(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Qurban Qurbanov bezdi və baş katiblə görüş istədi

Qurban Qurbanov bezdi və baş katiblə görüş istədi

Qurban Qurbanov bezib. Milli komandamızın baş məşqçisi elə təngə gəlib ki, hətta geri addım atmaq niyyətinə düşüb.
 
Futbolinfo.az xəbər verir ki, yeni ilin ilk günlərində Qurbanov AFFA-nın baş katibi Elxan Məmmədovdan təcili görüş istəyib. Və onlar assosiasiyanın binasında deyil, Bakının məşhur otellərindən birində üz-üzə əyləşiblər. Bu görüş hansısa məsləhətləşmə üçün deyil, məşqçinin şikayətlərini çatdırması üçün reallaşıb.
 
Əldə etdiyimiz bilgiyə görə, Qurban bəy bu şəraitdə işləyə bilmədiyini və təzyiqlər davam edəcəyi halda hətta istefa verə biləcəyini dilə gətirib. Məmmədov isə ondan bir neçə gün vaxt istəyib və problemi imkan daxilində yoluna qoyacağına, daha yuxarı dairələri məlumatlandıracağına söz verib.
 
İş ondadı ki, təyinatı rəsmiləşəndən bu yana Qurban bəyin telefonları susmur. Futbol ictimaiyyətinin nüfuzlu şəxsləri, menecerlər, hətta rəhbər şəxslər kiminsə xahişini etmək üçün Qurbanovu narahat edirlər. Həmişə tapşırıqla işləyən insanlar Qurban bəydən də məşqçi, futbolçu, inzibati heyət seçimində köhnə qayda ilə davranmağı gözləyirlər. Konkret olaraq, Riad Rəfiyevin millinin meneceri postunda qalması üçün AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, sabiq yığma məşqçilərinin bir neçəsi üçün Məşqçilər Komitəsinin üzvləri, futbolçulara görə isə daha çox adam tapşırıq-xahişlə məşqçinin üstünə gəlir.
 
Qurban bəy bu təzyiqlər qarşısında normal iş qura bilmir, hər addımda badalaq görür. O da artıq bunlardan bezib və çarəni baş katiblə danışmaqda görüb. Xahişi edilənlərin əksəri Məmmədovun sevimliləri olduğu üçün, məhz onunla söhbət də təsadüfi deyil.
 
Təbii ki, tapşırıq, xahiş Azərbaycan futbolunda yenilik deyil. Klubunda oynamaya-oynamaya milliyə dəvət alanları, bacarığı olmadan start heyətində oynayanları kifayət qədər görmüşük. Qurbanov indi bu sistemi dəyişmək, təmiz, işlək mexanizm qurmaq istəyir. Ortaya çıxan belə süni əngəllər isə onun narahatçılığına səbəb olur. Qurban bəy Samir Ələkbərov kimi mətbuata açıqlama verən, qalmaqal çıxaran adam deyil. O, məsələni daha sivil yolla qaydasına qoymaq niyyətindədi.
 
Yəqin ki, problem həllini tapacaq. Əks halda, həm yüksək dairələrdən, həm də ictimaiyyətdən böyük dəstək alan nüfuzlu Qurbanovun istefası ajiotaj doğurar, çox başları ağrıdar. Bununla belə, Qurban bəy bu məsələni baş katiblə deyil, AFFA prezidenti ilə həll etməlidi. Elxan Məmmədov vəzifəcə icraedicidi və Qurbanov bu görüşlə katibi şərəfləndirmiş olub. Köhnə sistemi dəyişmək üçün Elxan bəylə danışmaq yox, onun özünü proseslərdən kənarda saxlamaq lazımdı.
 
P.S.: Məsələ ilə bağlı Qurbanovla da danışmağa cəhd etdik. Lakin ölkə xaricində olan məşqçi zənglərimizi cavabsız qoydu.

 
tarix: 08-01-2018 11:03


 
Xəbər lenti
20.06.2018

16:48   Portuqaliyadan erkən qol - YENİLƏNİR

16:46   Sənan Qurbanov: “Proqres” kifayət qədər ciddi rəqibdi”

16:24   Rəqiblər 131-ə çatdı, “Baltsan” 22-cidi

16:18   UEFA “Qarabağ”ın ÇL-də ilk oyununun vaxtını dəyişdirdi 

15:59   “Baltsan” rəsmisi: “Keşlə” cütün favoritidi”

