(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
“Əvvəlki kimi rahat oynaya bilmirik”

“Əvvəlki kimi rahat oynaya bilmirik”

Futzal üzrə Azərbaycan milli komandasının və “Araz” klubunun üzvü Xətai Bağırov Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

- İki dövrə ilə bağlı “Araz”ın çıxışını necə dəyərləndirirsən?
- Fasiləyə zirvədə yollanmışıqsa, deməli, istəyimizə nail olmuşuq. “Neftçi” ilə birinci dövrədəki oyuna yaxşı hazırlaşmamışdıq. Buna görə də, xal itkisi ilə üzləşdik. Qalan oyunların hamısında qalib gəlmişik.

- “Neftçi” ilə oyunda yaxşı hazırlaşmamağın, yoxsa saymazyana yanaşmanın güdazına getdiz?
- Yaxşı hazırlaşmamışdıq. Əvvəlki turda qırmızı vərəqə alıb cəzalı duruma düşən, zədə üzündən oyunu buraxan oyunçularımız var idi. Bu amillər təsirini göstərdi.

- “Araz” üçün bu məsafə bir nəfəsə qət edildi?
- Nəyi demək istədiyini anladım. Heç nə asan olmadı. Çətinlik çəkdiyimiz oyunlar da oldu. Əvvəlki kimi rahat oynaya bilmirik. Məsələn, keçən il əksər oyunlarda 10-15 dənə qol vururduq, indi buna az nail oluruq. Olanda belə, oyun birtərəfli keçmir. Komandalar bu il yaxşı hazırlaşıblar. Bu da nəticələrdə özünü göstərir.

- Hansı komandanı güc baxımından “Araz”a yaxın hesab edirsən?
- Bu, komandanın oyuna hazırlaşmağından asılıdı. Məsələn, “Neftçi” bu mövsümü yaxşı keçirmir, amma bizimlə oyunda əla çıxış etdi, nəticə də qazandı. Halbuki ikinci pillədə yer alan “Marafon Futsal”dı və hər iki oyunda onları udmuşuq. Yenə deyirəm, burda əsas məqam oyuna hazırlıqla bağlıdı.

- Turnir cədvəlinin bu şəkildə qurulacağını düşünürdünmü?
- Gözlədiyim kimi deyil. Birincisi, özümüz 100 faizli nəticə qazanmamışıq. EKOL-un, “Neftçi”nin üst sıralarda yer alacağını düşünürdüm, ancaq debütant “Marafon Futsal” onları qabaqladı. Halbuki “Marafon Futsal”dan bu nəticəni gözləmirdim. Bu cür olmağı onu göstərir ki, çempionatda rəqabət artıb. Yeni gələn komandalar yarışa maraq qatıb. İstədim iştirakçı komandaların sayı 10 olsun, tura yaxşı hazırlaşaq və bunun UEFA Kubokundakı çıxışımıza müsbət mənada təsiri olsun. Həm də meydana çıxan zaman rəqibin təhlükəli olduğunu hiss edirsənsə, deməli, matç gərgin və maraqlı keçəcək. Bunu hiss etdirəcək komandaların sayının çox olmasını istərdim.

- Hazırkı səviyyənin təsiri hiss olunurmu?
- Cari mövsümdəki gərginlik, oyunlarda sürətin bir qədər artmasını hiss etdik. Düzdü, “Araz” ilk dəfə mübrizəni bu mərhələdə dayandırdı. Ancaq çempionat zamanı ciddi hazırlıq keçməyimizin bəhrəsini meydanda hiss edirdik. 

- Avropa çempionatının final mərhələsinin oyunlarına qısa vaxt qalıb. Əvvəlcə rəqiblərlə bağlı fikrini öyrənmək istərdik.
- İspaniyadan başlayım. Çempionatın ən güclü komandası bizimlə bir qrupa düşüb. Dəfələrlə Avropa, dünya çempionu olublar. Yəni onlar hansı çempionata qatılırsa, o yarışın favoritidirlər. Fransanın timsalında ilk dəfə bir komanda birinci mərhələdən final oyunlarına qədər yüksəldi. Deməli, bu ciddi siqnaldı. Xorvatiya kimi komandanı udublar. Halbuki Xorvatiya hər zaman bizi incidən rəqib olub.

- Bu dəfə qrup oyunlarına nisbətən zəif rəqiblə başlaycaqsınız. Təqvimin bu cür qurulmasını üstünlük saymaq olarmı?
- Qrupdan çıxmaq məsələsini birinci oyunda həll etmək olar. Bunu etdikdən sonra İspanlarla oyuna yaxşı hazırlaşmaq mümkündü. Məncə, məsələni ilk oyunda həll etməliyik.

- Əvvəlki illərlə müqayisədə millinin bir qədər zəif təsir bağışladığı fikri ilə razılaşırsan?
- Milli zəif deyil. Hər şey hazırlıqdan asılı olacaq. Bayaq “Neftçi” nümunəsini elə-belə çəkmədim. İranda keçirilən turnir də göstərdi ki, oyuna lazımi qaydada hazırlaşan komanda məqsədinə də çatır.

