(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Axundovun məşqçi eksperimenti

Axundovun məşqçi eksperimenti

Zaur Axundov deyəsən, pul tapıb. Elə olmasaydı, bataqlıqda olan, futbolçuları maaş üzünə həsrət qalan “Keşlə”ni əcnəbi məşqçiyə tapşırmazdı.
 
Futbolinfo.az xəbər verir ki, paytaxt klubu bu gün yeni məşqçisini tanımalıdı. Möcüzə baş verməsə, 49 yaşlı ukraynalı Yuri Maksimov komandanın yeni “sükançı”sı kimi təqdim olunacaq. “Keşlə”ni son 4 çempionat matçına çıxaran Ramiz Məmmədov isə əvvəlki vəzifəsinə - əvəzedici heyətin koordinatoru postuna qayıdacaq.
 
Maksimovla 6 aylıq, yəni cari mövsümün sonunadək müqavilə imzalanacaq. Onun qarşısında konkret vəzifə - avrokuboklara vəsiqə qazanmaq qoyulacaq ki, bu da klubda gələcək taleyinə birbaşa təsir göstərəcək.
 
Futbolçu karyerası dövründə "Verder"də çıxışıyla tanınan, Kiyev "Dinamo"sunun da futbolçusu olan Maksimov məşqçiliyə 2005-ci ildə Minsk "Dinamo"sunda köməkçi olaraq başlayıb. O, 2006-2013-cü illərdə vətənində MOİK, "Obolon", "Krivbass", Donetsk "Metallurq"unun baş məşqçisi olub. Son 4 ildə isə yenidən vətəndən kənarda çalışan Maksimov Rusiyada "Mordoviya" (2013/14) və Qazaxstanda "Taraz" klublarını (2016) çalışdırıb.
 
Əlahiddə uğuru və işi ilə seçilməyən Maksimovun hansı məqsədlə gətirildiyini bilmirik. Güman ki, rəhbərlik əcnəbi xəstəliyinə tutulub və araşdırmalardan sonra bu məşqçi məsləhət bilinib. Amma unutmayaq ki, ukraynalının futbolumuza uyğunlaşması üçün xeyli vaxt lazım gələcək. “Keşlə”nin heyətinin yenidən yığılacağını nəzərə alsaq, 6 ay ona kifayət etməyəcək. Bu səbəbdən Müşahidə Şurasının sədri Axundovun verdiyi qərar səhv və yersizdi. Ya yeni məşqçi indi gəlməməli, ya da onunla 56 aylıq yox, daha uzun müddətə müqavilə bağlanmalı, ona komanda quruculuğu tapşırılmalı idi.
 
“Keşlə” kubokun yarımfinalındadı. Avropa Liqasına getmək üçün yeganə şans elə bu turnirdi və “Sumqayıt”I adlamaq, sonra da finalda qalib gəlmək kifayət edir. Belə bir tarixi şans ayağa gəlmişkən, eksperiment aparmaq Zaur bəyə baha başa gələcək. Axundov əcnəbiyə qucaq açmaqdansa, ölkə futboluna bələd olan yerli mütəxəssislərdən biri ilə yola davam etsəydi, daha yaxşı olardı. Komandanı yarımfinala çıxaran, eləcə də danışılmış oyunlar qalmaqalına səbəbkar olub, Axundovun məğlub imicini təmizləyən Ramiz Məmmədova da güvənmək olardı.

 
tarix: 18-12-2017 09:21


 
Xəbər lenti
21.07.2018

00:02   “Neftçi”nin sabiq üzvü rəsmən “Sabah”da - FOTO

20.07.2018

23:25  Şeydayev “Spartak”a qarşı oynadı

21:24  DÇ-nin gümüş medalından imtina etdi

19:01  "Zirə" Qətər klubu ilə "sülh bağladı"

18:33  "Bavariya" 3 rəqibindən öndə

18:14  "Qarabağ"ın rəqibində ayrılıq

18:03  Ruslar da təəccüblənib

17:42  “Unutmaq istəyirəm”

17:34  Ruslan Abışov üçün il bitdi?

17:02  İtaliyada Bordini istefaya göndərdilər

16:27  “Real” yeni transferini təqdim etdi

16:01  “İnter Arena” tarixin yaddaşına köçdü

15:17  “Milan” yenidən avrokubokda: Cəza ləğv edildi

15:08  Malta millisinin üzvü Kosovoyla bizə fərq qoymadı

14:57  Ronaldo İtaliyada daha çox qazanacaq

14:37  Konte "Çelsi"ylə məhkəmədə görüşəcək

14:25  "Zirə"dən Yunanıstana

14:00  Aqolli: "Albaniyaya gedəcəyim üçün anam çox xoşbəxtdi"

13:14  AFFA-nın milyonluq transferi yenə qovulur

12:57  “Qarabağ” Maboedən imtina etdi

12:12  Bir gündə 3 “ölü”

11:48  "Sabah" 23 yaşlılara qarşı

11:39  Neymar PSJ-də qalır

11:31  "Liverpul"dan rekord transfer – RƏSMİ

11:12  Kamran Quliyev məğlubiyyətin səbəbini tapıb: “Avropada belə şeylər bağışlanmır”

11:07  7-ci darmadağın

10:57  “Neftçi”: Fiaskonun xronologiyası

10:32  “eTopaz”da günün canlı oyunları

10:27  Dəhşətli cümə axşamı

10:12  Elvin Yunuszadə “Keşlə”də

10:01  Kamran Ağayev üzr istədi: “Onlar qələbə qazanmadı, biz uduzduq”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az