(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vaqif Cavadova bircə sual

Vaqif Cavadova bircə sual

Sualı saxlayaq yazının axırına. Hələlik biz gələk böyük Cavadova - Vaqifin əmisi İsgəndər müəllimə.

AFFA İcraiyyə Komitəsinin indiki və əvvəlki bütün üzvləri kimi, futbolumuzla bağlı çıxarılan önəmli və önəmsiz hər bir qərara görə məsuliyyət daşıyan adamlardan biri də İsgəndər Cavadovdu. İK iclaslarında İsgəndər müəllimin futbolumuzun xeyri üçün nə kimi təklif verdiyini bilən yoxdu. Amma bu dəqiq faktdı ki, Rövnəq Abdullayev və komandası Foqtsun AFFA ilə ilk müqaviləsi bitəndə də burda qalıb işləməsinə nail oldular. Bununla bağlı qərara əl qaldırıb dəstək verənlərdən biri elə böyük Cavadov idi.

İsgəndər müəllim o qərarla razılaşanda onun doğma qardaşı oğlu Vaqif Cavadov Foqtsun rəhbərliyi ilə millidə oynayır, Almaniyaya kuryoz bir qol vurur, AFFA şefi isə 1:6 hesablı rəzil məğlubiyyətə görə xəcalət çəkmək əvəzinə "Heç Argentina onlara 1 qol vura bilməmişdi, hi-ha..." deyib şaqqanaq çəkməklə özünü və komandasını futbol qəhrəmanı sayırdı. Bu həm də o dövrlər idi ki, azarkeşlər, ən çox da futbol mediası təkidlə, davamlı olaraq Qurban Qurbanovun milliyə gətirilməsini tələb edirdi. Və onda Vaqif Cavadov da daxil olmaqla millinin bütün üzvləri Foqtsdan dəvət almamağın qorxusundan ağızlarına su alıb sakit otururdu.

Hansından soruşurdun ki, Qurban Qurbanov millidə işləməlidimi? Donquldana-donquldana cavab verirdilər ki, “hmmmmm. Bu rəhbərliyin işidi. Kimi dəsələr, onun rəhbərliyi altında da oynayacağıq, İnşallah...”

Amma arxasınca gizli danışırdılar ki, bu əclafı qovsaydılar, yaman yaxşı olardı.

Foqts gedəndən sonra isə hamısı oldu qardaşımız türklər demiş, aslan parçası. Bir ildi futboldan itən Vaqif Cavadov da dünən üzə çıxan kimi bu mövzuda danışıb və bu zaman həmişə kin saxladığı jurnalistlərə müdrik el ağsaqqalları tərzində öyüd-nəsihət verib, irad bildirib: “Qurbanova dəstək nümayiş etdirin. Prosineçkili, Foqtslu yığma uduzanda tənqidlər olmurdusa, Qurbanovlu yığma üçün də olmasın”. Jurnalistlərdən biri isə Cavadova xatırladıb ki, axı, media Foqtsu az tənqid etməyib. O da cavab verib ki, “düzdü, tənqid edirdiniz, amma o, sonda vəzifəsində qalırdı”.

Elə bil Foqtsu millidə jurnalist Əli Sahib saxlayırmış.

Hə, bizdə futbol adamlarının köhnə adətidi arxası-dayağı olmayan insanlarla iradla, hökmlə danışmaq.  Amma məsələn, Rövnəq Abdullayev, yaxud onun müavini Elşad Nəsirovdan söz düşəndə hamısı quzuya dönürlər.

İndi gəlirəm, o bircə suala.

Vaqif Cavadov, Foqtsu millidə SOCAR-ın və AFFA-nın vitse-prezidenti, hazırda da yekə fiqur olan Elşad Nəsirov və komandası saxlayırdı. İradını ona bildirə bilərsən, yoxsa hələ münasib zaman yetişməyib, o da nə vaxtsa vəzifədən gedəndən sonra danışacaqsan?

Aydın BAĞIROV


 
tarix: 12-01-2018 22:03


 
Xəbər lenti
23.05.2018

01:03   “Səbail”in futbolçusu Uelslə oyunlara dəvət olundu

00:12   Super Liqada daha bir klub baş məşqçisini yola saldı

00:05   Nazarovlu “Ersgebirge” 2-ci Bundesliqada qaldı

22.05.2018

23:38  Samir Əliyev “Səbail”lə yollarını ayırdı

23:27  Region Liqası başa çatdı

18:33  Azərbaycan kubokunun qalibi bəlli oldu

18:11  Həm evdə, həm də səfərdə

18:07  Abışovla Hacıyev üçün əlamətdar tur

17:44  “Qəbələ”nin futbolçularına qarşı 100 min manatlıq dələduzluq!

17:39  “Yaz turniri”nə yekun vuruldu

17:38  Final matçının hakimləri açıqlandı

17:25  Azərbaycan futbolunda ilk

13:53  Yunanov “Keşlə”də

13:47  Tuheli Favr əvəz etdi

13:37  Dağıdılan neft pulları: "Keşlə" yeyinti məhsulları

13:12  Premyer Liqada dövrənin və 2018-ci ilin ən yaxşısı

12:55  Alxasova Polşadan dəvət

12:15  “Sumqayıt”da yarpaq tökümü başladı

12:01  Pelleqrini yenidən Premyer Liqada

11:22  La Liqada yeni klub

11:00  “eTopaz”da günün canlı oyunları

10:31  “Slaviya”dan Muradovsuz qələbə

10:00  “TOPAZ”DA BU GÜN

09:37  “Volfsburq” Bundesliqada qaldı

09:00  Çempionun hüzurunda

01:13  U-11 Liqasının qalibi bəlli oldu

00:50  “Qarabağ”a çempionluq kuboku təqdim olundu - FOTOLAR

00:35  “Qəbələ” gümüş, “Neftçi” bürünc medallarına qovuşdu - FOTOLAR

00:09  Baqali Dabo: “Çempionluğu seçərdim”

00:01  Ramil Şeydayev: “Harada oynayacağımı hələ bilmirəm”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az