(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

AFFA-nın fəaliyyətinin güzgüsu: hər 15 oyundan biri baş tutmayıb!

AFFA-nın fəaliyyətinin güzgüsu: hər 15 oyundan biri baş tutmayıb!

AFFA İntizam Komitəsi 2017-ci ilin son 3 ayı ərzində AFFA-nın təşkil etdiyi müxtəlif yarışlarda 52 texniki məğlubiyyət qeydə alıb. Bunların hamısı uşaq liqalarında, qızların çempionatında və Region Liqasında reallaşanlardı.

Futbolinfo.az texniki məğlubiyyətlərin statistikasını hazırlayıb, açıqladıqdan sonra AFFA-nın bacarıqsızlığı, işlərin səriştəsiz görülməsi ifşa olundu. Qurum isə tələsik bütün liqaların statistikasını açıqlamağa məcbur oldu. Məlum oldu ki, əsas problem qızlar liqasında imiş.

Düzdü, bu, AFFA-nın məsuliyyət yükünü azaltmır. Amma qurum istiqaməti qadınların üzərinə yönəltməklə, problemin özləri ilə bağlı olmadığını, sadəcə, ölkədə qadın futboluna marağın azlığını, insanların bu sahəyə yanaşmasının fərqləndiyini qabartmağa çalışdı. Guya ki, AFFA yaxşı işləyir, sadəcə, qadın futbolunda mentalitetdən irəli gələn problemlər var.

Texniki məğlubiyyət – 52
Yetərsay olmamasına görə - 17
İştirak etməməyə görə - 24
Lisenziyası olmayana görə - 6
Yaş limitinin pozulmasına görə - 4
Təhlükəsizlik təmin olunmadığına görə - 1
Kənarlaşdırma - 3

İndi də AFFA-nın açıqladığı siyahıya diqqət edək. Hesabatdan aydın olur ki, uşaq liqalarında cari mövsümün 3 ayı ərzində keçirilməli olan 3393 oyundan 3358-i baş tutub. Bu isə bütün liqa oyunlarının təxminən 99%-nin keçirilməsi deməkdi.

AFFA-nın təşkil etdiyi qızlar liqalarında davam edən mövsümdə 269 oyun keçirilib, 18 qarşılaşmada isə texniki məğlubiyyət qeydə alınıb. Bu, matçların 6,7 faizinin baş tutmaması deməkdi. Yəni ki, hər 15 oyundan biri baş tutmayıb.

Təbii ki, bu,böyük rəqəmdi. AFFA hesabatlarında bu rəqmlər gizlətməyə çalışsa da, reallıq ortadadı. Azərbaycanda kişi futbolunda düz-əməlli nəticələr yoxkən, baş katib Elxan Məmmədovun, bu sahə üzrə UEFA kuratoru olduğuna görə, ölkə klublarını məcburən qadın futbol komandaları saxlamağa  məcbur etməsi anormaldı. Assosiasiyanın büdcəsini perspektivi olmayan istiqamətə yönəltmək, pulları havaya səpmək ağılsızlıqdı.

Görəsən, AFFA digər sahə futbol federasiyaları ilə bağlı hesabatları nə vaxt açıqlayacaq? Məsələn, baş katibin dostu Fərid Novruzinin rəhbərlik etdiyi Çimərlik Futbol Federasiyası ilə bağlı…

CAVAD


 
tarix: 04-01-2018 09:01


 
Xəbər lenti
17.08.2018

01:45   Avroliqada gecənin bütün nəticələri

01:00   “Qarabağ”ın Avroliqadakı rəqibi bəlli oldu

16.08.2018

22:05  3 itki, bir məşqlə davam

21:27  Uruqvay yığmasının üzvü “Milan”da

20:45  Açılış turunun 2 oyunu təxirə salındı - A Seriyasında

20:14  Elxan Əsədov məqsədinə doğru daha bir addım atdı

19:22  Türkiyə klublarından şok qərar

17:50  “Neftçi” ilə “Qəbələ”nin 46-cı dueli

17:30  “Barselona”nın futbolçusu İtaliya klubunda

17:00  “Fənərbaxça”dan İtaliya klubuna

16:35  “Şalke”nin futbolçusu PSJ-də - RƏSMİ

15:49  Eto’O rəsmən Qətər klubunda

15:14  Kosta rikalı futbolçu Super Liqada

14:50  İsveç millisinin üzvü A Seriyasında

14:32  “Real” - “Atletiko” matçında 6 qol - VİDEO

14:25  Ramil Şeydayev "Krılya Sovetov"da qol vurdu

14:20  Ospina "Napoli"yə keçdi

14:01  Nağıyevin təsdiqi, Rəfiyevin axtarışı

13:19  Reytinq: Millimiz yerində saydı

12:01  Birinci Divizionda yeni mövsümün TƏQVİMİ

11:42  “Neftçi” Super Liqada ilk qələbəsini qazandı

11:23  Super Liqa klubundan A Seriyasına

11:00  “eTopaz”da günün canlı oyunları

10:41  “Çelsi”nin futbolçusu milli karyerasını başa vurdu

10:21  “Sportinq”dən Super Liqa klubuna

10:00  “TOPAZ”DA BU GÜN

09:30  “Mançester Siti”də şok itki

01:45  UEFA Super Kubokunu “Atletiko” qazandı

00:45  Bordin Genuya faciəsinə biganə qalmadı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az