(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Məşqçi dəyişikliyi ilə sistem qurmaq olmaz: işlək komanda lazımdı

Məşqçi dəyişikliyi ilə sistem qurmaq olmaz: işlək komanda lazımdı

Milli komandalardakı məlum dəyişikliklər, yenilənmələr müsbət effektini vermir. Belə davam etsə, “Qarabağ”la tarixə düşən, hamının ölkə futbolunun xilaskarı kimi baxdığı Qurban Qurbanov da “xərclənəcək”.
 
Qurbanovun millinin baş məşqçi postuna təyinatı ən yüksək səviyyədə istənmişdi, azarkeşlər, futbol ictimaiyyəti də bu məsələdə yekdil idi. Lakin AFFA-da kök salan işbazlar, yığma komandalar sayəsində qaz vurub, qazan dolduranlara bu seşim sərf etmir. Çünki Qurbanov rüşvətsiz, tapşırıqsız və ən əsası, qara işlərdən kənar olan sistem qurmaq istəyir. Bu sistem futbol üçün vacibdi, amma bəzi məmurlar üçün yox. Və onlar indi Qurban bəyi hər addımda büdrətməyə, süni əngəllərlə bezdirməyə, nüfuzdan salmağa cəhd edirlər.
 
Bütün milli komandalara nəzarəti ələ alan mütəxəssis iş metodu ilə bir çox problemləri həll etsə, bu, sabiqlərin ifşa edilməsi olacaq. Deməli, 10-15 ildi futbola rəhbərlik edənlər, onun vasitəsi ilə cibini dolduranlar zamanı boşa verib, milyonları havaya sovurub. Məhz bu səbəbdən həmin adamlar özlərinin bacarmadığına Qurbanovun nail olmasına da imkan vermək istəmir. Hər yerdə süni əngəllər, təzyiqlər...
 
Əslində, Qurbanov yolun əvvəlində ikən səhvlər edir - AFFA hər şeyə nəzarət edə bildiyi “Qarabağ” deyil. Klubdakı kimi işinin ağası olmaq üçün Qurban bəy mütləq öz komandasını yaratmalıdı. Və bu komanda müxtəlif millilərə təyin edilən məşqçilərdən, onların seçdiyi futbolçulardan ibarət olmamalıdı.
 
İndiki halda, milli ilə bağlı bütün məsələlərin mərkəzində baş məşqçinin adı var. Qurbanov rəqib seçimindən tutmuş ən xırda detala kimi, bütün məsələlərdə cavabdeh adamdı. Belə gərgin qrafikdə, iş rejimində səhvlər, yanlış addımlar qaçılmazdı. Üstəlik, “Qarabağ”ın da problemləri var və Qurban bəy çəkə biləcəyindən artıq yük götürüb. Bəlkə də öhdəsindən gəlmək olar, lakin AFFA-nın daxilində bu qədər badalaqvuran varkən, çox çətindi.
 
Qurbanov işə məşqçi təyinatları ilə yox, komandasını formalaşdırmaqla başlamalı idi. Və hələ də gec deyil. Yığmaları AFFA-dan qismən ayırmaq, muxtar tipli bir qurum yaradılmasına nail olmaq mütləqdi: Peşəkar Futbol Liqası kimi. Deyək ki, Milli Komandalar Departamenti... Və ora nüfuzlu biri rəhbər qoyulmalıdı. Elə bir rəhbər ki, yığmaların problemlərinin vaxtında həllinə nail olsun, təşkilati məsələlərdə məşqçilərdə hansısa sual yaradacaq boşluğa imkan verməsin və təzyiqləri Qurbanovdan öncə qarşılasın. Bu sistemin içində Qurban bəy bir qədər əlçatmaz olmalı, fikrini yalnız sistemin oturdulmasına, yaşıl meydana yönəltməlidi.
 
Bu departament təkcə rəhbərdən ibarət olmamalı, milli ilə bağlı bütün sahələri əhatə etməlidi. Seleksiyaçılar, menecerlər, məşqçilər, həkimlər qrupu olmalıdı. Qurbanov milli komandaya mətbuat katibi gətirib, amma hələ də onun fəaliyyət göstərməsi üçün şərait yoxdu. Halbuki milli komandayla bağlı hətta sayt açmaq, sosial şəbəkədə iş qurmaq da lazımdı. Qurbanovun tələb etdiyi baza problemi həllini tapmayıb, süründürməçilik davam edir. Və bütün bu süni əngəllər yeni sistemin yaradılmasını axsadan, bəlkə də təməldən uğursuz edəcək faktorlardı.
 
