(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Belə etmə, Rəşad!

Belə etmə, Rəşad!

Aydın Bağırov email: aydinbagirov@gmail.com

Ozan Can Kökcü Hollandiya futbolunun yetirməsidi. “Feyenoord”da (aşağı yaş qrupu) oynayanda AFFA-dakılar ona yaxşı pul verib U-21 millimizə cəlb etdilər. 20 yaşlı bu hücumçu 3 ya 4 rəsmi oyunda meydana çıxdı. Amma komandamıza bir qolluq xeyri dəymədi.

Onun ətrafındakı hiyləgər menecerlər isə işlərini yaxşı qurdu. Süni təbliğat apardılar ki, guya bu gün-sabah İngiltərənin Premyer Liqa komandaları Ozanı transfer edəcəklər. Belə axmaq xəbərlərə də ən tez uyan elə bizim futbol idarəçiləri ağlında olan qardaş türklər oldu. Bir də gördük Ozanın səsi İngiltərənin “Everton”undan yox,  Türkiyənin “Bursaspor”undan gəlir. Və “Bursaspor”a keçəndən sonra Ozanın əsl niyyəti üzə çıxdı. Bu da təbiidi. Onsuz da onun ilk gündən hədəfi birbaşa qan bağlılığı olduğu Türkiyənin millisində oynamaq idi. Həm də bu halda Ozan “Bursporda”da legioner sayılmayacaqdı. Sadəcə, bizimkilərin verdiyi pul ilk əvvəl Ozanı şirnikləndirmişdi. “Bursaspor”a keçəndən sonra isə, türklər demiş, dengələr dəyişdi. Və bir gün Ozan Can Azərbaycan millisindən imtina etdiyini dedi: “Milli komandada oynayan futbolçular həmin ölkədə doğulan və özünü həmin məmləkətin vətəndaşı hiss edən şəxslər olmalıdı”.

Yəni mən sizinlə deyiləm, sizdən biri deyiləm. Səmimi, içində heç bir hiylə gizlənməyən açıqlama.

Ozan bu açıqlamanı verəndə 2017-nin sentyabr ayı idi. Lakin qəfil nə oldusa, “Bursaspor” martda aldığı futbolçunu 5-6 ay sonra Hollandiyaya – ikinci liqada yarışan "Valveyk"ə icarəyə göndərdi. Və... məhz elə bu anda  Türkiyə superliqasında (həm də Türkiyə millisində) oynamaq ümidləri azalan, ya da puç olan Ozan Canın  Azərbaycan “sevgisi” baş qaldırdı. Yanvarın 2-də onun mətbuatda belə bir fikirləri peydə oldu: “Mən gəncəm və bəzən hədsiz emosiyalar yalnış qərar verməyimə səbəb olur. Bunu boynuma alıram. Azərbaycanı sevirəm və onun şərəfini qorumaq istəyirəm”.

Nə qədər qeyri-səmimi, saxta bir açıqlama.

Amma işin ən təəccüblü tərəfi bu deyil, təbii ki. Odur ki, bu müsahibənin yayımlandığı tarixdən cəmi 3 gün sonra Ozan Can yenidən milliyə dəvət alır! Və ona dəvəti Rəşad Sadıqov göndərir. Bütün futbolçu karyerası boyu Azərbaycan futboluna şərəflə, ləyaqətlə, heç bir maddi qarşılıq güdmədən təmənnasız xidmət edən adam. U-21-in yeni baş məşqçisi.

İşinə AFFA müdaxiləmi edib, menecer mafiyası Rəşadıdamı inandırıb, yoxsa həqiqətən Sadıqova səmimi şəkildə elə gəlir ki, bu ölkəyə sırf pula görə gələn, öz şəxsi marağını üstün tutub bizə arxa çevirən, dara düşəndə isə yenidən bizə yarınan Ozan Can kimilər qəfil çönüb olub mələk?

Etmə belə, Rəşad. O komanda, o milli həm də bu vətənə səmimi bağlı olanların yeridi. Sənin və sənin kimilərinin yeridi.

Sən ona görə ordasan. Sənə ona görə inanırlar. Həm də bu ölkəyə pul mənbəyi kimi baxanların, bu komandaya saxta hisslərlə özünü pərçim etmək istəyənlərin qarşısını almaq üçün.


 
tarix: 09-01-2018 00:12


 
Xəbər lenti
23.05.2018

14:55   Zeedorf istefaya göndərildi

14:48   “Səbail”dən daha bir məşqçi getdi: Yeni iş yeri də məlumdu 

14:26   Tender qrupunun üzvləri AFFA-da

13:56   100 illik yubileyə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək

13:49   AFFA-dan iranlılara 10 oyunluq cəza

13:44   Eltun Yaqublunun idarə etdiyi “Səbail”

13:12   Azarkeşlərindən “Sumqayıt”a daha bir zərbə

13:07   Billiat “Qarabağ”a qolla gəlir

13:00   Cavid Hüseynova ağır cəza

12:49   Divizion klubları üçün vaxt bitdi

12:44   "Qarabağ"da daha iki ayrılıq

12:01   Regional həvəs

11:18   “Arsenal”ın yeni baş məşqçisi rəsmən açıqlandı

11:12   La Liqa klubunda yeni baş məşqçi

11:04   Tərlan Əhmədovun yeni iş yeri

11:00   “eTopaz”da günün canlı oyunları

10:47   Samir Əliyev niyə getdi?

10:28   Millimiz məğlub oldu

10:00   “TOPAZ”DA BU GÜN

09:32   Eminsiz “Kalmar” yenə məğlub oldu

01:03   “Səbail”in futbolçusu Uelslə oyunlara dəvət olundu

00:12   Super Liqada daha bir klub baş məşqçisini yola saldı

00:05   Nazarovlu “Ersgebirge” 2-ci Bundesliqada qaldı

22.05.2018

23:38  Samir Əliyev “Səbail”lə yollarını ayırdı

23:27  Region Liqası başa çatdı

18:33  Azərbaycan kubokunun qalibi bəlli oldu

18:11  Həm evdə, həm də səfərdə

18:07  Abışovla Hacıyev üçün əlamətdar tur

17:44  “Qəbələ”nin futbolçularına qarşı 100 min manatlıq dələduzluq!

17:39  “Yaz turniri”nə yekun vuruldu

17:38  Final matçının hakimləri açıqlandı

17:25  Azərbaycan futbolunda ilk

13:53  Yunanov “Keşlə”də

13:47  Tuheli Favr əvəz etdi

13:37  Dağıdılan neft pulları: "Keşlə" yeyinti məhsulları

13:12  Premyer Liqada dövrənin və 2018-ci ilin ən yaxşısı

12:55  Alxasova Polşadan dəvət

12:15  “Sumqayıt”da yarpaq tökümü başladı

12:01  Pelleqrini yenidən Premyer Liqada

11:22  La Liqada yeni klub

11:00  “eTopaz”da günün canlı oyunları

10:31  “Slaviya”dan Muradovsuz qələbə

10:00  “TOPAZ”DA BU GÜN

09:37  “Volfsburq” Bundesliqada qaldı

09:00  Çempionun hüzurunda

01:13  U-11 Liqasının qalibi bəlli oldu

00:50  “Qarabağ”a çempionluq kuboku təqdim olundu - FOTOLAR

00:35  “Qəbələ” gümüş, “Neftçi” bürünc medallarına qovuşdu - FOTOLAR

00:09  Baqali Dabo: “Çempionluğu seçərdim”

00:01  Ramil Şeydayev: “Harada oynayacağımı hələ bilmirəm”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az