(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Sumqayıt” finalda: “Keşlə” ilə oyunların nəticəsi indidən bəllidi!

“Sumqayıt” finalda: “Keşlə” ilə oyunların nəticəsi indidən bəllidi!

Azərbaycan kuboku uğrunda ¼ final oyunlarının yeganə sürprizi “Sumqayıt”ın “Qarabağ”ı yarışdan çıxarması oldu. Avropa Liqasına vəsiqəyə ümid edən Samir Abasovun yetirmələri Premyer Liqada qış fasiləsinə 4-cü pillədə yollanıb, üstəlik, yarımfinala vəsiqə də qazanılıb.
 
Hər iki cəbhədə uğur qazanmağa ümid var, lakin kubokda yol daha qısadı və “Sumqayıt” tam gücünü qoysa, finala yüksəlmək mümkündü. Həlledici matçlarda isə heç vaxt favorit olmur və burada uğur qazanmaq üçün motivasiya aşıb-daşır.
 
Sərlövhədə “Sumqayıt”ın artıq finala vəsiqə qazanmasını yazmağımız sizə təəccüblü gəlməsin. Düzdü, yarımfinalda “Keşlə” kimi rəqib var və qışda baş məşqçisini, heyətini yeniləyən bu komandanı hesabdan silmək olmaz. Hər nə qədər adını dəyişsə də, bu komandada “İnter”in oyun üslubu qorunur, komanda inadkar cavanlardan, sınaqlardan keçmiş veteranlardan qurulub. İndiki heyətə 2-3 yaxşı legioner əlavə edib, hətta finalda da qalib gələcək komanda formalaşdırmaq olar. Lakin...
 
...Lakin iş ondadı ki, “Keşlə” yiyəsizdi. Bu komandanın rəhbərliyi ancaq yekə-yekə danışmağı bacaran, ayağının altını görməyən Zaur Axundovdan, hətta ixtisası olan hüquqşünaslığı da düz-əməlli bacarmayan, idarəçilikdən isə ümumiyyətlə, xəbəri olmayan Rəmiş Malıyevdən, bir də gözü baş məşqçi postunda qalan, idarəçi kimi özünü sübut etməyən Ramiz Məmmədovdan ibarətdi. Müşahidə Şurasının sədri, icraçı direktor və idman direktoru həm də mehriban düşmənlərdi, bir-birinin üzünə gülsələr də, arxada biri digərini xoşlamır.
 
Və bu xaotuk vəziyyətdən faydalananlar var. Klubda illərdi kök salan bir neçə nəfər kənar şəxslərlə birləşib, komandanın idarə edir, rəhbərliyə istədikləri sənədə imza atdırırlar. Əsas prosesi onlar aparır, nəticələrə görə başqaları cavab verir.
 
“Keşlə”nin yeni baş məşqçisi Yuri Maksimov imza mərasimindən həmən sonra rəhbərliyə iradını bildirib. O, Pablo Podionun transferindən narazılığını ifadə edib və bu anlaşmanın belə tezliklə həll edilməsinin səbəbini başa düşmədiyini deyib. Ukraynalı haqlıdı – o, yeni komanda qurmaq üçün çağırılır, amma ilk transfer ondan xəbərsiz edilir. Halbuki argentinalı yarımmüdafiəçinin səviyyəsi Maksimovla müzakirə edilməli idi.
 
Redaksiyamıza daxil olan məlumata görə, Pablo ilə müqavilənin qaçaraq imzalanmasının səbəbi var imiş. Komandanın köməkçi məşqçisi və faktiki meneceri olan Zaur İsmayılov transferin erkən rəsmiləşməsində birbaşa maraqlı olub. O, Maksimovun təyinatından sonra məşqçinin bu transferi yaxın qoymayacağından ehtiyat edərək, rəhbərliyin saqqızını oğurlayıb, argentinalının əldən çıxacağını bildirməklə arzusuna çatıb. Zaur Axundov isə futbolçunun statistikasına, bu mövsüm “Zlin”də cəmi 3 çempionat matçına çıxmasına fikir verməyərək, yalnız “argentinalı” markasına aldanaraq transferə razılıq verib.
 
Təbii ki, bu transferdə İsmayılovun marağı var. O, “Sumqayıt”ın meneceri Ceyhun Sultanovun istəyini yerinə yetirib. Pabloya vasitəçilik edən Sultanov öz faizini düşünür və onunla əlbir olmağa razılaşanlarla işbirliyi qurur. “Sumqayıt”da əcnəbi transferinə qadağa qoyulduğundan, Ceyhun bəy biznesini digər komandaların, oradakı şəriklərinin hesabına zənginləşdir.
 
Bir klubun rəsmisinin futbolçu transferində vasitəçi olması, başqa bir klubla əlbir işləməsi heç bir çərçivəyə sığmır. Amma “Sumqayıt”ın prezidenti Kamran Quliyevin yanında iş verdiyi uşaqlıq dostu bütün sərhədləri aşır. O, “Səbail”ə də futbolçu təklif edir, “Neftçi”yə də, “Kəpəz”ə də. Bir neçə klubumuzda məhz Sultanovun vasitəsi ilə oynamış legionerlər olub/var.
 
