(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Neftçi”nin göndərəcəyi oyunçuların siyahısı

“Neftçi”nin göndərəcəyi oyunçuların siyahısı

“Neftçi” qış fasiləsində heyətini xeyli dəyişəcək. Bakılılar artıq vidalaşacağı futbolçuları müəyyənləşdirib.
 
Müqaviləsi bitən Pavel Dreksanı yola salan rəhbərlik, Matey Mujeklə də vidalaşır. Baş məşqçi Tərlan Əhmədovdan şans qazanmayan sol cinah müdafiəçisi Qazaxıstandan təklif alıb və onunla anlaşma qarşılıqlı razılıqla pozulacaq.
 
Getməsi planlaşdırılan Daniel Seqoviya isə müqavilə şərtlərinin yerinə yetirilməsini istəyir. Əhmədov onu yola samaq niyyətindədi, lakin futbolçu anlaşması bitənə kimi qalmaqda qərarlıdı. Rəhbərlik hazırda onunla ortaq məxrəcə gəlməyə, uyğun məbləğdə kompensasiya ödəyib, hücumçunu yola salmağa çalışır.
 
Ümumiyyətlə, bakılılar 9-10 nəfəri yola salacaq. Fəhmin Muradbəyli “Səbail”ə icarəyə veriləcəksə, Rahil Məmmədov eyni marşrutla birdəfəlik göndəriləcək. Məqsəd İsayevlə Tərzin Cahangirov da yol üstədi. “Keşlə”ylə anlaşan bu futbolçulardan Məqsəd icarəyə gedir, Tərzin isə kiçik məbləğ qarşılığında birdəfəlik yola salınacaq.
 
Elnur Cəfərovun məsələsi açıq qalır. Tərlan bəy israrla qışda gedəcəyini söylədiyi yarımmüdafiəçini rəhbərlik buraxmaq istəmir. Bu səbəbdən anlaşılmaz durum yaranıb. Cəfərov limit üzündən “Neftçi”yə lazımlıdı. Bu səbəbdən yəqin ki, eyni üstünlüyü olan başqa biri tapılmasa, Elnur düşərgədə saxlanacaq.
 
“Neftçi” Maksim Vaylonu da yola salmağa hazırdı. Amma bu qapıçı heç kimi maraqlandırmır.
 
Futbolinfo.az xəbər verir ki, heyətdəki lazımsız oyunçularla yollar ayrıldıqdan sonra yeni transferlərin axtarışı başlayacaq. 2-3 legioner axtaran komanda yerlilərə də maraq göstərir. Artıq “Qəbələ”nin vidalaşmaq istədiyi Elvin Məmmədovun “Neftçi”nin maraq dairəsində olduğu deyilir.
 
Yayda “Neftçi” ilə anlaşan, 3 gün sonra isə daha yaxşı müqavilə şərtlərinə görə Qəbələyə yollanan Elvin Premyer Liqanın cari mövsümündə cəmi 6 oyunda iştirak edib və aktivinə 1 qol yazdırıb.

 
tarix: 16-12-2017 16:37


 
Xəbər lenti
14.12.2018

01:54   “Qarabağ” “Arsenal”la yenə bacarmadı

01:29   Almeydalı “Astana” Avroliqa ilə vidalaşdı

01:14   “Qəbələ”nin “Sabah”la 3-cü dueli

00:30   “Qəbələ”nin yeganə əvəzedilməzi

13.12.2018

23:17  “Qəbələ” üçün 14-cü start və yubiley matçı

22:10  5-ci start, 11-ci matç, 7-ci rəqib

20:50  Prezident “Neftçi”nin sabiq futbolçusuna ev verdi

20:35  Azərbaycanlı məşqçi “Altınordu”nun düşərgəsində - FOTO

18:31  Akinfeyev 4-cü oldu

17:50  “Liverpul” müdafiəçisini 1,5 aylıq itirdi

17:17  Avropa Liqası ADİU-da tələbələrlə görüşdü

16:25  UEFA Azərbaycanın daha 4 klubuna pul ayırdı

15:53  İlham Əliyev Ağasəlim Mircavadovu mükafatlandırdı

15:26  Azərbaycan kubokunda ilk dəfə üz-üzə gələnlər və…

15:01  “Neftçi”nin 2 rəqibi məlum oldu

14:35  “Neftçi”nin yeni evi müasir standartlara tam cavab verəcək

14:28  La Liqa klubunda ciddi itki

14:20  Avropa Liqası: Son 11 vəsiqə uğrunda - YENİLƏNİR

14:16   “Arsenal” azarkeşlərinə müraciət: 2 yaşlı Zəhramızın qatilinə əl çalmayın!

13:33  ÇL-də son turun ən yaxşısı adına 4 namizəd

13:04  UEFA “Qəbələ” ilə “Zirə”nin hesabına pul köçürdü

12:49  Elxan Məmmədov Məşqçilər Komitəsinin üzvləri ilə görüşdü

12:33  "Qarabağ”ın mövsümdə son avrokubok oyunu “Topaz”da

12:10  "Komanda məndən asılı ola bilməz" - Deviç məşqçilik üçün tez olduğunu düşünür

11:41  MS-dən əzmkar qələbə - VİDEO

11:20  “Viktoriya” “Roma”nı qrup liderliyindən etdi - VİDEO

11:00  “Ayaks”la “Bavariya” 3 qol vurub, 1 xal qazandı - VİDEO

10:42  “Yuventus” İsveçrədən məğlub qayıdır - VİDEO

10:20  MY “Valensiya”ya belə məğlub oldu - VİDEO

10:00  “eTopaz”da günün canlı oyunları

09:40  “Real” doğma meydanda biabır oldu - VİDEO

09:20  Çempionlar Liqasında bütün 1/8 finalçılar bilindi

03:52  Unay Emeri: “Qarabağ”a hörmətlə yanaşırıq”

02:00  ÇL-in qrup mərhələsinə yekun vuruldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az