(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Lisenziya prosesi başlayıb: Məmmədov klubların fəallığından razıdı

Lisenziya prosesi başlayıb: Məmmədov klubların fəallığından razıdı

AFFA yeni mövsüm üçün klubların lisenziyalaşdırma prosesini başlayıb. Hələlik lisenziya iddiaçıları müvafiq sənədləri toplayıb, quruma təqdim etməklə məşğuldu.

Futbolinfo.az xəbər verir ki, ilk olaraq, klublar infrastruktur və hüquq meyarlarıyla bağlı sənədləri təmin etməlidi. Fevralın 10-u bu tələbin yerinə yetirilməsi üçün son tarixdi. Eyni zamanda idman və kadr-inzibati meyarlar və maliyyə meyarları da zamanı gəlincə yoluna qoyulmalıdı.

Prosesin gedişi ilə bağlı məlumat almaq üçün Lisenziya Qrupunun rəhbəri Elçun Məmmədovla danışdıq. Lakin o, bizə dəqiq bir söz deməyi lazım bilmədi: “İndi nəyisə aşıqlamaq olmur. Vaxt tamam olmayıb, klublar da fəaldı. Xüsusən Premyer Liqa təmsilçiləri sənədləri təqdim edirlər, təcrübələri var. Divizion klublarında da iş gedir. Bacardığımız qədər kömək edir, məsləhətlər veririk ki, vaxtında işləri yekunlaşdıra bilək”.

Məmmədovdan bəzi divizion klubları barədə bilgi istədik. Çünki MOİK, “Xəzər”, “Sabah” və “Qaradağ Lökbatan” tələblərdən birini elə indidən yerinə yetirməyib. “Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə Qaydalar”ının 18-ci maddəsində yazılır: “Cari mövsümdə I divizionda iştirak edən lisenziya iddiaçısının gənclərdən ibarət ən azı bir komandasının AFFA tərəfindən təşkil olunan yarışlarda iştirakı mütləqdir”. Yəni, “A” dərəcəli meyar kimi götürülən bu şərtə görə, gələn mövsüm elitada oynayacaq klubların ən azı bir komandası artıq start götürmüş uşaq liqalarında oynamalıydı.

Lakin sözügedən klubların belə təmsilçiləri yoxdu. Məmmədov isə deyir ki, bu, ciddi əngəl deyil: “17-ci maddənin 2-ci bəndində qeyd olunub ki, hər hansı müəssisə, təşkilat, futbol məktəbinin və s. gənclər komandaları lisenziya iddiaçısını təmsil etdiyi halda, bu cür əməkdaşlıq yazılı müqavilə ilə təsdiq olunmalıdır. Yəni, hansısa divizion klubu uşaq komandalarıyla müqavilə bağlamaqla bu problemi həll etmək hüququnu saxlayır. Bunu mövsümün gedişində, lap elə indi də etmək olar”.

CAVAD


 
tarix: 14-01-2018 09:00


 
Xəbər lenti
17.01.2018

03:00   “Lester”lə “Vest Hem” də növbəti mərhələyə vəsiqə qazandı

02:46   Çempion yenə xal itirdi - VİDEOLAR

02:16   “Sürix”lə matç öncəsi son məşq

01:12   “Fənərbaxça” 1/4 finalda, “Bursaspor”la “Trabzonspor” dayandı

00:24   Divizion təmsilçilərinin duelində 3 qol - VİDEO

16.01.2018

23:32  Mustafa Dənizli Azərbaycan klubu ilə razılığa gəldi

22:31  “Sürix”lə ikinci sınaq - VİDEO

20:36  “Qarabağ” “Kuban”la oyuna hazırdı

19:20  Rəşad Sadıqovdan uğurlu debüt

18:54  “Qarabağ” dünyanın 100 ən güclü klubu sırasında

18:33  “Kəpəz” daha 3 transferi rəsmən açıqladı - FOTO

18:11  “Çempionatın startına kimi tam hazır olmağa çalışacağıq” - VİDEO

17:50  “Neftçi” futbolçusu ilə müqaviləyə xitam verdi

17:31  “Sabah” “Binə”yə qalib gəldi

17:11  “Qəbələ” - “Sürix” matçının başlama saatı açıqlandı

16:47  Prosineçkidən Şehiç açıqlaması

16:23  Millimizdən 6 qolluq qələbə

16:00  Sergey Litovçenko “Kəpəz”i seçməsinin səbəbini açıqladı

15:45  Türkiyə klubu Mahirə olan borcunu ödəmədiyi üçün cəzalana bilər

15:17  “Kəpəz” iki legionerlə müqavilə imzaladı

14:27  Fransa millimizlə oyuna 14 futzaçı ilə hazırlaşacaq

14:07  “Neftçi” 2 dövrənin antirekordçusudu

13:54  Rəqib baş məşqçi yekun heyəti açıqladı

13:08  Stadionda faciənin qarşısı alındı - FOTO

12:19  “Azərbaycan millisinə qiymət vermək çətindi”

11:55  UEFA Superkuboku üçün 9 namizəd

11:41  “Sumqayıt” Divizionun liderinə belə qalib gəldi - VİDEO

11:20  “Zirə” - “Keşlə” matçının məkanı bəlli oldu

11:00  “eTopaz”da günün canlı oyunları

10:27  Futbolçunu vuran hakim cəzalandı, qərarı ləğv olundu

10:00  “TOPAZ”DA BU GÜN

09:36  Büdcəni aşan komitəyə “qulaqburma”

09:28  AFFA-nın yalanı: hollandlar razılıq verməyibmiş

09:24  Erməni məşqçiyə ömürlük cəza

09:12  Aleksandr İaşvili: “Razılaşmamız rəsmi xarakterli deyildi”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az