(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
“Bu mövsüm əvvəlki illərdə olduğu kimi, asan qələbələr görmədik”

“Bu mövsüm əvvəlki illərdə olduğu kimi, asan qələbələr görmədik”

Dekabrın 26-da keçirilən 14-cü turun oyunları ilə futzal üzrə Yüksək Liqada mövsümü yarılamış olduq və komandalar fevralın 15-dək fasiləyə yollandılar. Biz də arxada qalan iki dövrə ilə bağlı Yüksək Liqada çıxış edən komandaların baş məşqçiləri ilə söhbətləşdik. Mütəxəssislərin hər birinə 4 sualla müraciət etdik. Bu dəfə həmin sualları “Yasamal”ın baş məşqçisi Rüfət Hüseynov cavablandırıb. Futbolinfo.az həmin müsahibəni təqdim edir:

- Başa çatan 2 dövrə ilə bağlı hansı məqamları qeyd etmək istərdiniz?
- İlk iki dövrə gərgin keçdi. Əvvəlki illərdə olduğu kimi, asan qələbələr görmədik. Demək olar, komandaların səviyyəsi bir-birinə yaxındır. Kimin qalib gələcəyini deməkdə çətinlik çəkirsən. Ola bilsin, favoriti göstərəsən, amma onun rahat şəkildə qələbə qazanacağını proqnozlaşdırmaq mümkün deyil. Turnir cədvəlinə baxdıqda, bunu görməmək mümkün deyil. Sevindirici haldır ki, Yüksək Liqaya dəvət edilən komandalar da intirqanın yaranmasında yaxından iştirak edirlər. Onlardan biri liderlər qrupunda yer alıb, digəri isə ora can atır. Əlbəttə, bu cür gedişat sevindirici məqamdı. Cari mövsümlə bağlı yeniliyin, özəlliyin biri də futzala mətbuat tərəfindən marağın artmasıdı. Oyunların canlı yayımlanması, müxtəlif televiziya kanallarının oyunlardan kadrlar çəkməsi, yayımlaması, hər turdan sonra nəticələri digər saytlarda və qəzetlərdə oxumaq bu sahədə illərdi çalışan bir mütəxəssis kimi bizi sevindirməyə bilməz. Bunun davamlı olmasını arzulayıram. 

- Komandadan kimlər göndəriləcək və hansı oyunçular heyətə cəlb ediləcəklər?
- Kimlərin gedəcəyini indidən deyə bilməyəcəm. Bilirsiniz ki, mən komandaya 4-5 tur əvvəl dəvət edilmişəm. Buna qədər “Yasamal”ı iranlı məşqçi çalışdırırdı. Komandanın baş məşqçi təyin edildikdən sonra ilk işimiz qış fasiləsinə qədər qalan oyunları yüksək səviyyədə keçirməkdi. Təbii ki, əlimizdə olan “material”a uyğun şəkildə. İndi oturub planları tərtib edəcəyik. Kimlərlə yolumuza davam edəcəyimizə də rəhbərliklə danışdıqdan sonra aydınlıq gələcək. Əlbəttə, güclənməyə ehtiyacımız var. Bildiyiniz kimi, bizim Birinci Liqada da komandamız var və ordan bəzi oyunçuları əsas komandaya dəvət edəcəyik. Kənardan da sıralarımıza qatacağımız futzalçılar olacaq. 

- Qış hazırlıq planları necə olacaq (komanda nə vaxt məşqləri bərpa edəcək, məşqləri harda keçirəcək və s.)?
- Yanvarın 10-da məşqləri bərpa edəcəyik. Hazırlığımızı Bakıda keçəcəyik. Hər dəfə olduğu kimi, əvvəlcə fiziki hazırlıqdan başlayacağıq. Sonra taktiki planda məşqlər edəcəyik, mümkün qədər yoxlama oyunlarında da gücümüzü sınayacağıq. 

- Arxada qalan 2 dövrənin birinci və ikinci “beşliy”inə kimləri daxil edərdiniz?
- Emin Kürdov (EKOL), Renat Sultanov (“Marafon Futsal”), Eduardo Borges (“Araz”), Rüfət Balakişiyev (“Neftçi”), Telez Thaqo (“Araz”) birinci “5-liy”im olardı. Onların əvəzedici “5-liy”ini isə belə qurardım: Ramin Həsənzadə (“FK. İD. Futsal”), Əjdər Əjdərov (“Neftçi”), Fərid Ələkbərov (EKOL), Seymur Məmmədov (“Marafon Futsal”), Tural Qurbanov (“Neftçi”).

(AFF)


 
tarix: 07-01-2018 11:32


 
Xəbər lenti
23.07.2018

11:15   “Zirə” Türkiyə klubuna qarşı - YENİLƏNİR

11:11   Anri “Aston Villa”nı çalışdıracaq

11:05   “Qarabağ”ın potensial rəqibi bəlli olur - YENİLƏNİR

10:47   “eTopaz”da günün canlı oyunları

10:27   Ruslan Abışova əvəzedici axtarışı: daha bir transfer olacaq

10:19   “Neftçi” “Keşlə”yə qarşı

10:13   PFL püşk atır

10:00   “TOPAZ”DA BU GÜN

09:36   Braziliyalı qapıçı İtaliyada klubunu dəyişdi

09:29   “Qəbələ” Qurbanovla davam edəcək

09:22   Axundov vədini unutdu: yeni baş məşqçi bəllidi

09:17   Məsut Özildən şok qərar - Almaniya yığmasından getdi

09:11   Pərdis özünə klub tapdı

09:00   AFFA-da mühüm görüş: əvəzedicilər diviziona göndərilir

22.07.2018

23:43  “Neftçi” “Səbail”ə qalib gəldi

22:37  Millimizin Bakıda toplanışı olacaq

22:29  Millimizdən son oyunda qələbə

21:17  “Qarabağ” Delarjla neçə illik anlaşıb?

20:20  “Səbail” daha bir Türkiyə klubuna məğlub oldu

19:27  Super Liqa klubu “Sumqayıt”ı biabır etdi

17:34  Rafael Markes karyerasını başa vurdu

15:05  “Qarabağ”la ilk görüşdə qol buraxmamaq çox vacibdi”

13:55  “Sabah” daha 2 oyunçu ilə müqavilə bağladı

12:43  Asim Xudiyev Ermənistan klubunun oyununa təyinat aldı

12:22  Əliyar Ağayev Avroliqa matçına təyinat aldı

11:59  “Sumqayıt” “Alanyaspor”a qarşı

11:32  Şevçenko yenidən Ukrayna millisində

11:25  Millimizin sabiq forvardı Latviyada yenə dubl etdi

11:19  Kiyev “Dinamo”su mövsümə kubokla başladı

11:01  "Qarabağ" 200 min dollara hücumçu alır

11:00  “eTopaz”da günün canlı oyunları

10:31  Eminsiz “Kalmar” doğma meydanda uduzdu

10:00  “TOPAZ”DA BU GÜN

09:32  Şeydayevin klubundan 2 yeni transfer

01:29  “Sumqayıt”ın futbolçuları Bolu toplanışını dəyərləndirdi - VİDEO

00:55  “Sabah”da daha 3 imza

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az