(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Bobo” təkzib edir: “Xəbərçi deyiləm, sadəcə, səhvim olub”

“Bobo” təkzib edir: “Xəbərçi deyiləm, sadəcə, səhvim olub”

AFFA-nın futboldan ömürlük diskvalifikasiya etdiyi Ağakişi Mehdizadə bu gün redaksiyamıza müciət etdi. O, “Futbolinfo”da oxuduğunuz yazıya görə narahat idi.

O, saytımızda gedən “Bobo”nun siyahısı: “Səbail” və məşhur veteranımız da “zibildədi” sərlövhəli yazıdan narazı idi. Ağakişi əsasən də onun AFFA-ya danışılmış oyunlarda iştirak edənlərlə bağlı siyahı verməsiylə bağlı qeydlərlə razılaşmır.

Qarşı tərəfin fikrinə hörmət bəslədiyimizdən “Bobo” ləqəbli məşqçi-metodistə tribuna verdik: “Cəzanı veriblər, səbəbini AFFA-dan öyrənin. Mənə məsləhət veriblər ki, bu barədə danışma. O zaman futbola qayıtmaq şansın daha çox olar. Özləri araşdırır. Mən bu məsələlərdə birbaşa iştirak etməmişəm. Heç bir bukmeker kontoru ilə əlaqəm yoxdu və olmayıb da. Kimsə mənə sübut gətirsə, özümü asaram”.

Bəs, sübut yoxdursa, ehdiyev niyə cəzalanıb: “Mənə deyiblər ki, niyə filankəslərin bu işlə məşğul olduğunu deməmisən. Bəli, kimlərinsə, qara işlərlə məşğul olduğunu bilmişəm, xəbərim olub, deməmişəm. Və yalnız bir oyunla bağlı belə bir şey olub – o da “İnter”də işləyəndə. Bir oyunda nələrinsə olacağını bilmişəm, heç kimə deməmişəm. Bilə-bilə deməməyim cinayəti gizlətmək sayılıb. İndi də onun cəzasını çəkirəm. Kaş mənə 1 illik həbs verərdilər, amma futboldan ömürlük cəzalandırmazdılar. Yeganə qazanc yerim olan sahədən kənarda qalmışam”.

“Bobo”nun dediyinə görə, “Neftçi”də onu hər şey qane edirmiş: “Normal işimi görüb, məvacibimi alırdım. Problem əvvəlki klubum “İnter”lə bağlıdı. Hadisələrdə iştirakım olmayıb, sadəcə, bilmişəm. Buna görə də səhv etdiyimi boynuma alıram, cəzalanmalıydım. Mən qorxmuram, qoy, AFFA açıqlasın ki, niyə cəzalanmışam. O səhvə görə ömürlük diskvalifikasiya olmamalıdı”.

Mehdiyev araşdırmanın gedişində hansısa siyahı vermədiyini deyir: “Məni hüquq-mühafizə orqanlarına çağırmayıblar. Sadəcə, AFFA-da olmuşam və bildiyimi izahatda yazmışam, heç bir siyahı verməmişəm. Hər şeyi bilsəydim, nə vardı ki? Hamısı dedi-qodudu. Mətbuatda anamın yunan əsilli gürcü olduğu yazılır. Cəfəngiyyatdı. Ağdamlı nəvaxtdan yunan olub? Atam ağdamlıdı, anamı yunan əsilli kimi təqdim edirlər, halbuki azərbaycanlıdı – Sevda Mehdiyeva. Atam maşın işinə baxır, indi işləri yoxdu, anam, yoldaşım işləmir, balaca qızım var. Evə pulu bircə mən gətirirəm. Kontorlarla əlaqəm olsaydı, nə vardı ki, indi hər şeyim olardı. Siyahıya gəlincə, mən xəbərçi deyiləm, heç bir siyahı da verməmişəm. Zərərçəkənəm, səhvim olub, amma ömürlük diskvalfikasiya ediləcək qədər günahkar deyiləm. AFFA-da 3 dəfə olmuşam - çağırıblar, izahat yazmışam, sonra qərar açıqlananda, bir də apellyasiya şikayəti verəndə. Apellyasiya ərizəsi üçün də özləri çağırıb. Nə siyahı? Siyahı verən olsam, elə “İnter”də bildiyimi deyib, indi bu cəzayla üzləşməzdim. Əsgərlikdə də belə məsələlərə pis baxmışam, heç vaxt xəbərçatdıran olmamışam”.