- Yeri gəlmişkən, fasilə müddətində “Araz” 3 braziliyalı futzalçı ilə yollarını ayırdı. Bu komandanın zəifləməsinə səbəb ola bilərmi?
- Komanda zəifləməyəcək, əksinə güclənəcək. Gedənlər yaxşı oyunçulardı, ancaq hazırkı heyətimizdə onları əvəzləyəcək futzalçılarımız var. Onların yeri görünməyəcək.


 
tarix: 08-01-2018 16:11


 
Xəbər lenti
19.04.2018

17:24   Matç zamanı futbolçunun boğazını kəsdilər

17:08   Məhkəmə “Bakı”nın prezidentinin şirkəti ilə bağlı qərarını açıqladı

16:17   Bir oyunun başlama saatı dəyişdirildi

15:28   Təxirə salınmış oyuna hakim təyinatları açıqlandı

14:36   Abdullayev: “İnanıram ki, avrokuboklara vəsiqə qazanacağıq”

13:43   “Qəbələ” finala vəsiqəni belə təmin etdi – FOTOLAR

13:23   “Keşlə” “Sumqayıt” səddini belə keçdi - FOTOLAR

12:40   Konte jurnalistlərin önündə həyat yoldaşının zəngini cavabsız qoydu - VİDEO

12:17   “Qəbələ” finala vəsiqəni belə bayram etdi - FOTOLAR

11:41   Əcnəbilərin 2-ci hegemonluğu: Finalda Ukrayna savaşı

11:25   Millimiz “Qarabağ”a məğlub oldu

11:02   “eTopaz”da günün canlı oyunları

10:31   Emin oynamadı, “Kalmar” xal itirdi

10:00   “TOPAZ”DA BU GÜN

09:01   Tərlan Əhmədovun uduzduğu final

02:30   Fransa Kubokunda hər iki finalçı bəlli oldu - VİDEO

02:18   “Qalatasaray”ı finala buraxmadılar - VİDEO

01:56   “Bavariya”nın finaldakı rəqibi bəlli oldu - VİDEO

01:44   “Real” doğma meydanda büdrədi - VİDEOLAR

01:17   “Yuventus” xal itirdi, “Napoli” yararlandı - VİDEOLAR

00:57   MY-dən səfərdə inamlı qələbə - VİDEO

00:39   “Qəbələ” “Neftçi”ni belə keçdi - VİDEO

00:25   “Deyirdilər ki, “Qəbələ” “Roma” və ya “Yuventus” deyil ki, geridönüş edə”

00:18   Təmkin Xəlilzadə: “İstəyimiz kuboku qazanmaqdı”

00:07   Fariz Nəcəfov: “Xahiş edəcəm ki, finalın yeri dəyişdirilsin”

18.04.2018

22:48  Tərlan Əhmədov: “Avrokuboklara vəsiqə qazana bilməsək, istefa verəcəm”

22:41  Qriqorçuk: “Qəbələ”də titul əldə etmək üçün çox şey qurban vermişəm”

22:26  “Neftçi” - “Qəbələ” matçı sonrası baş verənlər - VİDEO

22:09  “Neftçi” - “Qəbələ” matçı insidentlə bitdi: Yenə polis vəhşiliyi

21:52  “Qəbələ” və “Keşlə” finalda!

21:09  Maksimov: “İnsidentə görə üzr istəyirəm”

20:57  “Sumqayıt”ın məşqçisi: “Rəqib bizdən daha istəkli idi”

19:57  “Keşlə”ni finala çıxaran heç-heçə - VİDEO

18:58  Millimiz Makedoniyaya penaltilərlə qalib gəldi

18:39  Yuri Maksimov qovuldu - Dava anının VİDEOSU

17:15  “Anortosis” Araz Abdullayevi saxlamaq istəmir?

16:49  “Neftçi”dən azarkeşlərə hədiyyə

15:45  U-16 yığmamız 5 qolla qalib gəldi

15:16  Əliyar Ağayev “Mançester Siti” - “Barselona” oyununa təyinat aldı

15:00  “Anortosis”dən Araza ad günü təbriki – VİDEO+FOTOLAR

14:05  Vyana “Qarabağ”ı son qələbəsini belə bayram etdi - VİDEO

13:48  Kubokda arzuolunan rəqib

12:50  Topaz Premyer Liqasında 24-cü tur: tarixə səyahət

12:27  Birinci Divizionda 24-cü turun hakim təyinatları

11:50  Stoilov: “Azərbaycan millisi ilə oyun bizim üçün yaxşı sınaq olacaq”

11:35  AFFA-nın növbəti yalanı

11:30  “eTopaz”da günün canlı oyunları

11:24  Samir Abasov hara gedir?

11:11  Kloze 17 yaşlılarla işləyəcək

11:00  “TOPAZ”DA BU GÜN

10:52  Aquero üçün mövsüm bitdi

10:45  Hər 2 komandanın sevimli hakimi

10:34  “Neftçi” ajiotaj arzusunda

10:21  Paytaxt klubunda yeni müqavilə - FOTO

10:12  Vidal mövsümü erkən başa vurdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az