(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
AFFA-nın danışılmış oyunlara görə şübhələndiyi klublar bilindi - VİDEO

AFFA-nın danışılmış oyunlara görə şübhələndiyi klublar bilindi - VİDEO

AFFA-nın Azərbaycan çempionatının I Divizionunda danışılmış oyunlarda iştiraklarından şübhələndiyi klublar müəyyənşləşib. Futbolinfo.az xəbər verir ki, söhbət "Turan Tovuz” və "Ağsu” komandalarında gedir.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev konkret adlar açıqlamasa da, bu iki klubdan şübhələnməyə əsas verən kifayət qədər məqam tapmaq olar. 
 
Tovuz təmsilçisi müəmmalı nəticəyə görə "ilişib”. Əsgər Abdullayevin rəhbərlik etdiyi kollektivi ələ verən konkret oyun da var. Bu, noyabrın 17-də IX tur çərçivəsində keçirilmiş "Zaqatala” ilə səfər matçıdır. "Sabah”ı evdə (4:0), "Binə”ni səfərdə (1:0) üstələyən, ardınca doğma meydanda lider "Qaradağ Lökbatan”la 1:1-lik bərabərə qalan tovuzluların cari mövsümdə qələbə üzü görməyən zaqatalalılara 1:3 hesabı ilə məğlub olması təəccüb doğurub.
 
Qarşılaşmanın videoicmalından da görünür ki, "Turan Tovuz” ilk dəqiqələrdən topu meydan sahiblərinə verərək, öz cərimə meydançasına "oturur”. Qonaqlar yalnız 5-ci və 15-ci dəqiqələrdə buraxdıqları qollardan sonra irəli atılmağı lazım bilirlər. Lakin hesabı 1:2 etdikdən sonra yenə geri çəkilirlər. Üstəlik, 45+1-ci dəqiqədə süni oyundankənar vəziyyət yaratmaq istəkləri baş tutmur. Cərimə meydançasını tərk edən Mehman Hacıyev isə rəqibi aşkar qoldan məhrum etdiyi üçün "qırmızı” alır.
 
Özünə bənzəməyən "Zaqatala” fasilədən sonra da hücumlarını davam etdirir. Burada qonaqların azlıqda qalmalarının da payı var. Ancaq tovuzluların buraxdıqları 3-cü qola da diqqət yetirməkdə fayda var. Tagim Novruzov 78-ci dəqiqədə Rəhman Şabanovun qapıya yolladığı topu çıxarmağa cəhd belə göstərmir. Halbuki topun ardınca qaçsa, qola əngəl olar.

 
"Ağsu”nun "qara siyahı”ya düşməsinin səbəbi isə beş qollu matçlarla bağlıdır. Bu komandanın iştirakı ilə baş tutan 13 matçdan 5-də 5 qol qeydə alınıb. Əsas şübhəli məqam 4 oyunun 3:2 hesabı ilə başa çatmasıdır. Əlbəttə, bir komandanın keçirdiyi 13 görüşdən 4-də anoloji hesabın qeydə alınması normaldır. Lakin onlardan bəzilərinin videoicmalını izləyərkən, şübhəli məqamlar diqqət çəkir.
 
Məsələn, sözgedən 4 oyundan 2-si məhz "Turan Tovuz”la olub. Hər iki halda meydan sahibi 3:2 hesabı ilə qalib gəlib. Oktyabrın 20-də IV tur çərçivəsində Tovuz şəhər stadionunda baş tutmuş matçda bütün qolları meydan sahibləri vurublar. Eltay Tağıyevlə Ayxan Əsədov öz qapılarını, Tuqay Alhüseynli, Elnur Səmədov (2 qol) rəqib qapısını nişan alıb. Xüsusən də Əsədov 56-cı dəqiqədə topu öz qapısına yollamaqla, "baxımlı qol"a imza atıb.

 
Dekabrın 8-də XIII tur çərçivəsində Ağsu şəhər stadionunda oynanılmış qarşılaşma da maraqlı keçib. Artıq 1-ci dəqiqədə məğlub duruma düşən meydan sahibləri 14-cü dəqiqədə tarazılığı bərpa etsələr də, fasiləyə məğlub yollanıblar – 1:2.
 
"Ağsu” 72-ci dəqiqədə hesabı bərabərləşdirsə də, 3 dəqiqə sonra Əlimərdan Əlimərdanlının "qırmızı” almasından sonra azlıqda qalıb. Buna rəğmən, Rüfət Quliyevin baş məşqçisi olduğu komanda 81-ci dəqiqədə qələbə topunu vurub.
 
 
"Ağsu”nun oktyabrın 26-da V tur çərçivəsində "Mil-Muğan”a qarşı keçirdiyi oyunda da "qəribə” məqamlar var. Meydan sahiblərinin ilk dəqiqələrdən üstünlüyü qonaqlara verməsi, bunun müqabilində 18-ci dəqiqədə Bayram Əliyevin "Mil Muğan”ı önə keçirməsi diqqət çəkir.
Artıq 55-ci dəqiqədə meydan sahibləri penalti qolu ilə önə çıxsalar da, "5 qol planı”nı son dəqiqələrdə doldurmaq mümkün olur. Qarşılaşmanın 84-cü dəqiqəsində meydan sahiblərinin qapıçısı Şamo Həsənov oyun epizodunda nəinki qapını, hətta 4 komanda yoldaşını geridə qoyaraq cərimə meydançasından kənara çıxır. Bu çıxış isə "Ağsu”nun qapısına penalti təyin edilməsi ilə nəticələnir. "Mil-Muğan”ın futbolçusu Samir Babayev penaltinin yerinə yetirdiyi məqamda Həsənovun davranışı da maraq doğurur. Qonaqların futbolçusu topa çatmadan qapıçının sağa "uzanacağını” rahat görür. Matçda son nöqtəni isə 90+1-ci dəqiqədə Ramil Əliyev qoyur – 3:2.

