(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Zaur Axundov: “Rauf Əliyevin dediyi ilə oturub-dura bilmərik”

Zaur Axundov: “Rauf Əliyevin dediyi ilə oturub-dura bilmərik”

“Keşlə” Bakıdakı hazırlıq prosesi çərçivəsində bu gün “Neftçi” ilə yoxlama görüşündə üz-üzə gəlib. 

Futbolinfo.az xəbər verir ki, "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axunov matçın gedişində jurnalistlərə müsahibə verib:

- Yeni transferlər haqda düşüncələriniz necədi?
- Məşqilər korpusu futbolçulara baxır. Yəqin ki, analizlər apararaq öz qərarlarını verəcəklər.

- Rauf Əliyevin transferi nə yerdədi?
- Rauf Əliyev - “Keşlə” məsələsi gündəmi yenidən zəbt etdi. Biz ona dünən öz təklifimizi etmişik. Rauf bizdən gedəndə ondan inciməmişdik. Öz doğma klubudu, qayıda bilər. Sözümüzü dedik, təklif etdik. Fikirləşmək üçün bizdən zaman istədi.

- Baş məşqçi Yuri Maksimov bildirmişdi ki, müqavilə məsələsində fikir ayrılığı var...
- Biz Rauf Əliyevi axtarmamışıq, o, özü bizə müraciət edib. Bizim strategiyamız var. Ona 1,5 illik müqavilə təklif etdik. O isə 6 aylıq saziş istəyir. Biz bununla razı ola bilmərik.

- “Keşlə”nin büdcəsi legioner transferinə imkan verir?
- Biz tam büdcə ilə hərəkət edirik. Amma limiti aşa bilmərik. Eyni büdcədi. 5-6 futbolçumuz gedib.

- Rauf Əliyevin müqavilə məsələsində maddi məsələyə görə problem yaşanmır?
- Rauf 6 aylıq saziş istəyir. Bizim strategiyamız var. Əvəzedilməz futbolçu yoxdu. Hər futbolçunun dediyi ilə oturub-dursaq, klub kimi fəaliyyət göstərə bilmərik. Yayda Rauf gedəndə inciklik olmuşdu. Gedəndə razı olmamışdım. Amma millinin üzvüdü, azərbaycanlıdı, xaricə getdiyi üçün uğurar arzu etdim. Lakin Albaniyada heç 3 ay qala bilmədi. FİFA-nın müvafiq qaydalarına görə, 1 mövsümdə 3 klubda çıxış etmək olmaz. İnciklik varsa, hamısını arxada qoyuruq.

- Klub prezidenti kimi necə düşünürsünüz, Nizami Hacıyevlə Mirhüseyn Seyidov əfv olunacaqmı?
- Mənim üçün də ağırdı. O hadisəni unutmaq istəyirəm. Düzdü, çətindi. Qısa müddət də olsa, onlarla birgə çalışmışam. Amma bizdən də yuxarı dairələr var. Heç kim istəməzdi ki, belə şey baş versin. Biz qanun çərçivəsində işləyirik. Baxaq görək nə baş verir.

- Başqa sanksiyalar olacaq?
- Bundan artıq nə olsun? Onları futboldan uzaqlaşdırdılar. Təbii ki, futbolda belə şeylər varsa, əleyhinəyəm. Yenə də araşdırmalar davam edir. Bu işlə yenə də fəaliyyət göstərənlər varsa, cəzalansınlar.


 
tarix: 14-01-2018 17:08


 
Xəbər lenti
21.07.2018

00:11   Millimiz ilk oyunda məğlub oldu

00:02   “Neftçi”nin sabiq üzvü rəsmən “Sabah”da - FOTO

20.07.2018

23:25  Şeydayev “Spartak”a qarşı oynadı

21:24  DÇ-nin gümüş medalından imtina etdi

19:01  "Zirə" Qətər klubu ilə "sülh bağladı"

18:33  "Bavariya" 3 rəqibindən öndə

18:14  "Qarabağ"ın rəqibində ayrılıq

18:03  Ruslar da təəccüblənib

17:42  “Unutmaq istəyirəm”

17:34  Ruslan Abışov üçün il bitdi?

17:02  İtaliyada Bordini istefaya göndərdilər

16:27  “Real” yeni transferini təqdim etdi

16:01  “İnter Arena” tarixin yaddaşına köçdü

15:17  “Milan” yenidən avrokubokda: Cəza ləğv edildi

15:08  Malta millisinin üzvü Kosovoyla bizə fərq qoymadı

14:57  Ronaldo İtaliyada daha çox qazanacaq

14:37  Konte "Çelsi"ylə məhkəmədə görüşəcək

14:25  "Zirə"dən Yunanıstana

14:00  Aqolli: "Albaniyaya gedəcəyim üçün anam çox xoşbəxtdi"

13:14  AFFA-nın milyonluq transferi yenə qovulur

12:57  “Qarabağ” Maboedən imtina etdi

12:12  Bir gündə 3 “ölü”

11:48  "Sabah" 23 yaşlılara qarşı

11:39  Neymar PSJ-də qalır

11:31  "Liverpul"dan rekord transfer – RƏSMİ

11:12  Kamran Quliyev məğlubiyyətin səbəbini tapıb: “Avropada belə şeylər bağışlanmır”

11:07  7-ci darmadağın

10:57  “Neftçi”: Fiaskonun xronologiyası

10:32  “eTopaz”da günün canlı oyunları

10:27  Dəhşətli cümə axşamı

10:12  Elvin Yunuszadə “Keşlə”də

10:01  Kamran Ağayev üzr istədi: “Onlar qələbə qazanmadı, biz uduzduq”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az