(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Rauf Əliyev hədəfdə

Rauf Əliyev hədəfdə

AFFA prezidenti Rövnəq Abdullayev konfranslardan birində, Berlində yaradılan uşaq məktəbi layihəsinin fiaskoya uğrama səbəblərindən danışmış və Rauf Əliyevi nişan vermişdi. O, layihənin birinci vitse-prezidentin təşəbbüsü olduğunu söyləmiş və özünü doğrultmadığı üçün fəaliyyətinin dayandırıldığını dilə gətirmişdi.
 
Bu layihə 2009-cu ildə başlanmış və 2014-ün sonuna kimi davam etmişdi. AFFA-nın rəsmi hesabatlarından çıхarılan rəqəmlərə görə, Berlin Futbol Məktəbinə 1,3 milyon dollar (!!!) xərclənmişdi. Məktəbin qeyri-rəsmi koordinatoru təyin edilən Rauf bəy təqdimatda iştirak etmiş, ümumi işlərə nəzarəti üzərinə fötürmüş, lakin 5 il ərzində heç bir nəticəyə nail olmamışdı. Azərbaycan mətbuatına açıqlama verən məktəbin rəhbəri Tofiq Qarayev bildirmişdi ki, 2014-cü ilədək məktəbin məşqçilərinə 5, daha sonra isə 3 min avro maaş verilib. Hesablamalara görə, bu, 2009-2014-cü illərdə 400 min dollar edir. Göründüyü kimi, təхminən 900 min dollar vəsait "havaya buхarlanıb". Millət vəkili indiyədək həmin 900 min dolların hesabatını verməyib. AFFA rəhbərliyi 2015-ci ilin əvvəlində layihəni dayandırıb.
 
İndi Rauf Əliyev yenidən gündəmdədi. Birbaşa adı açıqlanmasa da, hadisələrin gedişi göstərir ki, AFFA-da birinci vitse-prezident olan millət vəkili gec-tez top önünə qoyulacaq.
 
Bu insanların xisləti budur. Elə ki, iş çətinə düşdü, günahkarı başqa yerdə axtarırlar. Quyruq qapı arxasında qalınca əlbir olduqları bütün adamları arxalarınca dartırlar. Günahı, məsuliyyəti bölüşərək, özlərini xilas etməyə çalışırlar.
 
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev son vaxtlar idman mətbuatında ən çox tənqidə məruz qalan şəxslərdən biridir. O, uşaq futbolunun inkişaf etməməsində birbaşa məsuliyyət daşıyan şəxslərdən biri kimi göstərilir. Və oxu.az onunla danışmaq qərarına gəlib. Vəliyevsə günahın onda yox, başqalarında olduğunu bildirib, hədəf göstərib.
 
Yusif bəyin kimin qohumu olduğunu bilmirik, lakin necə tapşırılıbsa, AFFA-nın baş katibi Elxan Məmmədov onu qorumaq üçün maksimum güc sərf edir. Bir neçə mətbu orqan eyni hədəfə vurub, Vəliyevi ittiham edəndə isə o, ittihamlara cavab verməyə, fərqli hədəflər göstərməyə çalışıb. 6-7 min manat olduğu deyilən “paket” maaşa işləyən bu cavan oğlan özünü təmiz, çalışqan biri kimi təqdim edib.
 
Sual: “Sizin uşaq futbolunun inkişafına mane olduğunuz bildirilir. Üstəlik, keçirdiyiniz liqalarda yetərincə qanun pozuntularının olduğub hər tur AFFA İntizam Komitəsinin çıxardığı qərarlara əsasən ictimaiyyətə bəlli olur. Buna görə də sizin fəaliyyətiniz qınanılır. Belə demək mümkünsə, fəaliyyətinizin ancaq medal təqdim olunması ilə kifayətləndiyi bildirilir. Siz isə heç vaxt bu ittihamlara cavab verməmisiniz. Bu isə o anlama gəlir ki, susursunuzsa, ittihamlarla razısınız...”
Cavab: “Həmin yazıların bəziləri ilə tanışam. Əvvəla, indiyədək hər hansısa mətbuat əməkdaşı mənim bu barədə mövqeyimi öyrənmək istəməyib. Mən hər zaman media nümayəndələrində öz sahəmə dair qaranlıq qalan məqamları aydınlatmağa hazıram. İkincisi, mən uşaq futbolunun inkişafına cavabdeh olan şəxs deyiləm. Mənim rəhbərlik etdiyim şöbə yalnız uşaq futbolu ilə bağlı yarışların keçirilməsinə cavabdehlik daşıyır. Düşünürəm ki, uşaq futbolu bizdə inkişaf edir. Ancaq bu sahəyə mən cavabdeh deyiləm...”
 
