(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
“Yaz-sil” əməliyyatı

“Yaz-sil” əməliyyatı

Futbol üzrə qadınlardan ibarət yığma komandaya çağrılmış ispan qız haqqında qeydimizə fərqli yanaşmalar oldu. Oxucular deyir ki, bizim üçün əsas kişi futboludu, qadın futbolunun dərdini çəkməsək də olar. Bu mənada onlarla razılaşmaq olar. Ancaq bizim demək istədiyimiz başqa şeydi axı. 

Əsas yığma ilə bərabər, iki yaş qrupu üzrə qızlardan ibarət seçmələr və futzal üzrə milli komandada oynayan xaricilərin ümumi sayı bilirsiniz nə qədərdi? 18 nəfər! 

Məsələn, mənim üçün maraqlıdı. Qadın futbolçuların beynəlxalq yarışlarında hansısa uğurlu nəticəmiz olduğunu eşidən olubmu? Lap tutaq, dünya çempionu olduq. Nə olsun? Qadın futbolu bu idman növünə marağı olan qızlar üçün idman məşğuliyyətidi. Azərbaycan yığmaları isə azərbaycanlı qızların çıxış etməli olduğu komandalardı. O komandalarda ispan, gürcü və türkiyəli qızlar nə üçün oynayır? Öz qızlarımız oynasın. Nəticə pis olsa, nə olacaq? Xaricilərlə də biabırçı hesablar qeydə alınmırmı?
Xaricilərin oynamasa, nə olacağını deyim. AFFA-nın büdcəsində bu sahəyə ayrılan pulları yazıb-silə bilməyəcəklər. Bunun üçün hansısa Natalya Rodelqo, Kristina Bakarandze lazımdı ki, bir daş üstdə, bir daş altda, adlarına maaşlar yazılsın, mükafatlar, reablitasiya xərcləri yazılsın, arxa tərəfdən o pullar çevrilsin ciblərə. 

Buyurun, xanımlardan ibarət yığmalarda oynayan xaricilərlə tanış olaq:

Qadınlar, əsas yığma

1. NATALYA RODELQO (Atletiko, İspaniya, 26.05.1997)
2. KRİSTİNA BAKARANDZE (Okjetpes, Qazaxıstan, 19.05.1998)
3. MERVE ÖZDƏMİR (Ayntraxt, Frankfurt, Almaniya, 14.08.1999)
4. PERİTAN BOZDAĞ (Konak Bələdiyyəspor, İzmir, Türkiyə, 15.06.1999)
5. Taş Öznur (Antalyaspor, Türkiyə, 06.09.2000)

U-19 (Qızlar)

1. ÜLKÜ ÖZDƏMİR (Montabaur, Frankfurt, Almaniya, 15.02.2000)
2. ÖZKUMRU MUAZEZ YAĞMUR (Konak Bələdiyyəspor, İzmir, Türkiyə, 28.01.1999)
3. NİNO QURQENİDZE (Kutaisi, Gürcüstan, 15.10.2000)
4. HATİCE ÖZDƏMİR (Montabaur, Frankfurt, Almaniya, 05.01.1999)

U-17 (Qızlar)

1. GİZEM ARİK (Kanalboyu Nilufərspor, Türkiyə, 12.01.2001)
2. ASLAN BEYZANUR (Antalyaspor, Türkiyə, 28.09.2001)
3. MELİS ERSOY (Karabük Gənclikspor, Türkiyə, 14.03.2002)

Futzal üzrə əsas yığmada 6 braziliyalı oynayır:

1. GABRİEL BASTOS NASCİMENTO
2. OLİVEİRA VİLLİAMS DE NASKİMENTO
3. TELES MARTİNS TYAQO
4. KARDOSO EVERTON
5.CARVALHO VİLELA DOS SANTOS RAFAEL
6. EDUARDO MELLO BORGES

Futzal oyun qaydalarına görə, meydana start heyətində bir komandada 5 futbolçu çıxa bilər. Bizim 6 braziliyalımız var, a kişi! 

Səbəb? Bu komanda 10 qat dünya çempionu olsa, nə olacaq? Kimə lazımdı? 

Təbii ki, AFFA-da oturan bəylərə. Nə qədər çox xarici, o qədər "yaz-sil" əməliyyatı.

Qısası, oxucu bilsin ki, dərdimiz bu idman növlərinin inkişafı və ya geriliyi ilə bağlı deyil. Dediyimiz odu ki, ikinci dərəcəli sahələrdə idmanla məşğul olunursa, elə öz oğlanlarımız, qızlarımıza sərf edilsin o vəsaitlər. Yəni Azərbaycanda futzalçı, futbol oynamaq istəyən qız tapmaq belə çətindi?

RƏSUL ŞÜKÜRSOY


 
tarix: 12-01-2018 18:09


 
Xəbər lenti
17.01.2018

03:00   “Lester”lə “Vest Hem” də növbəti mərhələyə vəsiqə qazandı

02:46   Çempion yenə xal itirdi - VİDEOLAR

02:16   “Sürix”lə matç öncəsi son məşq

01:12   “Fənərbaxça” 1/4 finalda, “Bursaspor”la “Trabzonspor” dayandı

00:24   Divizion təmsilçilərinin duelində 3 qol - VİDEO

16.01.2018

23:32  Mustafa Dənizli Azərbaycan klubu ilə razılığa gəldi

22:31  “Sürix”lə ikinci sınaq - VİDEO

20:36  “Qarabağ” “Kuban”la oyuna hazırdı

19:20  Rəşad Sadıqovdan uğurlu debüt

18:54  “Qarabağ” dünyanın 100 ən güclü klubu sırasında

18:33  “Kəpəz” daha 3 transferi rəsmən açıqladı - FOTO

18:11  “Çempionatın startına kimi tam hazır olmağa çalışacağıq” - VİDEO

17:50  “Neftçi” futbolçusu ilə müqaviləyə xitam verdi

17:31  “Sabah” “Binə”yə qalib gəldi

17:11  “Qəbələ” - “Sürix” matçının başlama saatı açıqlandı

16:47  Prosineçkidən Şehiç açıqlaması

16:23  Millimizdən 6 qolluq qələbə

16:00  Sergey Litovçenko “Kəpəz”i seçməsinin səbəbini açıqladı

15:45  Türkiyə klubu Mahirə olan borcunu ödəmədiyi üçün cəzalana bilər

15:17  “Kəpəz” iki legionerlə müqavilə imzaladı

14:27  Fransa millimizlə oyuna 14 futzaçı ilə hazırlaşacaq

14:07  “Neftçi” 2 dövrənin antirekordçusudu

13:54  Rəqib baş məşqçi yekun heyəti açıqladı

13:08  Stadionda faciənin qarşısı alındı - FOTO

12:19  “Azərbaycan millisinə qiymət vermək çətindi”

11:55  UEFA Superkuboku üçün 9 namizəd

11:41  “Sumqayıt” Divizionun liderinə belə qalib gəldi - VİDEO

11:20  “Zirə” - “Keşlə” matçının məkanı bəlli oldu

11:00  “eTopaz”da günün canlı oyunları

10:27  Futbolçunu vuran hakim cəzalandı, qərarı ləğv olundu

10:00  “TOPAZ”DA BU GÜN

09:36  Büdcəni aşan komitəyə “qulaqburma”

09:28  AFFA-nın yalanı: hollandlar razılıq verməyibmiş

09:24  Erməni məşqçiyə ömürlük cəza

09:12  Aleksandr İaşvili: “Razılaşmamız rəsmi xarakterli deyildi”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az