(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
“Qış hazırlığından çox şey asılı olacaq”

“Qış hazırlığından çox şey asılı olacaq”

Dekabrın 26-da keçirilən 14-cü turun oyunları ilə futzal üzrə Yüksək Liqada mövsümü yarılamış olduq və komandalar fevralın 15-dək fasiləyə yollandılar.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti son çempion, indiki lider “Araz”ın baş məşqçisi Joze Alesio Da Silvaya mövsümün geridə qalan hissəsi ilə bağlı suallar ünvanlayıb. Millimizi də çalışdıran braziliyalı mütəxəssisin fikirlərini təqdim edirik:

- Başa çatan 2 dövrə ilə bağlı hansı məqamları qeyd edərdiniz?
- Yüksək Liqada bu mövsüm çox maraqlı, gərgin oyunlar keçir. Xüsusilə də çempionata yeni qoşulan komandalar iddialı gəliblər və marağı artırıblar. Turnir cədvəlinin ilk 4 pilləsində yer alan komandalar çempion olmağa real namizəddir. Baxmayaraq ki, qış fasiləsinə “Araz” zirvədə yollandı və xal fərqini bir qədər artırdı, ancaq qarşıda hələ 2 dövrə var və komandalar bir-birilə 2 dəfə üz-üzə gələcək. Bu oyunlarda qeydə alınacaq nəticələr xal fərqinin azalmasına, müəyyən dəyişikliyin edilməsinə gətirib çıxara bilər. Cari mövsümdə məni sevindirən məqamlardan biri də medianın çempionata marağının artmasıdır. Artıq hər tur mərkəzi oyun CBC Sport televiziya kanalında canlı yayımlanır. Hətta bəzi oyunlar canlı yayımdan əlavə, digər günlərdə təkrar da göstərilir. İdman saytlarında nəticələrlə və turun təqvimi ilə bağlı xəbərləri oxumaq mümküdür. Təbii ki, bu da futzala marağın artmasına kömək edir. Yeri gəlmişkən, artıq 17 yaşadək futzalçılardan ibarət millinin bazası əsasında yaradılan komanda Birinci Liqada iştirak edir. Həmin komandada mütəmadi seleksiya işləri aparılacaq və gələcəkdə milliyə layiqli namizədlər toplaşacaq. Bu sadaladıqlarım cari mövsümdə görülən müsbət işlərdir.

- Komandadan kimlər göndəriləcək və hansı oyunçular heyətə cəlb ediləcəklər?
- Kimin gedəcəyini və kimlərlə yolumuza davam edəcəyimizi müəyyənləşdirmişik. Yayda komandaya cəlb edilən Maykon Da Silva, Qabriel Bastos və Karvalho dos Santos komandadan ayrılıb. Bildiyimə görə, Maykon Malta klubuna keçib. Çünki ona bu ölkənin komandasından dəvət var idi. Karvalho da başqa klubdan təklif alıb (artq müqavilə imzalayıb-red.). O, karyerasını yaya qədər Braziliyada davam etdirəcək. Övladı dünyaya gəldiyi üçün bu qərarı qəbul edib (Qeyd edək ki, İranda keçirilən beynəlxalq turnirə qatılan “stolba”nın çıxışı “Kayrat”ın seleksiyaçılarının diqqətini də cəlb edib. Buna görə də onun yayda Qazaxıstan çempionunun heyətinə keçəcəyi istisna deyil - red .) Qabrielin də başqa komandadan dəvəti var. Təbii ki, komandadan ayrılan futzalçıların yerini mütləq şəkildə doldurmalıyıq. Çempionata “Yasamal”ın heyətində başlayan Reza Toloui bir müddətdir ki, bizimlə birgə məşq edir. Onu məşq prosesinə cəlb etməkdə məqsədim “Araz”ın oyunçularının arasında özünü necə göstərməsini izləməkdir. “Yasamal”da oynayan zaman çıxışını diqqətdə saxlayırdım, meydanı görmək, dərhal qərar vermək qabiliyyəti var. Yenə deyirəm, güclülərin arasında da onu yoxlamaq istədim. Üstəlik, heç bir klubla müqaviləsi yoxdu, azad agentdi. Onunla bağlı qərarımızı fasilə bitdikdən sonra verəcəyik. Bir yerli oyunçunu da gözaltılamışam. Onun transferini həll etməyə çalışacağıq. İndi adını çəkmirəm, çünki klubu ilə razılıq əldə etməliyik. Bu futzalçılardan başqa, daha bir müdafiəçi transfer edəcəyik. Çünki arxa xətdə oynayacaq futzalçımız azdır.

- Fasilə müddətində hazırlıq planları müəyyənləşibmi (komanda nə vaxt məşqləri bərpa edəcək, məşqləri harda keçirəcək və s. )?
- Qış fasiləsini Bakıda keçirəcəyik. Yanvarın 6-da və ya 7-də məşqləri bərpa edəcəyik. Ənənəvi olaraq toplanışa fiziki hazırlıqla başlayacağıq. Fiziki hazırlıq dövründə əsasən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionundan istifadə edəcəyik. Məşqlərimizin bir qismini isə Bakı İdman Sarayında keçəcəyik. Hazırlıq prosesinin bir hissəsi millinin toplanışı ilə üst-üstə düşəcək. Onda “Araz”ın oyunçularının milli ilə birgə məşqlər keçməsinə çalışacağıq. Ümumiyyətlə, qış hazırlığından çox şey asılı olacaq. Kim fasilədən yaxşı istifadə edə bilsə, ikinci yarıda bunun faydasını görəcək.

