:59  Roberto Bordin: “Peşmanam”

22:26  “Neftçi” “Zirə”yə də qalib gəldi

22:04  “Səbail”lə “Sabah”dan heç-heçə - VİDEO

21:25  Bordinlə Abasov qovuldu

21:05  Aftandil Hacıyev: “Oyunumuzda inkişaf var”

20:54  Elşad Əhmədov: “Bizə qol vursaydılar, işimiz çətin olardı”

19:22  “Sumqayıt”ın stadionunda son durum - FOTOLAR

18:24  Paşayevsiz “Aleksandriya” yenə məğlub oldu

17:54  Azərbaycan millisindən biabırçı məğlubiyyət

16:52  Ziya Əzizovsuz qələbə

16:15  Tural oynadı, “Yonava” 1 xal qazandı

15:22  “Qarabağ” - “Arsenal” oyununa neçə bilet satılıb?

15:03  “Qəbələ”nin “Şerif”lə oyunlarının vaxtı müəyyənləşdi

14:33  Maksim Medvedevin durumuna aydınlıq gəldi

14:05  Braziliya millisinin əfsanəvi kapitanı Bakıya gəlir

13:54  Ermənistan yığması baş məşqçisiz qaldı

13:05  Ünal Karamandan Ramil Şeydayev açıqlaması

12:38  “Qarabağ”la “Qəbələ”nin 48-ci dueli

11:30  “eTopaz”da günün canlı oyunları

11:00  Qurban Qurbanov FIFA-nın tədbirinə qatılmaqdan imtina etdi

10:49  İlk oyundan qol səsi çıxmadı

10:30  Dadaşov “fərqləndi”, komandası darmadağınla qalib gəldi

10:00  “TOPAZ”DA BU GÜN

09:00  Emin Abbasov yeni vəzifədə

01:11  “Monako” ev oyununda xal itirdi

00:57  “Hueska” “Real Sosyedad”la bacarmadı

00:39  “Empoli” hesabı açmasına peşman oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az