“Bobo” günahını etiraf edir, lakin futbolçular kimi ömürlük cəzalanmasıyla barışmır. O, “İnter”dəki məlum səhvindən başqa, hər hansı məlumatı olmadığını deyir. Mehdiyev ümid edir ki, AFFA bunu nəzərə alaraq, onun cəzasını azaldacaq.


 
tarix: 14-12-2017 17:54


 
Xəbər lenti
21.10.2018

11:58   Azər Əliyevin klubundan “Rubin”lə heç-heçə

10:57   İsrafilovlu “Alkorkon”un növbəti qələbəsi

10:45   Bordinin “Neftçi”sini dayandırmağın resepti

10:30   Ufuk Budak oynadı, “Boluspor” qalib gəldi

10:15   Dənizin komandasından ilk xal itkisi

10:00   “eTopaz”da günün canlı oyunları

09:51   “Səbail” güldürmək istədi

09:33   “Qarabağ”ın rəqibindən kubok matçında qələbə

09:07   “Sumqayıt” “Sabah”a, “Keşlə” “Zirə”yə qarşı - YENİLƏNİR

09:00   GÜNÜN SUALI: Bu qədər səhvin səbəbi nədir?

08:30   Karikari: “Azarkeşlərimizi üzdüyümüzə görə çox məyusuq”

08:01   Emin Mahmudov: “Təəssüf ki, bu gün oyunumuz alınmadı”

01:12   Almeyda oynadı, “Astana”…

00:50   “Real” yenə uduzdu, “Barselona” vahid lider oldu

00:31   “Yuventus”dan ilk xal itkisi, “Napoli”dən darmadağın

00:01   PSJ-dən darmadağın, Anrili “Monako”dan ilk oyunda məğlubiyyət

20.10.2018

23:42  “Fənərbaxça” səfərdə xal itirdi

23:31  “Qarabağ”ın rəqibi Bakı səfəri öncəsi məğlub oldu

23:22  Allahın hədiyyəsi?

23:19  Ruslan Qurbanov: “Heç bir komandaya belə halla üzləşməyi arzulamıram”

23:09  “Borussiya” darmadağına, “Bavariya” inamlı qələbəyə sevindi

23:03  Texniki səhvin yox, təzyiqin Qurbanı

22:46  İddialılardan qələbə, MY və “Çelsi”dən heç-heçə

21:59  “Qarabağ” - “Səbail” matçında tək qol - VİDEO

21:49  Qurban Qurbanov: “Futbolçuların əziyyətinə heyfim gəlir”

21:27  Aftandil Hacıyev: “Bu, Allahın bizə verdiyi hədiyyədi”

21:01  “Qarabağ”a texniki məğlubiyyət veriləcək

21:00  GÜNÜN NİDASI: Heydər Əliyevin adını daşıyan stadion boş qalmamalıdı!

20:56  “Qarabağ” “Neftçi”nin məğlubiyyətindən maksimum yararlandı

20:22  “Qəbələ” “Neftçi”ni 3 qolla üstələdi - VİDEO

20:07  “Məğlubiyyətlər bizi təngə gətirmişdi”

19:48  Bordin: “Məğlubiyyətdən nəticə çıxarmalıyıq”

19:13  “Sabah” yeni transferini təqdim etdi

17:19  Şeydayevə yenə də şans verilmədi

16:44  Qurban Qurbanov U-17-nin üzvləri ilə görüşdü - FOTO

15:50  Türkiyəli məşqçidən Azərbaycana təbrik - FOTO

15:37  “Neftçi”nin futbolçusu: “Santos”da oynamaq istərdim”

15:00  GÜNÜN XATIRLATMASI: 22 komandadan 17-si Bakıda məskunlaşıbsa...

12:55  “Hələ “Qarabağ”ı təhlil etməmişik”

11:29  “Topaz”ın şənbə proqramı: 374 matç!!!

11:06  Karikari: “Çempionluq yolunda əsas rəqibimiz “Qarabağ” görünür”

10:41  “Qarabağ”ı məğlub edə bilərik”

10:17  “Keşlə” ilə “Zirə”nin sabahı da yoxdu

10:00  “eTopaz”da günün canlı oyunları

09:46  "Mançester Yunayted"ə gecikmə cəzası

09:23  Ayaz Quliyevli “Rostov” “Lokomotiv”ə uduzdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az