- Arxada qalan 2 dövrənin birinci və ikinci “dördlüy”ünə kimləri daxil edərdiniz?
- Mən oyunları həm də millinin baş məşqçisi kimi izləyirəm və diqqətimi cəlb edən oyunçuları nəzarətdə saxlayıram. Qış fasiləsinə qədər mənim üçün ən yaxşı “5-lik” – qapıda Rövşən Hüseynli, müdafiədə Rizvan Fərzəliyev və Eduardo Borges, hücumda isə Maykon da Silva və Karvalho dos Santosdan ibarətdir. İkinci “5-liy”im isə tamamilə yerli oyunçulardan qurulub və EKOL-un üzvləri üstünlük təşkil edir. Bu dəfə qapıda Emin Kürdovu görürəm. Çempionatın bombardiri Renat Sultanov, Ramiz Çovdarov, Samir Həmzəyev və Namiq Məmmədkərimov isə meydan oyunçuları kimi şans verirəm.


 
tarix: 03-01-2018 17:32


 
Xəbər lenti
19.01.2018

14:49   Millimizin məşqində 1 dəqiqəlik sükut - FOTOLAR

14:16   FİFA “Çelsi”yə transfer qadağası qoya bilər

13:49   "Neftçi”yə uduzmaq Əhməd Ələsgərov üçün faciə idi”

13:10   Millimizin oyununda 5 qol

12:55   Vitali Borisov: “Hamının şansı bərabərdi”

12:41   Millimizin baş məşqçisi: “Məqsədimiz mərhələ adlamaqdı”

12:16   Rauf Əliyev: “Keşlə” ilə razılığa gələ bilmədik”

11:23   “Sumqayıt” - “Səbail” matçında 3 qol - VİDEO

11:14   “Qəbələ” Divizion klubu ilə “sülh bağladı”

11:00   “eTopaz”da günün canlı oyunları

10:23   Premyer Liqa klubu yunan futbolçu transfer etdi

10:00   “TOPAZ”DA BU GÜN

09:27   Çexiya millisinin üzvü Super Liqa klubunda - FOTO

02:35   “Real” səfərdən qələbə ilə döndü

02:26   “Qalatasaray” səfərdə də 3 qola sevindi

00:11   İsrafilov sıradan çıxdı, “Ximnastik” qalib gəldi

18.01.2018

22:39  “Qarabağ” öncə fitnessdə, sonra meydanda çalışdı

22:00  “Sumqayıt” debütanta belə uduzdu - FOTOLAR

21:31  “Neftçi” Antalyada belə hazırlaşır - VİDEO

20:07  Fransa klubu baş məşqçisini qovdu

19:45  Təbriz klublarından biri uduzdu, digəri liderlə heç-heçə etdi

19:29  “Sumqayıt” “Səbail”ə doğma meydanda uduzdu

19:01  Millimizin rəqibi heyətini açıqladı

18:50  Cavid Hüseynov: “Yüz faizlik şanslardan yararlana bilmədik”

18:31  “Qəbələ” “Sürix”ə belə məğlub oldu - VİDEO

18:14  “Fənərbaxça” fanatları “Qarabağ”ın düşərgəsində - FOTO

17:56  Klublarımız avrokuboklarda iştirakdan imtina edib?

17:37  Premyer Liqamızdan 16 pilləlik sıçrayış

17:14  “Kəpəz” daha bir transferi rəsmən açıqladı

17:05  Millimizə daha bir futzalçı qoşuldu

16:33  “Sabah”dan növbəti transfer - FOTO

16:10  Araz “Anortosis”ə penalti qazandırdı - VİDEO

16:00  Topaz Premyer Liqasında qış bazarlığı - YENİLƏNİR

15:45  “Futzal aləmində Azərbaycan millisi ilə hesablaşırlar”

15:16  Hakimlərdən “Keşlə” üçün seminar

14:41  Kosovo seçimi: Məmmədyarov da Məmmədov kimi düşünür?

14:28  “Kəpəz” də Türkiyəyə getdi

14:06  “Qarabağ” - “Kuban” matçından FOTOLAR

13:56  Ozan Can millidən Lippertə görə imtina edibmiş - MÜSAHİBƏ

13:44  Millimizin baş məşqçisinin brifinqi olacaq

13:37  Millimiz FİFA reytinqində gerilədi

13:22  İkisi birində: Sadıqovun komitəsi, Tuayevin birliyi

12:52  Azərbaycan klubu Sağlamla anlaşdı

12:42  “Ruslan Abışova ateist olduğumu deyəndən sonra mənimlə danışmadı”

12:35  Komitə oyunu: Məmmədov MK-nı İK ilə üz-üzə qoyur

12:33  “Qarabağ” Qvardiolanın “Barselona”sı kimi tiki-taka futbolu oynayır”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az