 
Qeyd edək ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "CBC Sport"da yayımlanan "Üçüncü hissə" verilişində I Divizionda çıxış edən 2 klubun danışılmış oyunlarda iştirakından şübhələndiklərini açıqlayıb. O, şübhələrin təsdiqlənəcəyi halda, həmin komandaların dərhal çempionatdan xaric olunacaqlarını vurğulayıb. (Sportnet.az)

 
tarix: 29-12-2017 14:35


 
Xəbər lenti
19.04.2018

17:24   Matç zamanı futbolçunun boğazını kəsdilər

17:08   Məhkəmə “Bakı”nın prezidentinin şirkəti ilə bağlı qərarını açıqladı

16:17   Bir oyunun başlama saatı dəyişdirildi

15:28   Təxirə salınmış oyuna hakim təyinatları açıqlandı

14:36   Abdullayev: “İnanıram ki, avrokuboklara vəsiqə qazanacağıq”

13:43   “Qəbələ” finala vəsiqəni belə təmin etdi – FOTOLAR

13:23   “Keşlə” “Sumqayıt” səddini belə keçdi - FOTOLAR

12:40   Konte jurnalistlərin önündə həyat yoldaşının zəngini cavabsız qoydu - VİDEO

12:17   “Qəbələ” finala vəsiqəni belə bayram etdi - FOTOLAR

11:41   Əcnəbilərin 2-ci hegemonluğu: Finalda Ukrayna savaşı

11:25   Millimiz “Qarabağ”a məğlub oldu

11:02   “eTopaz”da günün canlı oyunları

10:31   Emin oynamadı, “Kalmar” xal itirdi

10:00   “TOPAZ”DA BU GÜN

09:01   Tərlan Əhmədovun uduzduğu final

02:30   Fransa Kubokunda hər iki finalçı bəlli oldu - VİDEO

02:18   “Qalatasaray”ı finala buraxmadılar - VİDEO

01:56   “Bavariya”nın finaldakı rəqibi bəlli oldu - VİDEO

01:44   “Real” doğma meydanda büdrədi - VİDEOLAR

01:17   “Yuventus” xal itirdi, “Napoli” yararlandı - VİDEOLAR

00:57   MY-dən səfərdə inamlı qələbə - VİDEO

00:39   “Qəbələ” “Neftçi”ni belə keçdi - VİDEO

00:25   “Deyirdilər ki, “Qəbələ” “Roma” və ya “Yuventus” deyil ki, geridönüş edə”

00:18   Təmkin Xəlilzadə: “İstəyimiz kuboku qazanmaqdı”

00:07   Fariz Nəcəfov: “Xahiş edəcəm ki, finalın yeri dəyişdirilsin”

18.04.2018

22:48  Tərlan Əhmədov: “Avrokuboklara vəsiqə qazana bilməsək, istefa verəcəm”

22:41  Qriqorçuk: “Qəbələ”də titul əldə etmək üçün çox şey qurban vermişəm”

22:26  “Neftçi” - “Qəbələ” matçı sonrası baş verənlər - VİDEO

22:09  “Neftçi” - “Qəbələ” matçı insidentlə bitdi: Yenə polis vəhşiliyi

21:52  “Qəbələ” və “Keşlə” finalda!

21:09  Maksimov: “İnsidentə görə üzr istəyirəm”

20:57  “Sumqayıt”ın məşqçisi: “Rəqib bizdən daha istəkli idi”

19:57  “Keşlə”ni finala çıxaran heç-heçə - VİDEO

18:58  Millimiz Makedoniyaya penaltilərlə qalib gəldi

18:39  Yuri Maksimov qovuldu - Dava anının VİDEOSU

17:15  “Anortosis” Araz Abdullayevi saxlamaq istəmir?

16:49  “Neftçi”dən azarkeşlərə hədiyyə

15:45  U-16 yığmamız 5 qolla qalib gəldi

15:16  Əliyar Ağayev “Mançester Siti” - “Barselona” oyununa təyinat aldı

15:00  “Anortosis”dən Araza ad günü təbriki – VİDEO+FOTOLAR

14:05  Vyana “Qarabağ”ı son qələbəsini belə bayram etdi - VİDEO

13:48  Kubokda arzuolunan rəqib

12:50  Topaz Premyer Liqasında 24-cü tur: tarixə səyahət

12:27  Birinci Divizionda 24-cü turun hakim təyinatları

11:50  Stoilov: “Azərbaycan millisi ilə oyun bizim üçün yaxşı sınaq olacaq”

11:35  AFFA-nın növbəti yalanı

11:30  “eTopaz”da günün canlı oyunları

11:24  Samir Abasov hara gedir?

11:11  Kloze 17 yaşlılarla işləyəcək

11:00  “TOPAZ”DA BU GÜN

10:52  Aquero üçün mövsüm bitdi

10:45  Hər 2 komandanın sevimli hakimi

10:34  “Neftçi” ajiotaj arzusunda

10:21  Paytaxt klubunda yeni müqavilə - FOTO

10:12  Vidal mövsümü erkən başa vurdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az