15:45   “Neftçi” üçün “Qəbələ” nümunəsi

15:37   Yeni ənənə və evdə quru hesablı qələbə

15:29   “Keşlə” üçün “asan yem”

15:16   Bordin: “Çalışacağıq ki, bu dueldən qalib çıxaq”

15:00   Avroliqada ilk təsnifat mərhələsinin bütün cütləri

14:30   İlkə imza atmaq istəyən Bordin: “Hədəf çempionluqdu” - EKSKLÜZİV

14:14   “Qəbələ”, “Neftçi” və “Keşlə”nin rəqibləri bəlli oldu

14:00   Super Liqa klubu Sərgən Yalçını göndərib, Rza Çalımbayı gətirdi

13:46   Premyer Liqa klubundan rekord transfer

13:11   Dünya çempionatlarının rekorduna şərik oldular

13:00   Topaz Premyer Liqasında yay bazarlığı - YENİLƏNİR

12:16   “Olimpiya”nın baş məşqçisi: “Elə “Qarabağ”ı arzulayırdım”

11:42   “Neftçi”yə belə futbolçuların transfer olunmasına çox sevinirəm”

11:28   DÇ-2018: 8-ci oyun gününün hakimləri

11:00   “eTopaz”da günün canlı oyunları

10:42   Kuperin Misir macərası başa çatdı

10:18   Ansi Aqolli: “Zəif komanda öz ölkəsində çempion ola bilməz”

10:00   “TOPAZ”DA BU GÜN

09:51   Rəşad Sadıqov: “Çətin iki oyun olacaq”

09:35   “Arsenal” Bundesliqa klubundan qapıçı aldı - 23 milyona

09:00   Zaur Axundov Elxan Məmmədovun kadrını qovur

02:50   “Qarabağ” Avstriyaya yola düşür - Bu gün

01:00   Yenə Denis Çerışev

00:08   Rusiya ilə Misir də bacarmadı - VİDEO

19.06.2018

23:50  Rusiyadan 2-ci, Seneqal və Yaponiyadan ilk qələbə

21:21  Nyanq ən yaxşı seçildi

21:05  Polşa Seneqala belə uduzdu - VİDEO

20:20  Emin Mahmudov: “Özümü burada çox yaxşı hiss edirəm”

20:05  Millimiz İranla yoldaşlıq oyunları keçirəcək

19:11  Kolumbiya - Yaponiya matçının ən yaxşısı

18:47  “Qarabağ” “Olimpiya”ya məğlub olsa…

18:16  Yaponiya Kolumbiyanı belə məğlub etdi - VİDEO

17:44  Sloveniya ilə 7-ci duel: İlk dəfə çempionlar

17:21  “Neftçi”nin iki rəqibi bəlli oldu

16:51  “Qəbələ”yə transfer mənim üçün irəliyə addımdı” - VİDEO

16:30  “Qarabağ” “Olimpiya” səddini keçsə…

16:00  “Olimpiya”ın kapitanı: “Rəqib çətin olsa da, məğlubedilməz deyil”

15:42  “Olimpiya” - “Qarabağ”: İlk matçın vaxtı bəlli oldu

15:30  “Qarabağ”ın rəqibini yaxından tanıyaq

15:09  Qurban Qurbanov: “Bizə ən çətin və gözlənilməz rəqib düşdü”

14:25  “Qarabağ”ın bəxtinə “Olimpiya” düşdü

13:45  “Qəbələ”dən ayrıldı, Ukrayna klubu ilə müqavilə imzaladı

13:22  Portuqaliya klubu Sinişa Mihayloviçə tapşırıldı

12:30  “Barselona”nın istədiyi futbolçu “Atletiko” ilə müqavilə imzaladı

12:05  DÇ-də iştirak edən milli komanda ölümdən döndü - VİDEO

11:51  DÇ-2018: Daha 3 oyunun hakim təyinatları bəlli oldu

11:47  Braliç digər klublarımıza daha ucuz qiymətə təklif olunubmuş

11:32  “Qəbələ”nin legioneri: “Azərbaycan Kosovonu ciddiyə alsın”

11:17  AFFA və “Kəpəz”in 18 min manatlıq borcu

11:00  “eTopaz”da günün canlı oyunları

10:34  Millinin qapıçısı rəsmən Premyer Liqa klubunda

10:00  “TOPAZ”DA BU GÜN

09:33  “Roma” baş məşqçisi ilə müqavilə yenilədi

01:04  Dario Frederiko: “Neftçi”yə ona görə gəlmişəm ki...” - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az