(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Rəşad Sadıqovun səhv seçimi

Rəşad Sadıqovun səhv seçimi

Rəşad Sadıqov ilk seçimini etdi. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisi Türkiyədəki hazırlıq prosesi üçün heyəti müəyyənləşdirdi. Yanvarın 9-dan 27-dək Antalya şəhərində baş tutacaq toplanışda maraqlı adlar olacaq.
 
Siyahıyla tanışsız, 26 nəfər haqda müəyyən məlunatınız da var. Amma doğrusu, bu siyahı bircə nəfərə görə məni məyus etdi. Sanki Təbriz Həsənov və Yaşar Vahabzadənin ruhu hələ də bu komandanın üzərindədi, Bernard Lippert caynaqlarını geri çəkməyib.
 
Məncə, Sadıqovun debüt siyahısı pis deyil, 1-2 istisna ilə, üzdə olan futbolçuların hamısı buradadı, daha geniş seçim imkanı yoxdu. Üstəlik, ilk toplanış olduğundan kiminsə diqqətdən kənarda qalması da mümkündü. Amma hətta ölkədə 21 yaşı tamam olmayan 11 futbolçu tapılmasaydı belə, o siyahıya Ozancan Kökcü düşməməliydi. Və bunu Rəşad kimi xarakter sahibi, ümumiyyətlə, etməməliydi.
 
Əvvəllər də aşağı yaş qrupları üzrə millilərə dəvət olunmuş Murad Xaçayevlə işimiz yox, amma digər milliləşən Ozancan ciddi müzakirə mövzusu olmalıdı. Azərbaycanla bağlılığı olmadığını mətbuata etiraf edən, millilərimizdə oynamaq istəmədiyini bildirən birinə yenidən qucaq açmaq, onun əvvəl dediklərinin tərsini danışmasına nail olmaq ayıbdı. Kökcünün ürəyi yığma komandamızla döyünmür, getdiyi klubların heç birində möhkəmlənə bilmədiyi üçün yenidən milli formaya möhtacdı, reklama ehtiyacı var.
 
Bildiyimizə görə, Ozancan həqiqətən istedadlıdı, milliləşənlər içində gözə dəyən azsaylı oyunçulardandı. Amma hətta bu da onun hansısa klubda heyətə düşməsinə imkan vermir. Belədə görəsən, bizimkilər nəyə görə onun arxasınca düşüb?
 
I divizion klubu MOİK-dən də 2 futbolçu götürməsi, heyəti imkan daxilində çeşidli etməsi, bütün klublara diqqət yetirməsi Sadıqov üçün müsbət amildi. Hətta millinin düşərgəsində qalmaqalla yadda qalan Elnur Cəfərovun dəvət alması da yaxşıdı – Sadıqov bəlkə də ona son şansı verib və ağıllanacağına ümid edir. Amma Ozancan...
 
Rəşad ötən ilin noyabrında Almaniya və Kosovo ilə qarşılaşmalara dəvət alan “23-lük”dəki oyunçuların yarısından imtina edib. Yalnız 11 futbolçu - Anton Krivotsyuk, Aydın Bayramov, Bəhlul Mustafazadə, Ehtiram Şahverdiyev, Elnur Cəfərov, İlyas Səfərzadə, Murad Qayalı, Murtazəli Abakarov, Qismət Alıyev, Sərtan Taşkın və Xəyal Nəcəfov – yenə U-21-dədi. Budaq Nəsirov, Əlibəy Məmmədli, Eltun Turabov, Fərid Nəbiyev, İlkin Sadıqov, Mustafa Ozhitay, Oleg Hüseynov, Ramil Şeydayev, Renat Dadaşov, Serkan Baloglu, Süleyman Süleymanov və Yusif Nəbiyevdən imtina edən məşqçiylə Budaq, Fərid və Ramilə görə irad bildirmək olar, lakin bu da məşqçinin seçimidi, hörmətə layiqdi. Amma Ozancan...
 
Rəşadın yeni tapıntıları Abdulla Seyidəhmədov, Elvin Sərkərov, Əskər Hüseynov, Famil Camalov, Fəhmin Muradbəyli, Hacıağa Hacılı, İlkin Muradov, İsmayıl İbrahimli, Kamran İbrahimov, Murad Xaçayev, Ömər Buludov, Ozan Can Kökcü, Rafael Məhərrəmli, Ülvü İskəndərov və Yusif Cəfərovdu. Əksəriyyətini çempionat oyunlarında görmüşük və ən azı sınanmağı haqq edirlər. Amma Ozancan...
 