Sual: “Bəs kim cavabdehdir?”
Cavab: “Bunun üçün mümkünsə, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti ilə əlaqə saxlayın. Onlar sizə uşaq futbolunun inkişafında məsul olan şəxsləri və ya qurumu açıqlayarlar. Təkrar edirəm ki, bizim şöbə yalnız təşkilati işlərlə məşğuldur. Məsələn, oyunlar üçün stadionların təşkili, oyunların cədvəli, komandaların məlumatlandırılması, qeydiyyat və s. məsələlər bizə aiddir. Məhz bunun nəticəsidir ki, AFFA-nın yeni yaratdığı Region Liqasının İşçi Qrupuna da bizim şöbə cəlb olunub. Çünki həmin liqanın təşkilatçılığında bizim şöbənin də rolu var”.
 
Buyurun, bu da Yusif bəyin manevri. Məsuliyyəti boynundan atır və özünün yalnız təşkilatçı olduğunu dilə gətirir. Günahkarları göstərmək üçün isə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinə ötürmə edir. Biz də bu qurumun rəhbəri Firuz Abdullanı arayırıq. Axı, Vəliyev cavabdeh insanları məhz onun göstərə biləcəyini deyib.
 
Firuz bəyin cavabı qısa olur: “Vəliyevin rəhbərlik etdiyi qurum Kütləvi Futbol Departamentinə tabedi. Həmin şöbənin rəhbəri isə Cahangir Həsənzadədi”.
 
Aha! Veteran qapıçımız hədəfdədi. Milli komandalarımızda məşqçi olmuş, son olaraq U-21-də Samir Ələkbərovla qalmaqalda adı keçən, “Səbail”in Müşahidə Şurasında təmsil olunmuş, “Mançester Yunayted” məktəbində çalışan, bir çox kurslarda və layihələrdə baş rolda olan Həsənzadənin daha bir vəzifəsi var imiş. Bir əldə 7-8 qarpız tutan, heç birində də fəaliyyəti qənaətbəxş olmayan Cahangir bəyi arayırıq.
 
Gün ərzində bir neçə dəfə Həsənzadəyə zəng vururuq, telefonu susur. Ya artıq AFFA-dan ona belə bir zəng gələcəyi ilə bağlı təlimat alıb, ya da həqiqətən işləri çox olduğundan danışa bilmir. Ümid edirik, bu yazını oxuduqdan sonra özünü müdafiə etməyə ehtiyac duyacaq, duymayacaqsa, deməli, günahkardı.
 
Həsənzadə xırda fiqurdu. Hazırkı anda Vəliyev onu hədəf göstərsə də, təbii ki, məsələ böyüyəndə başqalarının adı çəkiləcək. Rauf Əliyevi boşuna xatırlatmamışıq. Axı, bu adam həm də Uşaq Futbol Federasiyasının rəhbəridi.
 
Çoxsaylı vəzifələrdən doymayan Rauf bəyin birinci vitse-prezident ola-ola Uşaq Futbol Federasiyasına da rəhbər seçilməsi, ümumiyyətlə, absurddu. Çünki vitse kimi onsuz da bu təsərrüfatın ən yüksək vəzifə sahiblərindəndi. Zavod direktoru ikən hansısa sexdə baş usta olmağa nə gərək var?
 
Və uşaq futbolunda bu qədər problem var, texniki məğlubiyyətlərin sayı 3 aya 50-i keçib, illərdi heç bir istedad üzə çıxmır, milli komandalarda, klublarda yerli oyunçu qıtlığı yaşanır, illik 3 milyon manat havaya sovrulur. Vəziyyət kritik həddə çatıb və kimsə cavab verməlidi.
 
Yusif Vəliyev? Cavabını oxuduz, onluq bir şey olmadığını deyir.
Cahangir Həsənzadə? Danışmır, danışsa da, bu vəzifəyə yeni təyin oldunduğunu deyəcək.
Elxan Məmmədov? Baş katib vitse-prezident və federasiya prezidenti olan birinin kurasiyasında olan məsələyə görə ciddi ittiham olunmayacaq, əksinə, sevimli metodundan yararlanacaq – hesabat vermək lazım gələndə yalnız icraedici olduğunu deyəcək.
Rauf Əliyev? İndi onun açıqlamasını gözləyirik. Çünki Vəliyev faktiki özünün təşkilatçı olduğunu, uşaq futbolunun inkişafına cavabdeh şəxslərin başqaları, dolayısı ilə federasiya prezidenti olduğunu dilə gətirib. Buyursun, Rauf Əliyev cavab versin.
 
