(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
“Qarabağ”ın məğlubiyyəti, yoxsa “Sumqayıt”ın qələbəsi?

“Qarabağ”ın məğlubiyyəti, yoxsa “Sumqayıt”ın qələbəsi?

Bu nəticəni təkcə “Qarabağ”ın uğursuzluğu kimi qələmə vermək olmaz. Ağdamlıların ölkə kubokunda yarımfinaldan kənarda qalmasının səbəbkarı var. “Sumqayıt” bu mövsüm oynadığı baxımlı futbolla bu nəticəyə layiq idi.
 
Samir Abasov ¼ final matçlarında komandanın başında deyildi. Dostlar zarafatla “Sumqayıt”ın bu səbəbdən “Qarabağ”ı yendiyini dilə gətirir. Təbii ki, bu, sadəcə, məzəli təsadüfdü, “Sumqayıt”da bu futbolu, bu üslubu Abasov tətbiq edir və uğur birbaşa onun, eləcə də seçdiyi futbolçu və məşqçi heyətinindi.
 
İlin sensasiyasıdı. “Qarabağ” hətta ilk oyundakı qələbəyə rəğmən, üstünlüyünü qoruya, mərhələ keçə bilmədi. “Sumqayıt”ı alqışlamaq lazımdı – komanda həm də Avropa Liqasına kubokdan qazanılacaq vəsiqənin qiymətini qaldırdı. Daha aşkar favorit yoxdu və 4 iddiaçının hamısı son anadək döyüşəcək.
 
Bu matç həm də onu göstərdi ki, komandaları ümumi səviyyəsinin aşağı olması favoritlərə də təsir edir. Adlı-sanlı futbolçular rəqabətsizlikdən enişə düşür və birdən-birə ölüm-dirim matçına çıxmış komandalar önündə ağ bayraq qaldırır. “Qarabağ” üçün ən uğursuz, “Sumqayıt” üçünsə ən uğurlu gündə belə nəticələr də reallaşır.
 
“Qarabağ”ın baş məşqçisi Qurban Qirbanov heyətə bir daha diqqət yetirmək üçün bu matçı unutmayacaq. Heyət nə qədər geniş olsa da, Dino Ndlovu, Bədavi Hüseynov, Rəşad Sadıqov, Riçard Almeyda, Maksim Medvedev, Ansi Aqolli kimi futbolçuların layiqli əvəzedicisi yoxdu. Bəlkə də Dino və Riçardın oynadılmaması məşqçinin ehtiyatsızlığı idi, lakin heyətdəkilər də sıradan oyunçular deyildi. Normal şərtlərdə Miçel Madeyra, Danu Kintana, Əfran İsmayılov, Pedro Enrike, Qara Qarayev və başqaları da raharca mərhələni təmin etməliydilər. Lakin onlar məzuniyyətə bu matçdan öncə gediblərmiş...
 
Yakub Jezniçak hər iki matçda ciddi səhvə yol verdi. Düzdü, heç kim səhvdən sığortalanmayıb, lakin polşalı son aylarda belə xətaları çox edir. Müdafiənin mərkəzində ciddi kadr çatışmazlığı olmasaydı, bəlkə də Qurban bəy elə bu gün onun miletini kəsərdi.
 
Ən vacibi bu soyuq duşdan necə çıxmaqdı. “Qarabağ” oyunu soyuq başla analiz etməli, nə radikal qərar verməməli, nə də yüngül qəzaymış kimi bu matçın üstündən keçməməlidi.
 
Sumqayıtlılar isə bayrama layiqdi. Tarixində ilk dəfə buraya qədər irəliləyən klubu təbrik etmək lazımdı. Qaliblər mühakimə olunmur. Seymur Rəhimovun Samir Abasovun yoxluğunun hiss etdirmədiyi gecədə bütün komanda mərhələni keçməyi rəqibdən daha çox istəyirdi və buna nail oldular.
 
CAVAD

 
tarix: 15-12-2017 21:59


 
Xəbər lenti
18.01.2018

03:02   “Çelsi” penaltilərlə mərhələ adladı

02:30   PSJ-dən 8 cavabsız qol - VİDEOLAR

02:14   “Barselona” səfərdə, “Atletiko” evdə uduzdu - VİDEOLAR

01:55   Yevgeni Kaleşin: “Hər kəs “Qarabağ”ın bu hərəkətini alqışladı”

01:42   “Qəbələ” - “Sürix” matçından FOTOLAR

01:14   “Başakşəhər” dayandı, “Beşiktaş” 1/4 finalda

00:38   “Arsenal”ın hücumçusu rəsmən “Everton”da - FOTO

17.01.2018

23:50  Arazlı “Anortosis” Kipr kubokunun 1/4 finalında

22:35  “Neftçi” Türkiyədə ilk məşqə çıxdı - FOTOLAR

22:00  “Neftçi” artıq Antalyadadı - VİDEO

21:31  Fərid Nəbiyevin dublu “Slaviya”ya qələbə qazandırdı

20:55  Qurban Qurbanov: “Belə sürətli oyun gözləmirdim”

20:48  Qriqorçuk: "Rəqib yaxşı məşq etməyimizə səbəb oldu"

19:48  “Qarabağ” ilk sınağında heç-heçəyə razılaşdı - VİDEO

19:22  “Qarabağ”dan feyr-pley nümunəsi: Mədətov penaltini kənara vurdu - VİDEO

18:22  “Qəbələ” “Sürix”ə uduzdu

17:49  Maksimov həmyerlisini özünə köməkçi gətirdi

17:23  “Keşlə” yeni transferlərini açıqladı - FOTOLAR

17:02  “Qarabağ” oyun günü məşq etdi

16:45  Ansi Aqolli: “Qarabağ”ın əsas devizi intizam və peşəkarlıqdı”

15:43  İki dövrəyə qısa baxış

15:27  Nazarovun komandası yenə uduzdu

15:05  Şehiç: “Qarabağ”ı və məni qane edəcək təklif olsa..."

14:31  “Azərbaycandan əla təklif almışam”

14:18  Yunis Hüseynov: “Azərbaycana gələn nə Messi olur, nə də Ronaldo”

14:06  AFFA-dan daha bir texniki məğlubiyyət

13:55  Millimiz beynəlxalq turnirdə iştirak edəcək

13:27  Elxan Məmmədov: “Rəşad Sadıqovun “Qarabağ”da da çalışmasının əleyhinə deyilik”

12:45  “Sumqayıt” - “Səbail” matçının başlama saatı açıqlandı

12:11  Millimizə daha bir futbolçu qoşuldu

11:21  Liqa 1-dən Bundesliqaya

11:00  “eTopaz”da günün canlı oyunları

10:51  Prosineçkinin Azərbaycanda gördüyü fərq

10:34  “Neftçi” bu futbolçuları Antalyaya apardı (SİYAHI)

10:27  Futbolçu dopinqdə ilişdi - 1 illik cəza

10:14  Paraqvaylı yarımmüdafiəçi rəsmən "Neftçi"də

10:00  “TOPAZ”DA BU GÜN

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az