...Şəxsən mən azərbaycanlı olmadığı üçün millidən imtina edən, xüsusi danışıqlardan sonra isə fikrini dəyişən oyunçunu hətta Maradona da olsa, milliyə çağırmazdım. Bəlkə də bütün milliləşənlərin xaç atası olan Bernard Lippertin və ya onların meneceri Riad Rəfiyevin xahişi ilə dəvət alıb? İnanmırıq. Çünki Rəşad “Mançester Siti”yə təcrübəyə getməsini təşkil etdiyi üçün Rəfiyevin xahişini nəzərə alacaq biri deyil. O, hətta ölkə başçısının “sən hələ oynamalısan” deməsinə baxmayaraq, milli karyerasını başa vuran adamdı.
 
Bu toplanışdan sonra Rəşadın, ümumiyyətlə, futbolçu karyerasını başa vuracağını da demək olar. Çünki bütün klublar mövsümün ikinci yarısına hazırlaşdığı vaxt Sadıqov məşqçi kimi komandasını quracaq, çempionatda rəqib olduğu cavanlardan kollektiv formalaşdırmağa çalışacaq. “Qarabağ”la birlikdə toplanış keçməyən kapitanın Ağdam klubuna ciddi kömək etməsi mümkün deyil.
 
AĞA

 
tarix: 06-01-2018 14:42


 
Xəbər lenti
17.01.2018

03:00   “Lester”lə “Vest Hem” də növbəti mərhələyə vəsiqə qazandı

02:46   Çempion yenə xal itirdi - VİDEOLAR

02:16   “Sürix”lə matç öncəsi son məşq

01:12   “Fənərbaxça” 1/4 finalda, “Bursaspor”la “Trabzonspor” dayandı

00:24   Divizion təmsilçilərinin duelində 3 qol - VİDEO

16.01.2018

23:32  Mustafa Dənizli Azərbaycan klubu ilə razılığa gəldi

22:31  “Sürix”lə ikinci sınaq - VİDEO

20:36  “Qarabağ” “Kuban”la oyuna hazırdı

19:20  Rəşad Sadıqovdan uğurlu debüt

18:54  “Qarabağ” dünyanın 100 ən güclü klubu sırasında

18:33  “Kəpəz” daha 3 transferi rəsmən açıqladı - FOTO

18:11  “Çempionatın startına kimi tam hazır olmağa çalışacağıq” - VİDEO

17:50  “Neftçi” futbolçusu ilə müqaviləyə xitam verdi

17:31  “Sabah” “Binə”yə qalib gəldi

17:11  “Qəbələ” - “Sürix” matçının başlama saatı açıqlandı

16:47  Prosineçkidən Şehiç açıqlaması

16:23  Millimizdən 6 qolluq qələbə

16:00  Sergey Litovçenko “Kəpəz”i seçməsinin səbəbini açıqladı

15:45  Türkiyə klubu Mahirə olan borcunu ödəmədiyi üçün cəzalana bilər

15:17  “Kəpəz” iki legionerlə müqavilə imzaladı

14:27  Fransa millimizlə oyuna 14 futzaçı ilə hazırlaşacaq

14:07  “Neftçi” 2 dövrənin antirekordçusudu

13:54  Rəqib baş məşqçi yekun heyəti açıqladı

13:08  Stadionda faciənin qarşısı alındı - FOTO

12:19  “Azərbaycan millisinə qiymət vermək çətindi”

11:55  UEFA Superkuboku üçün 9 namizəd

11:41  “Sumqayıt” Divizionun liderinə belə qalib gəldi - VİDEO

11:20  “Zirə” - “Keşlə” matçının məkanı bəlli oldu

11:00  “eTopaz”da günün canlı oyunları

10:27  Futbolçunu vuran hakim cəzalandı, qərarı ləğv olundu

10:00  “TOPAZ”DA BU GÜN

09:36  Büdcəni aşan komitəyə “qulaqburma”

09:28  AFFA-nın yalanı: hollandlar razılıq verməyibmiş

09:24  Erməni məşqçiyə ömürlük cəza

09:12  Aleksandr İaşvili: “Razılaşmamız rəsmi xarakterli deyildi”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az