Qurban bəy bu məsələlərə ciddi yanaşmalı, seçmə mərhələnin startınadək problemləri yoluna qoymalı, daha sonra rahatca işləməlidi. Sonra gec olacaq, Millətlər Liqasındakı mümkün uğursuzluq, 1-2 yoxlama matçında məğlubiyyət onun uğurunu istəməyənlərə şans verəcək. Millidə alacağı maaşla bağlı söz-söhbət, ardınca avtomobili ilə bağlı müzakirələr boşuna deyildi, qarşıda hələ onun ictimai nüfuzuna zərbə vurmağa hesablanmış yeni hoqqalar da olacaq – fitnəkarlar yatmayıb.
 
Yuxarıda sadaladıqlarımızı təmin etmək heç də çətin iş deyil. Berti Foqts üçün havaya sovrulan milyonları demirik, təkcə Robert Prosineçkinin maaşının 1/3 hissəsi ilə kompleks iş görmək olar. Xorvat məşqçiyə verilən 1,2 milyon avronun boşuna getdiyini zaman sübut etdi. İndi Prosineçki Bosniya və Herseqovinada ilinə 180 min avro alacaq – Azərbaycanda ayyarıma qazandığı qədər. Robertə yeni müqavilə üçün 1,5 milyon təklif edənlər indi həmin məbləğin kiçik bir hissəsi ilə ölkə futbolunun taleyini dəyişəcək sistemin qurulmasına razı olmalıdı.
 
Qurbanovun da xərclənməsinə imkan vermək olmaz. Nüfuzu, bacarığı, vətənpərvərliyi, dürüstlüyü ilə tanınan, zəhməti hesabına zirvədə olan bu məşqçiyə badalaq vurmaq yox, ona dəstək olmaq lazımdı. AFFA buna istəyirmi? Son xəbərlər sevindirici deyil...
 
CAVAD

 
tarix: 08-01-2018 12:18


 
Xəbər lenti
23.05.2018

14:55   Zeedorf istefaya göndərildi

14:48   “Səbail”dən daha bir məşqçi getdi: Yeni iş yeri də məlumdu 

14:26   Tender qrupunun üzvləri AFFA-da

13:56   100 illik yubileyə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək

13:49   AFFA-dan iranlılara 10 oyunluq cəza

13:44   Eltun Yaqublunun idarə etdiyi “Səbail”

13:12   Azarkeşlərindən “Sumqayıt”a daha bir zərbə

13:07   Billiat “Qarabağ”a qolla gəlir

13:00   Cavid Hüseynova ağır cəza

12:49   Divizion klubları üçün vaxt bitdi

12:44   "Qarabağ"da daha iki ayrılıq

12:01   Regional həvəs

11:18   “Arsenal”ın yeni baş məşqçisi rəsmən açıqlandı

11:12   La Liqa klubunda yeni baş məşqçi

11:04   Tərlan Əhmədovun yeni iş yeri

11:00   “eTopaz”da günün canlı oyunları

10:47   Samir Əliyev niyə getdi?

10:28   Millimiz məğlub oldu

10:00   “TOPAZ”DA BU GÜN

09:32   Eminsiz “Kalmar” yenə məğlub oldu

01:03   “Səbail”in futbolçusu Uelslə oyunlara dəvət olundu

00:12   Super Liqada daha bir klub baş məşqçisini yola saldı

00:05   Nazarovlu “Ersgebirge” 2-ci Bundesliqada qaldı

22.05.2018

23:38  Samir Əliyev “Səbail”lə yollarını ayırdı

23:27  Region Liqası başa çatdı

18:33  Azərbaycan kubokunun qalibi bəlli oldu

18:11  Həm evdə, həm də səfərdə

18:07  Abışovla Hacıyev üçün əlamətdar tur

17:44  “Qəbələ”nin futbolçularına qarşı 100 min manatlıq dələduzluq!

17:39  “Yaz turniri”nə yekun vuruldu

17:38  Final matçının hakimləri açıqlandı

17:25  Azərbaycan futbolunda ilk

13:53  Yunanov “Keşlə”də

13:47  Tuheli Favr əvəz etdi

13:37  Dağıdılan neft pulları: "Keşlə" yeyinti məhsulları

13:12  Premyer Liqada dövrənin və 2018-ci ilin ən yaxşısı

12:55  Alxasova Polşadan dəvət

12:15  “Sumqayıt”da yarpaq tökümü başladı

12:01  Pelleqrini yenidən Premyer Liqada

11:22  La Liqada yeni klub

11:00  “eTopaz”da günün canlı oyunları

10:31  “Slaviya”dan Muradovsuz qələbə

10:00  “TOPAZ”DA BU GÜN

09:37  “Volfsburq” Bundesliqada qaldı

09:00  Çempionun hüzurunda

01:13  U-11 Liqasının qalibi bəlli oldu

00:50  “Qarabağ”a çempionluq kuboku təqdim olundu - FOTOLAR

00:35  “Qəbələ” gümüş, “Neftçi” bürünc medallarına qovuşdu - FOTOLAR

00:09  Baqali Dabo: “Çempionluğu seçərdim”

00:01  Ramil Şeydayev: “Harada oynayacağımı hələ bilmirəm”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az