(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Mahir Şükürov: “Futbolçu olanda da siqaret çəkirdim”

Mahir Şükürov: “Futbolçu olanda da siqaret çəkirdim”

Azərbaycan millisinin keçmiş müdafiəçisi Mahir Şükürov "CBC Sport” telekanalında yayımlanan "3-cü hissə” verilişində qonaq olub.

Futbolinfo.az xəbər verir ki, karyerası ərzində müxtəlif klublarda çıxış etmiş və son olaraq uzun illər oynadığı "Neftçi”nin formasını geyinmiş sağ cinah müdafiəçisi maraqlı açıqlamalar verib.

O, əvvəlcə "Neftçi”də işlədiyi aşağı yaş qruplarından ibarət komandadan ayrılmasına aydınlıq gətirib: "Uşaqlarla işləmək çox çətin idi. Böyük yaş qrupu üzrə komanda verilsəydi, qalıb çalışardım. Biz "Neftçi” üçün can qoymuşuq, oynamışıq, uğurlarında adımız var. Amma baxırıq ki, bu gün komandaya aidiyyatı olmayan adamlar orda işləyir. Belə baxanda Rəşad Sadıqov karyerasını bitirməmiş artıq "Qarabağ”da U-19-da işləyirdi, amma ona böyük qrup vermişdilər, ona görə də Rəşad üçün işləmək asan idi”.
 
Şükürov forma kolleksiyası haqqında danışarkən, "Neftçi”nin heyətində İtaliya "İnter”i ilə oynadığı vaxt formasını əldə etdiyi Koutinyonun gələcəkdə yaxşı futbolçu olacağını "gördüyünü” deyib.
 
Mahir "Azərbaycanda müstəqillik dövrünün ən yaxşı futbolçusu Rəşad Sadıqovdurmu?” sualını da cavablandırıb. O, bu fikirlə razılaşmadığını bildirib: "Oynadığım hər yerdə - istər xaricdə, istərsə də, Azərbaycanda özümü həmişə ən yaxşı saymışam. Müstəqillik dövrünün ən yaxşısı kimi Rəşadı seçmək isə məncə, yanlışdır. O, gəlib mənim mövqeyimdə, mən də onun yerində oynaya bilmərəm. Hərə öz mövqeyində ən yaxşı seçilməlidir. Kamran Ağayev var, Vaqif Cavadov var, Qurban Qurbanov və s. Mən, məsələn, öz mövqeyimdə həmişə özümü hamıdan yaxşı hesab edirəm. Bizim vaxtımızla indini müqayisə etsək, bu gün millinin sağ cinahı çox zəifdir”.
 
Şükürov proqramın aparıcısı Elnur Məmmədlinin "Təmkin Xəlilzadə hazırda cinahda yaxşı oynasa da, nədənsə, asmalardan çox istifadə etmir. Daha çox cərimə meydançasına girməyə can atır. Sanki millidə bu nüans çatışmır” iradını da özünəxas şəkildə cavablayıb: "Mahir gedəndən sonra olmayacaq da. Məndə bu, allah vergisi idi, qıldığım namazların, duaların nəticəsi idi”.
 
Azərbaycan futbolunun əsas problemlərindən biri - oyunçuların legioner həyatı yaşaya bilməmələri də verilişdə müzakirə olunub. Millinin keçmiş üzvü bunu belə şərh edib: "Azərbaycanlıların mentaliteti bir az fərqlidir. Bizdə evə qarşı istiqanlılıq var. Kənara gedirsən, ev üçün darıxırsan, qayıdırsan. Yaşın keçəndən sonra da düşünürsən ki, səhv etmişəm. Ona görə də biz avropalılardan 5-10 il geriyik. Onlar bu kimi şeyləri əvvəldən düşünürlər”.
 
Sözügedən verilişdə tamaşaçıların suallarına da yer verilib.
 
- Bəlkə maddi məsələlər futbolçuların xaricdə qalmamasında əsas rol oynayır?
- 5-6 il bundan qabaq Azərbaycan futbolunda pul çox idi. 300-500 min alanlar var idi. Ona görə də deyirdilər ki, nə var kənarda, qalıb oynayıram da.

- Ən çox qazandığın klub hansı olub?
- "Anji”, "Qəbələ” və s. Mən hamısında yaxşı qazanırdım.

- Bundan sonra özünüzü harda görürsünüz?
- Klubda menecer, seleksiyaçı və ya idman direktoru olmaq istərdim. Məşqçi işi çox çətindir. Amma fevralda kurslara başlamaq istəyirəm. B kateqoriyası alacağam.

- Milliyə gələn oyunçuya avtomatik C kateqoriyası verirlər. Bu, düzdür?
- Məncə, bu, ədalətli deyil. Baxırsan ki, hansısa oyunçu yığmada 15-20 dəqiqə oynayıb, C kateqoriya alıb. Mən – Mahir Şükürov millidə 77 oyuna çıxmışam. Mən də C alım, başqası da? Bu kateqoriyanı bəlkə də Elhad Nəziri, Daniel Axtyamova da veriblər.