Ceyhun bəyin “Keşlə” ilə şərikli biznesini yalnız 1 transferdən ibarət deyil. İndiyə qədər Sumqayıtı “İnter”ə dəyişmiş bütün futbolçular – Slavik Alxasovdan, Mirsahib Abbasova, Pərdis Fərcad-Azada kimi – onun və İsmayılovun qurduğu əməkdaşlıq körpüsündən istifadə ediblər. Hətta bakılıların xaricdəki toplanışlarını da Sultanov təşkil edir. Ötən ilin yanvarında Antalyada birlikdə hazırlıq keçmiş hər iki klub yenə eyni məkana üz tutacaq. Bir il öncə olduğu kimi, Ceyhun bəy yenə “Keşlə”nin toplanışla bağlı danışıqlarını həyata keçirir. Təbii ki, buna görə həm klubdan, həm də Türkiyədəki təşkilatçılardan müəyyən haqq (4-5 min avro) alacaq.
 
Bu qədər dostluq, əməkdaşlıq təbii ki, gələcəkdə daha da böyüyəcək. Sultanovun vasitəsi ilə “Keşlə”yə gələn Pablo və başqaları sabah yarımfinal matçında elə onun “xahiş”i ilə bilərəkdən zəif oynayacaq və kubokun finalına yüksələcək. Mirhüseyn Seyidov və Nizami Hacıyevlə bağlı acı təcrübə (futbolçular özləri etiraf edib) belə düşünməyə əsas verir. Kəsəsi, Sultanov həm “Keşlə”dən pul qazanır, həm də gələcək əməkdaşlığın təməlini qoyur.
 
İndi növbə Axundovdadı. Yatıbsa, ayıldırıq və xahiş edirik ki, danışılmış oyunlar səbəbi ilə didişib qardaşlaşdığı AFFA-nın baş katibi Elxan Məmmədov ilə birlikdə bu məsələni araşdırsın. Yarımfinaldan sonra yox, elə indicə...
 
FƏRİD

 
tarix: 29-12-2017 09:01


 
Xəbər lenti
23.09.2018

00:59   “Atletiko” səfərdə, “Real” evdə sevindi

00:48   “Lill” “Nant”ı məğlub yola saldı

00:34   “İnter”ə 1 qol bəs etdi

00:27   “Bavariya”dan qələbə, “Borussiya”dan xal itkisi

00:09   MY büdrədi, “Liverpul”la MS darmadağına sevindi

22.09.2018

23:52  “Trabzonspor” “Göztəpə”yə uduzdu

23:28  “Zirə” - “Neftçi” matçında 3 qol - VİDEO

23:12  Samir Abasov: “Bəzi oyunçularımızdan xeyli narazıyam”

22:59  Roberto Bordin: “Peşmanam”

22:26  “Neftçi” “Zirə”yə də qalib gəldi

22:04  “Səbail”lə “Sabah”dan heç-heçə - VİDEO

21:25  Bordinlə Abasov qovuldu

21:05  Aftandil Hacıyev: “Oyunumuzda inkişaf var”

20:54  Elşad Əhmədov: “Bizə qol vursaydılar, işimiz çətin olardı”

19:22  “Sumqayıt”ın stadionunda son durum - FOTOLAR

18:24  Paşayevsiz “Aleksandriya” yenə məğlub oldu

17:54  Azərbaycan millisindən biabırçı məğlubiyyət

16:52  Ziya Əzizovsuz qələbə

16:15  Tural oynadı, “Yonava” 1 xal qazandı

15:22  “Qarabağ” - “Arsenal” oyununa neçə bilet satılıb?

15:03  “Qəbələ”nin “Şerif”lə oyunlarının vaxtı müəyyənləşdi

14:33  Maksim Medvedevin durumuna aydınlıq gəldi

14:05  Braziliya millisinin əfsanəvi kapitanı Bakıya gəlir

13:54  Ermənistan yığması baş məşqçisiz qaldı

13:05  Ünal Karamandan Ramil Şeydayev açıqlaması

12:38  “Qarabağ”la “Qəbələ”nin 48-ci dueli

11:30  “eTopaz”da günün canlı oyunları

11:00  Qurban Qurbanov FIFA-nın tədbirinə qatılmaqdan imtina etdi

10:49  İlk oyundan qol səsi çıxmadı

10:30  Dadaşov “fərqləndi”, komandası darmadağınla qalib gəldi

10:00  “TOPAZ”DA BU GÜN

09:00  Emin Abbasov yeni vəzifədə

01:11  “Monako” ev oyununda xal itirdi

00:57  “Hueska” “Real Sosyedad”la bacarmadı

00:39  “Empoli” hesabı açmasına peşman oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az