(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qurban Qurbanova növbəti badalaq

Qurban Qurbanova növbəti badalaq

Berti Foqts və ya Robert Prosineçkinin vaxtında belə bir şey ola bilərdimi? Bu məşqçilərin bir sözü iki edilməz, bütün şəraitləri ən yüksək səviyyədə yaradılardı. Milyonları havaya sovurub, ölkə futbolunun inkişafı naminə heç nə etməyən əcnəbilərin kiçicik qayğısı da olmazdı.
 
Amma Qurban Qurbanov azərbaycanlıdı, bu ölkəni düşünür, həqiqətən iş görmək istəyir. Ona görə də hər imkanda ona badalaq vururlar. AFFA işə barmaqarası yanaşır, bu məşqçinin planlarının pozulması kimsənin vecinə deyil.
 
***
 
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək Azrbaycan millisinin hazırlıq proqramında dəyişiklik olub. Yığmanın Gürcüstanla oyunu baş tutmayacaq.
 
AFFA-nın yaydığı məlumatda bildirilir ki, buna səbəb qonşu ölkənin milli komandasının Antalyada təşkil olunması nəzərdə tutulan toplanışı ləğv olunmasıdı. Beləliklə, fevralın 2-də keçirilməsi planlaşdırılan Azərbaycan – Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq. AFFA və Gürcüstan Futbol Federasiyası arasında aparılan danışıqlara əsasən, bu il ərzində FIFA-nın müvafiq oyun günlərinin birində Azərbaycan və Gürcüstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilə bilər.
 
Milli komandamız yanvarın 30-da Moldova ilə üz-üzə gələcək. Və... Vəssalam.
 
***
 
Adətən toplanışlar sınaq matçı ilə yekunlaşır. Qurbanov isə hazırlığın əvvəlində Moldovayla oyunda debüt edəcək, ardınca isə məşqlə kifayətlənəcək. Bu isə onun planlarına daxil deyildi, sınaq matçında komandasını formalaşdırmaq baxımından ilk addımı atmaq istəyirdi.
 
İlk baxışdan adi “iş qəzası”dı – gürcülərin imtinası üzündən oyun baş tutmayacaq. Lakin nəyə görə ortada müqavilə yoxdur və gürcülərin imtinasının yaratdığı problemin əziyyətinin niyə Qurbanov çəkməlidi? Foqts və ya Prosineçkinin vaxtında AFFA rəsmiləri işə bu qədər məsuliyyətsiz yanaşardılarmı?
 
***
 
Bu, təyinatının rəsmiləşməsindən heç bir ay keçməyən Qurban bəyə artıq neçənci badalaqdı. Yaxınlarda AFFA-nın büdcəsinin azaldılacağı haqda mətbuatda yayılan xəbərlər (futbolpress.az) boşuna deyildi. Əcnəbilərə hədsiz imkanlar yaradan assosiasiya azərbaycanlı balası işə başlayan kimi imkanları məhdudlaşdırır. Foqtsun pay aldığı otelləri dolandırmaq üçün az qala hər ay Avstriya, Almaniya, hətta Dubayda toplanış keçən millilərimiz indi maliyyə azlığı ilə sınağa çəkiləcək. Axı, Qurbanov azərbaycanlıdı...
 
FƏRİD

 
tarix: 13-01-2018 12:21


 
Xəbər lenti
25.09.2018

01:14   FİFA 2018-ci ilin ən yaxşılarını elan etdi - VİDEO

00:12   İstanbul derbisində hərəyə 1 qol, 1 xal

24.09.2018

22:05  Şeydayev oynamadı, komandası darmadağın oldu

20:45  Yezerskidən 7 cavabsız qol vurduqları Azərbaycan yığmasına tərif

19:37  Farer adaları - Azərbaycan matçı 40 manata

18:35  “Kəpəz”dən yoxlama oyununda qələbə

17:47  Riçard Almeydadan ilk qol açıqlaması

16:41  Tarixdə 102-ci, Premyer Liqada 62-ci

16:01  Emin ehtiyatda qaldı, “Kalmar” 4 cavabsız qola üzüldü

15:12  Topaz Premyer Liqasında 6-cı turun oyun cədvəli

14:54  UEFA-dan “Qarabağ”a 4 milyon avro

14:45  Cavid İmamverdiyev üçün əlamətdar tur

14:25  “Arsenal” “Qarabağ”la oyun öncəsi itki ilə üzləşdi

13:44  “Qarabağ”ın rəqibində ciddi itki

13:02  Denis Silvanın 250-ci oyunu

12:54  Təxirə salınan oyun rəqəmlərin gözü ilə

12:44  Birinci Divizion: 5-ci turun bütün oyunları eyni saatda

12:36  “Neftçi”nin 5 il gözlədiyi seriya

12:25  Şevçenko Bakıya gəlməyi planlaşdırır

12:17  “Zirə”nin tarixinə düşən legioner

12:09  Ukraynalı məşqçi Bakıda hakimlərə hücum etdi

12:04  İsrafilov yenə ehtiyatda qaldı, “Alkorkon”…

11:51  “Neftçi”də seneqallı müdafiəçi: qışda gəlməsi razılaşdırıldı

11:35  Nəbiyev oynadı, “Slaviya” uduzdu

11:28  89,5 faizlə Bakı çempionatı

11:22  Təxirə salınan oyun üçün start vaxtı

11:17  Niyə Tərlan Əhmədov?

11:07  Əfranın hüzuru: “Milli komanda haqda düşünmürəm”

10:58  4300-dən 2300-ü...

10:52  “eTopaz”da günün canlı oyunları

10:45  Sərtanın başına 8 tikiş qoyuldu

10:39  “Sumqayıt”ın yeni, saxta milli sevgisi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az