9 ildi AFFA-da çalışanYusif Vəliyev futbolçu karyerasını erkən başa vursa da, “futbolla əlaqəli olub”: “Ovaxtlar istər millinin, istərsə də klublarımızın keçirdiyi beynəlxalq görüşləri stadiondan izləmişəm. Tək-tük oyun olar ki, həmin matçları tribunadan izləmək imkanım olmayıb. 2002-2003-cü illərdə ovaxtkı “Şəfa” komandasında aşağı yaş qruplarında da oynamışam. Hətta milli bir dəfə rəqib tapa bilməmişdi və ikitərəfli oyun keçirməli olmuşdu. Onda Aleksandr Səmədov da milliyə gəlmişdi. Bax, həmin oyunda mən “Şəfa” stadionunda topdaşıyan uşaqlardan biri idim. Dizimdə zədəm olduğundan və universitetə hazırlaşdığımdan, futbolu erkən atmalı oldum”.
 
Vəliyevin hansı ampluada oynadığını bulmirəm, topdaşıyan kimi fərasətindən də xəbərim yoxdu. Amma yaxşı ötürmələr verir. Elə bu müsahibədə də bacarığını ortaya qoyub - əla ötürmə verib, “oyundaşı” tez-tez yaşıdları ilə oyunlarda qapıda dayanması ilə tanınan Rauf Əliyevlə üz-üzədi.
 
Mənə çox maraqlıdı: Berlində milyonları havaya sovuran, layihəsinin uğursuz olduğu AFFA prezidenti tərəfindən etiraf edilən Rauf bəy hansı məntiqlə Uşaq Futbol Federasiyasının rəhbəri seçilib? Bəlkə indiki məqamda günahkar elan edilmək üçün…
 
CAVAD

 
tarix: 13-01-2018 14:34


 
Xəbər lenti
23.09.2018

00:59   “Atletiko” səfərdə, “Real” evdə sevindi

00:48   “Lill” “Nant”ı məğlub yola saldı

00:34   “İnter”ə 1 qol bəs etdi

00:27   “Bavariya”dan qələbə, “Borussiya”dan xal itkisi

00:09   MY büdrədi, “Liverpul”la MS darmadağına sevindi

22.09.2018

23:52  “Trabzonspor” “Göztəpə”yə uduzdu

23:28  “Zirə” - “Neftçi” matçında 3 qol - VİDEO

23:12  Samir Abasov: “Bəzi oyunçularımızdan xeyli narazıyam”

22:59  Roberto Bordin: “Peşmanam”

22:26  “Neftçi” “Zirə”yə də qalib gəldi

22:04  “Səbail”lə “Sabah”dan heç-heçə - VİDEO

21:25  Bordinlə Abasov qovuldu

21:05  Aftandil Hacıyev: “Oyunumuzda inkişaf var”

20:54  Elşad Əhmədov: “Bizə qol vursaydılar, işimiz çətin olardı”

19:22  “Sumqayıt”ın stadionunda son durum - FOTOLAR

18:24  Paşayevsiz “Aleksandriya” yenə məğlub oldu

17:54  Azərbaycan millisindən biabırçı məğlubiyyət

16:52  Ziya Əzizovsuz qələbə

16:15  Tural oynadı, “Yonava” 1 xal qazandı

15:22  “Qarabağ” - “Arsenal” oyununa neçə bilet satılıb?

15:03  “Qəbələ”nin “Şerif”lə oyunlarının vaxtı müəyyənləşdi

14:33  Maksim Medvedevin durumuna aydınlıq gəldi

14:05  Braziliya millisinin əfsanəvi kapitanı Bakıya gəlir

13:54  Ermənistan yığması baş məşqçisiz qaldı

13:05  Ünal Karamandan Ramil Şeydayev açıqlaması

12:38  “Qarabağ”la “Qəbələ”nin 48-ci dueli

11:30  “eTopaz”da günün canlı oyunları

11:00  Qurban Qurbanov FIFA-nın tədbirinə qatılmaqdan imtina etdi

10:49  İlk oyundan qol səsi çıxmadı

10:30  Dadaşov “fərqləndi”, komandası darmadağınla qalib gəldi

10:00  “TOPAZ”DA BU GÜN

09:00  Emin Abbasov yeni vəzifədə

01:11  “Monako” ev oyununda xal itirdi

00:57  “Hueska” “Real Sosyedad”la bacarmadı

00:39  “Empoli” hesabı açmasına peşman oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az