- "Neftçi”yə sonuncu qayıdışına nə ehtiyac var idi?
- İnanırsınız, hətta "Neftçi”dən ayrılandan sonra da Türkiyədən təklif var idi. Sadəcə, həmin vaxt oynayan məşqçi olduğum üçün meydana ara-sıra çıxırdım. Komanda gənclərdən yığılmışdı. Mənim elə o cavanlarla məşq eləməyim də onlara bəs edirdi. Deyim ki, indi də gücüm var, yenə oynaya bilərəm. Belə də ki, "Neftçi”də mənə ehtiyac oldu ki, çağırdılar, gəldim.

- Bəlkə bunda "dedovşina” yaratmaq istəyinin rolu var?
- "Dedovşina" hər klubda var. Elə də olmalıdır. Heyəti cavanlaşdıranda gördünüzmü ki, "Neftçi” nə hala düşdü? O vaxt mən var idim, Rəşad var idi, düşdük Avroliqaya. Hərəmiz bir tərəfdən qışqırırdıq, gənclər də oynayırdılar. Bizim vaxtımızda belə deyildi. Uşaq-böyük münasibəti, mərdlik, kişilik var idi. Xəbərçilik yox idi. Məsələn, oyundan sonra gözləyirdik ki, böyüklər duşdan çıxsın, sonra biz girək, indi elə şeylər qalmayıb.

- Düzünü de, futbolçu vaxtı siqaret çəkmisən?
- Bəli, futbolçu olanda da siqaret çəkirdim. Dünyada futbolçuların əksəriyyəti çəkir. Çəkirdim də, oynayırdım da. "Karşıyaka”da olanda baş məşqçi Yusuf Şimşək özü təklif edirdi ki, götür çək, rahat ol.

- Futbolçu vaxtı tez-tez konflikt yaşadığın Elnur Allahverdiyev xeyli vaxtdır uzaq düşüb. Ondan xəbərin var?
- Əlaqəm yoxdur, amma adamın üstündə allah var, gərək düzünü deyəsən. Elnur Allahverdiyev də Azərbaycan futboluna çox xidmət edib. Onun kimi oyunçulara da iş vermək, qabağa çəkmək lazımdır. Ümumiyyətlə, Sovet dövrü futbolçularını yollayın, yenilərə, gənclərə şans verin. Kimə ki, şans verirlər, o dəqiqə "qarğa kimi qonurlar” üstünə ki, bundan məşqçi olmaz. Futboldan gedirsən, heç kimin vecinə olmursan, hansısa komandaya gələndə isə tökülüşürlər. Götürək Samir Ələkbərovu: mən onun yerinə olsaydım, komandaya 3-4 oyunluq gəlməzdim. Sonra da belə söz-söhbətlər olmazdı.
 
- "Neftçi”nin uğurlarında Böyükağa Hacıyevin baş məşqçi olması amili nə qədər önəmli idi?
- Məşqçi kimi Böyükağa müəllim əziyyət çəksə də, onun əlinin altında da baxın, görün hansı futbolçular var idi? Məsələn, indi getsin Gəncəyə görək nəsə qazana biləcək? Amma onun da əziyyətini qətiyyən danmaq olmaz. Çempionluq yaşadıq, qrupa düşdük.
 
- Millidə ən çox Berti Foqtsun vaxtında oynamısan. Səncə o, milliyə nə verdi?
- Berti Foqtsun vaxtında da millinin yaxşı nəticələri olmuşdu. Mənə görə yığmada işlədiyim ən yaxşı məşqçi o olub. Foqts gələnə qədər şəraitsizlik idi, sonra vəziyyət düzəldi, biz də başladıq canla-başla məşq eləməyə. Qaldı ki, mükafat məsələsinə, onu Foqts yox, Federasiya prezidenti təyin edirdi. Elə vaxt olub ki, hətta uduzduqdan sonra "premiya” vermək istəyirdilər. Amma Foqts qoymurdu.
 
- Futbolçu olduğun vaxtlarda əsas rəqibin kim idi?
- Futbolçu olduğum illərdə mənim rəqibim ancaq özüm idim. Bütün oyunlarda meydana çıxırdımsa, deməli rəqibim yox idi.
 
- Qurban Qurbanovun baş məşqçiliyi altında yığmadan nə gözləyirsən?
- İki məşqçi (Berti Foqts və Robert Prosineçki) burda işləyib getdikdən sonra deyib ki, bu komanda ilə heç yerə çıxmaq olmaz. Nə deyə bilərəm? Qurban müəllimə 6 il vaxt veriblər, ona görə də heç nə demək olmaz. Ümid edək ki, AÇ-2020-yə vəsiqə qazansınlar, biz də baxaq sevinək.(Apasport.az)


 
tarix: 12-01-2018 00:37


 
Xəbər lenti
18.06.2018

21:22   İtaliya klubu “Qarabağ”dan milli üzvü üçün nə qədər tələb edir?

21:20   Sezar Meza Kolli qərarını verdi

21:11   Belçikadan darmadağın - VİDEO

21:11   Roberto Bordin: “Transfer işlərinə qarışmıram”

21:01   Dubl etdi, ən yaxşı oldu

20:53   Belçikadan qələbə, Tunis İngiltərəyə qarşı - YENİLƏNİR

20:20   Avroliqadakı klublarımızın da 5 potensial rəqibi bəlli oldu

19:14   “Qarabağ”ın 5 potensial rəqibi açıqlandı - ÇL-də

18:11   Kapitan ən yaxşı seçildi

18:03   İsveç tək qolla sevindi - VİDEO

17:36   “Fənərbaxça” Kocamanla yollarını ayırdı

16:09   “Sabah”ın hazırlıq planı bəlli oldu

15:03   Xorvatiya yığmasında qalmaqal

14:22   Nüfuz fərqi, baxış fərqi

14:14   “Qəbələ” “Beşiktaş”a qalib gəldi

13:54   Qriqorçukdan uğurlu start

13:44   “Qəbələ” Divizion klubu ilə “sülh bağladı”

13:21   “Qəbələ” rəsmisi: “Dabo bizi pis vəziyyətdə qoydu”

13:11   40 illik ənənə pozuldu

13:02   “Neftçi” daha fəaldı, “Qarabağ”la “Qəbələ” yubanır

12:30   Topaz Premyer Liqasında yay bazarlığı - YENİLƏNİR

12:27   Almaniyaya vurulan qol zəlzələyə səbəb oldu

12:00   Dabodan “Qəbələ”yə vida və təşəkkür

11:41   “Qəbələ”nin yeni transferi - VİDEO

11:22   Sabah keçiriləcək 3 oyuna hakim təyinatları açıqlandı - DÇ-2018

11:00   “eTopaz”da günün canlı oyunları

10:41   Portuqaliya ilə oyunu buraxacaq

10:22   94 yaşlı qadını maşın vurdu, dadına Mançini yetdi

10:00   “TOPAZ”DA BU GÜN

09:31   Almanlara qalib gəldilər, sevgilisinə evlilik təklifi etdi - VİDEO

02:36   Möhtəşəm qola imza atdı, “Lada” hədiyyə etdilər - FOTO

01:25   “Xəzər”in rəhbəri əmanətçilərin 100 milyon manatını götürüb ölkədən qaçdı

01:02   “Neftçi”nin yeni mövsüm üçün ev forması - VİDEO

00:45   Braziliyadan gözlənilməz start - VİDEO

00:35   Almaniyadan Meksika ilə oyunda şok məğlubiyyət - VİDEO

00:25   Serbiya Kosta Rikanı belə məğlub etdi - VİDEO

00:05   Braziliya - İsveçrə matçının ən yaxşısı

17.06.2018

23:54  Almaniya məğlub oldu, Braziliya heç-heçə ilə başladı

23:43  “Neftçi” yeni transferini belə təqdim etdi - VİDEO

23:31  Almaniya - Meksika: Matçın ən yaxşısı bəlli oldu

23:28  Kolarov ən yaxşı seçildi

23:21  “Neftçi” hazırlığa başladı

23:16  Rəşad Abdullayev yenidən “Neftçi”də

20:22  AFFA rəhbərliyi üçün İslandiya möcüzəsi – IV YAZI

18:10  "Neftçi" təsdiqlədi: Dabo 9 nömrəli formanı geyəcək

18:03  Messi xorvatları məğlub etməyin yollarını axtarır

17:57  Son anda: Dabo “Neftçi”də!

17:47  AFFA rəhbərliyi üçün İslandiya möcüzəsi – III YAZI

17:37  Ramiz Məmmədova İrandan dəvət

16:27  Dani Kintana daha 2 il “Qarabağ”da!

16:21  Dabo “Qəbələ”də qaldı

16:15  Stoyanoviç “Qarabağ”a qayıtdı

16:07  Şehiçin transferini menecerlər ləngidir

16:00  “Neftçi” Mahmudovla yeni müqavilə imzaladı

15:52  "Qarabağ" Tunis millisinin futbolçusunu alır

15:45  Messi həmvətənimizə intihar üçün səbəb verdi

15:24  “Neftçi”dən azarkeşlər və media üçün açıq məşq

15:20  AFFA rəhbərliyi üçün İslandiya möcüzəsi – II YAZI

14:52  İlk oyundaca sıradan çıxdı, DÇ-ni erkən başa vurdu

13:41  Qapıçı DÇ-də mükafatdan imtina etdi: Pivəyə görə

13:03  Bəhlul Mustafazadə: “Borcumu yerinə yetirməyə çalışacam” - VİDEO

12:49  “Qəbələ” Çexiya klubu ilə qarşılaşacaq

12:20  DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

12:16  AFFA rəhbərliyi üçün İslandiya möcüzəsi – I YAZI

11:25  A Seriyasına son vəsiqə sahibini tapdı - Qalmaqalla

11:00  “eTopaz”da günün canlı oyunları

10:31  La Liqaya son vəsiqənin də sahibi bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az